KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: İlham Əliyev Makrona niyə belə qəzəblidir?

Kamal Aliyev: İlham Əliyev Makrona niyə belə qəzəblidir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
343 0

Fransa prezidenti Emanuel Makronun son açıqlamaları Azərbaycanda ciddi narazılıga səbəb olub.Halbuki,oktyabrın 7-də Praqada Avropa İqtisadi Birliyi(ASB)çərçivəsində Aİ Şurasının prezidenti Şarl Mişel,Azərbaycan prezidenti İlham Əliyev,Fransa prezidenti Emanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüşdən sonra belə nəticə hasil olmuşdu ki,ilin sonuna qədər sülh müqavilısinin imz aslanması,sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılacaq.Xüsusilə,İlham Əliyevin MDB-nin Astana zirvə görüşündə dediyi kimi,Azərbaycan-Ermənistan sərhədi yaxınlıgında Aİ-nin 50 nəfərdən ibarət mülki missiyasının 2 aydan bir az artıq müddətdə müşahidə aparacagı müsbət gəlişmə idi.Lakin Fransa prezidentinin son “ermənipərəst”açıqlamaları rısmi Bakını xəyalqırıqlıgına ugradıb desək,yanılmarıq.Digrudur,E.Makron təkcə Bakını yox,Moskvanı da hədəf seçib.Amma Fransa prezidenti açıq deyir ki,Azərbaycan Rusiyanın oyununu oynayır.Yəni,Makron iddia edir ki,Bakı Moskvanın ssenarisinə uygun addımlar atır.Faktiki olaraq,hazırda Makronun son açıqlamalarından sonra Bakı və Paris arasında münasibətlər o qədər gərgindir ki,Əliyev Asatanada fransalı həmkarını küçə leksikonunda danışmaqda günahlandırır.Belı demək mümkünsə,bir neçə gündür Azərbaycan hökumətinə yaxın media Makronu yıxıb sürüyür.
Azərbaycan hökumətini qıcıqlandıran məsələrdən biri də,noyabr ayının ortalarında Fransa Senatında Azərbaycan əleyhində npvbəti qətnamə hazırlanır.Yadınızdadırsa,2020-ci ildə də Fransa Senatı qondarma Daglıq Qarabag respublikasının müstəqilliyini tanıyan qətnamə təqdim etmişdi.Bütün bunlar hazırda Azərbaycan hökumətini hiddətləndirib və bu üzdən,Əliyev Astanada açıq-aydın bəyan etdi ki,Fransa Azərbaycan-Ermənistan münasibətlərinin formalaşmasında rol oynaya bilməz.Görünür,Makronun son fikirləri Əliyevi həddən artıq qəzəbləndirib.Noyabrda Brüsseldə Mişel,Əliyev və Paşinyan arasında növbəti üçtərəfli görüş keçiriləcək.Ancaq indidən təxmin etmək mümkündür ki,Makronun son açıqlamaları fövqündə noyabrdakı Brüssel görüşü ugursuz ola bilər.
Gəlinən nəticə budur ki,Makron Avropada Almaniyanın keçmiş kansleri Anqela Merkeldən boşalan liderlik v əızifəsini öz üzərinə götürmək istəyir.Fransa prezidenti daxildəki erməni diasporunu özünün siyasi rəqiblərinə qapdırmaq istəmir,eyni zamanda,Ermənistanı himayə etməklə,Cənubi Qafqazda Avropa İttifaqının nüfuzunu gücləndirmək istəyir.Əslində,Əliyev hökuməti Aİ-nin Cənubi Qafqazda nüfuzunun və təsir mexanizimlərinin güclü olmasında maraqlı deyil.Üstəlik,Makronun açıq erməni mövqeyindən çıxış etməsi Əliyevi qəzəblındirir.Azərbaycan prezidenti Astanadakı MDB sammitində təkcə Parisi deyil,Vaşinqtonu da qərəzli olmaqda günahlandırıb.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir