KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: İbrahim Rəisi həm daxildən,həm də xaricidən təzyiqlərə məruz qalmaqda davam edir

Kamal Aliyev: İbrahim Rəisi həm daxildən,həm də xaricidən təzyiqlərə məruz qalmaqda davam edir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
365 0

İbrahim Rəisi hökuməti həm daxildən,həm də xaricidən təzyiqlərə məruz qalmaqda davam edir.

Rusiyada çap olunan “Pravda”qəzeti İran prezidenti Seyid İbrahim Rəisinin karikaturasını “donmuş Rəisi Kremlin baglı qapısı arxasında gözləyir”başlıgı altında nəşr edib.

Əslində,Rəisinin Rusiyaya rəsmi səfəri,iki dövlət arasında imzalanan sənədlər,hətta onun Rusiya prezidenti V.Putin tərəfindən “soyuq”qarşılanması İrandakı islahatçı siyasətçilərə yaxın mediada ciddi tənqidə məruz qalmışdı.

Belə ki,Məhəmməd Xatəmi,Hüseyn Musəvi,Həsən Ruhani kimi islahatçı düşərgəyə aid edilən siyasətçilər və onlara yaxın olan media indiki prezident İbrahim Rəisini İranın milli maraqlarını Rusiya və Çin kimi ölkələrə satmaqda ittiham edir.

Hətta İran parlamentinin keçmiş spikeri və ali rəhbər Xamenei ilə “isti”münasibətlərə sahib olan Əli Laricani də vaxtaşırı İ.Rəisi hökumətini bacarıqsızlıqda,qeyri-peşəkarlıqda ittiham edir.İş o həddə çatıb ki,ultra-mühafizəkar keçmiş prezident Mahmud Əhmədinejad da prezident Rəisini sərt tənqidə məruz qoyur.

İran prezidenti İ.Rəisi Rusiyaya səfər etməmişdən qabaq demişdi ki,ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunub.Lakin Rusiya prezidenti V.Putin iranlı həmkarı Rəisi ilə görüşündə agzından qaçırdı ki,İran ŞƏT-də tam hüquqlu üzv deyil,müşahidəçi status əldə edib.
Halbuki,mühafizəkarlara yaxın media İranın ŞƏT-ə tam hüquqlu üzv kimi qəbul olundugunu təblig edirdi.

Nəzərə almalıyıq ki,İran prezidenti İbrahim Rəisi həm də ali rəhbər Əli Xameneinin potensial varisidir.İrandakı mühafizəkar düşərgə post-Xamenei dövrü üçün Rəisini ən şanslı və islam inqilabının(1979) ənənələrinə ən sadiq siyasi xadim kimi görür.

Üstəlik,ali rəhbər Əli Xamenei və islam inqilabının qarantı hesab olunan İnqilab Keşikçiləri Korpusu da İbrahim Rəisiyə stavka edir.Görünür,mühafizəkar düşərgə Rəisini ali rəhbər olmaq yolunda prezident kimi təcrübə qazanmasını daha məqbul oldugunu düşünür.
Çünki,İranın indiki ali rəhbəri Seyid Əli Xamenei bir müddət prezident kimi fəaliyyət göstərib.

Hazırda Əli Xamenei və mühafizəkar seqmentin əsas hədəfi Vyanada keçirilən nüvə danışıqlarının nəticəsi olaraq Qərb tərəfindən tətbiq olunan agır iqtisadi sanksiyaların ən azından müəyyən bir qisminin ləgv olunmasına nail olmaqdır.
İran siyasi elitası onun fərqindədir ki,Çin və Rusiya ilə ən yüksək səviyyəli əməkdaşlıq da rejimin qarşılaşdıgı siyasi və iqtisadi problemlərə çarə deyil.

Eyni zamanda,körfəzdəki ərəb monarxiyalarının son iki ildə İsrail ilə “Abraham Razılaşması”çərçivəsində diplomatik münasibətlər qurması İranın Yaxın Şərqdəki geopolitik maraqlarına cavab vermir.Həm də İran agır embarqolar səbəbindən xaricidən nə müasir texnologiya əldə edə bilir,nə də müasir silahlar ala bilir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir