KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İlham Əliyev müttəfiqi Putinə üz çevirə biləcəkmi?

Kamal Aliyev: İlham Əliyev müttəfiqi Putinə üz çevirə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
353 0

Əvvəlcə 20-21 oktyabr tarixlərində Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun”verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli “ekspertlər”Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqla,rus sülhməramlılarının Qarabagın yuxarı hissəsinə “Daglıq Qarabag respublikası”deməklə açıq-aydın Azərbaycanı hədəf aldılar.Bu gün isə Azərbaycan XİN-i Rusiyaya nota verdi.

Belə demək mümkünsə,Azərbaycanın dövlət xəritəsini şübhə altına aldılar.Təbii ki,bütün bunlar təsadüf deyildi və birbaşa Kremldən gələn təlimatlara görə aparılırdı.Ardınca dövlət televiziyası AZTV-nin efirindən indiyəcən azərbaycanlıların eşitmədiyi Rusiyanı Ukraynada birbaşa işgalda günahlandıran sözləri eşitdik.Bəli,dövlət televiziyasının Rusiyanı bu formada sərt və anlışılan bir formada tənqid etməsi azərbaycanlılar üçün “şok”effekti yaratdı.Biz bilirik ki,elə ata və ogul əliyevlərin zamanında müəyyən epizodik məqamları çıxmaqla,heç vaxt Azərbaycanda Rusiya bu sayaq tənqid hədəfinə tuş gəlməmişdi.Yuxarıda da vurguladıgım kimi,Rusiyanın dövlət kanalında Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması dolayı yox,birbaşa Kremldən gələn sifarişi,dəst-xətti göstərir.Məlum tok-şounun aparıcısı,verilişin iştirakçılarından biri də Dövlət Dumasındakı hakim”Vahid Rusiya”fraksiyasının üzvü Vyaçeslav Nikonov idi.Deməli,Rusiyanın dövlət kanalındakı anti-Azərbaycan hədyanlarının sifariş verildiyi “mərkəz”Vladimir Putin və onun ətrafıdır.
Yadınıza salım ki,Rusiyanın Ukraynaya hücumundan iki gün əvvəl-22 fevralda Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya getdi və rusiyalı hımkarı Vladimir Putinlə 43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladı.Həmin 43 maddəlik maddədə o da əks olunmuşdu ki,Azərbaycan və Rusiya Federasiyası beynəlxalq problemlər üzrə eyni,yaxın mövqelər tutmaqla,konstruktiv əməkdaşlıgı dərinləşdirirlər.Maraqlıdır,Azərbanın prezidenti Rusiya ilə “müttəfiqlik”sazişi imzalamazdan əvvəl azərbaycanlıların bu sınədə münasibətini,rəyini,reaksiyasını öyrənmişdimi?Məsələn,Əliyev iqtidarı ölkədəki müxalifət partiyaları,vətəndaş cəmiyyətinin aparıcı şəxslərinin rəyini öyrənmişdimi?Təbii ki,yox.Çünki Azərbaycan hökuməti xalq üçün həyatı əhəmiyyət daşıyan məsələlərdə öz bildiyini edir.Halbuki,Rusiya ilə imzalanan “müttəfiqlik”sazişi birbaşa azərbaycanlıların taleyinə təsir edir.Necə deyərlər,Əliyev və Putinin arasında imzalanmış “strateji müttəfiqlik”sazişinin mürəkkəbi qurumamış kremldən idarə olunan media,”politoloqlar”,”ekspertlər”artıq çəkinmədən,həyasızcasına Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşırlar,ərazimizdə “Daglıq Qarabag”respublikasının mövcudlugunu bəyan edirlər.İndi ortaya sual çıxır:bəs biz Rusiya ilə strateji müttəfiq idik…Biz xarici siyasətimizi koordinasiya edəcəkdik…
Bütün bunlar haqlı suallardır və Azərbaycan hökuməti buna reaksiya göstərməlidir.
Digər tərəfdən,Rusiya 2025-ci ildə Qarabagdakı “sülhməramlı”kontingentini çıxarmamaq üçün artıq indidən siyasi mühəndisliyə start verib.Daha dogrusu,Rusiya Varden Rubinyan adlı erməni əsilli milyarderi Qarabaga göndərməklə demək istəyir ki,mən burdan heç vaxt çıxmayacam.Əvvəlcə Rubinyanı noyabrın əvvəlində “dövlət naziri”təyin edəcəklər,sonra da onu separatçıların lideri Araik Arutyunyanın yerinə “prezident”seçəcəklər.Bu yaxında İnterpolun axtarışında olan A.Arutyunyan Moskvada bir sıra görüşlər keçirəcək.Təsəvvür edin ki,İnterpolun axtarışında olan Arutyunyan Azərbaycanın “strateji müttəfiqi”olan Rusiyada görüşlər keçirəcək.Güman ki,Moskvada Araika deyiləcək ki,artıq sənin zamanın gəlib,bundan sonra biz Ruben Vardanyanla işləyəcəyik.Arutyunyan da əbəs yerə deməmişdi ki,Qarabagdakı ermənilərin bundan sonrakı taleyi rus sülhməramlılarından asılıdır.Şübhəsiz ki,R.Vardanyanı Xankəbdiyə göndərən birbaşa Rusiya prezidenti V.Putinin özüdür.O,bununla Azərbaycana demək istəyir ki,2025-ci ildən sonra Qarabagdakı rus hərbi kontingentinin ərazidən çıxarılmasını tələb edə bilmərsən.İkincisi,Putin Rubinyandan Paşinyana qarşı da istifadə edəcək.Kremlin şefi bilir ki,onun Yerevandakı sadiq qulluqçuları Robert Köçəryanın və Serj Sərkisyanın Nikol Paşinyana təsir imkanları,iqtidara gəlmək şansları yoxdur.Belə olan təqdirdə,dollar zəngini və Qarabagdakı “dövlət naziri”R.Vardanyan Rusiyanın əlində həm Yerevana,həm də Bakıya təzyiq vasitəsi kimi istifadə olunacaq.2020-ci ilin noyabrın 10-da yazdıgım kimi,Rusiyanı Azərbaycana gəlişini təmin edənlər onu 2025-ci ildən sonra da onların Qarabagda uzun illər qalacagına gizli təminat veriblər.
Yaşayarıq,görərik…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir