Kamal Aliyev: İki şər adam və bir məqsəd
Və 12 dekabr “der Spiegel”jurnalı “İki şər adam və bir məqsəd”başlıgı ilə çıxacaq.
Görünən budur ki,ABŞ-nin yeni “Milli Təhlükəsizlik Strategiyası”qoca qitədə gözlənilməz effekt yaradıb.Məlum sənədə əısaslansaq,Avropa artıq ABŞ-nin,daha dogrusu MAGA(Make Amerika great again)-çıların maraq dairəsində deyil.Hətta belə demək olar ku,qlobalistlər də iki hissəyə bölünüb:anti-Trampçılar və Trampdan yana olanlar.
Bir az da konkretləşdirək:MAGA-çılar və Trampdan yana olan qlobalistlər qitə Avropanın gələcək statusunu əvvəlki kimi(2-ci ci dünya müharibəsindən sonrakı dövr)görmür,yaxud da görmək istəmir.Təsəvvür edin ki,”Blackrock”un rəhbəri deyir ki,gələcəkdə Arktikada Rusiya ilə birlikdə işləyə bilərik.Üstəlik,Tramp Moskvaya Putinlə görüşmək üçün əmlak biznesmeni dostu Uitkofu və digər yəhudi kürəkəni,biznesmen Kuşneri göndərir.Uitkofu hardasa başa düşdük,ancaq dövlət katibi Rubioyu yox,kürəkən Kuşneri Kremlə göndərmək də sıradan və sadə bir taktiki gediş ola bilməz.
Ukraynaya gəldikdə,prezident Zelenski dünən bəyan etdi ki,ABŞ və Aİ təhlükəsizlik zəmanətləri verərsə,o, 90 gün ərzində seçki keçirməyə hazırdır.O da məlumdur ki,Tramp və MAGA-çıların sülh planına görə,Ukrayna ölkə ərazisinin təxmin əın 25%-ni Rusiyaya güzəştə getməyə məcbur olacaq.Yox əgər Zelenski dirənəcəksə,o zaman müharibə daha da uzanacaq və Ukrayna daha çox ərazilərini(hətta Xarkov və Odessanı)da itirəcək.
Digər bir maraqlı detal isə budur ki,Zelenksi hökuməti Ukraynanın şərq əraziləri ilə əlaqədar referendum keçirmək istəyir.Bu,qətiyyən ABŞ-nin sülh planına uygun gəlmir.Ona görə ki,referendumun nəticəsi indidən məlumdur:ukraynalılar əsla Rusiyaya torpaq güzəşti etməyəcəklər.
Ümumiyyətlə,seçki ilə yanaşı referendum məsələsini böyük ehtimalla Zelenskiyə Starmer,Merz və Makron fısıldayıb.Bunu Vaşinqtonda da bilməmiş deyillər.
Zelenskiyə gəldikdə,o,mütləq istefaya gedəcək,başqa yolu artıq yoxdur.
Rusiya isə strateji zəfərini elan edəcək.



Yorum gönder