KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Hakan Fidanın Azərbaycana gəlişi nədən xəbər verir?

Kamal Aliyev: Hakan Fidanın Azərbaycana gəlişi nədən xəbər verir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
338 0

Türkiyənin bəzi media orqanlarında yazılan xəbərlərə görə,bu ölkənin Milli Kəşfiyyat Təşkilatının(MİT)rəhbəri Hakan Fidanın Azərbaycana səfər edəcəyi gözlənilir.
MİT-in rənbəri Hakan Fidanın Bakıya gəlişi təsadüfü deyil və prezident İlham Əliyevin hökumət üzvləri ilə keçirdiyi son müşavirədə konkret olaraq Rusiyanın əleyhinə səsləndirdiyi fikirlərlə əlaqədar ola bilər.
Nəzərə alsaq ki,Ermənistandakı revanşist qruplar da son vaxtlar Azərbaycana qarşı partizan müharibəsi aparacaqları haqqında məsuliyyətsiz bəyanatlar verirlər vəaydındır ki,bu, Kremlin diktəsi birbaşa əlaqəlidir.Mümkündür ki,Rusiyanın siyasi elitası Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində bu gün Əliyev və Rene von der Leyen arasında imzalanan memorandumdan narazıdır.Hətta mümkündür ki,Rusiya Xəzər dənizi hövzəsində sabotaj və terror aktları törədsin.Kifayət qədər ayıq-sayıq və diqqətli olmalıyıq.
Bu prizmadan məsələyə yanaşsaq,Azərbaycan və Türkiyənin xüsusi xidmət orqanları arasında fəaliyyət koordinasiya edilməli,təhlükəsizlik üçün preventiv tədbirlər alınmalıdır.
ABŞ MKİ-nin direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat idarəsinin rəhbəri Ermənistanı ziyarət edib N.Paşinyanla görüşdülər.
Dünən İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin xüsusi nümayəndəsi Ə.Şamxani də Bakıda idi.Şamxani Bakıdan əvvəl Yerevana səfər etmişdi.Şamxani Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə demişdi ki,İran və Azərbaycan xalqları arasını mədəni,mənəvi əlaqələr var və üçüncü bir ölkə aramıza girməməlidir.Şübhəsiz ki,Şamxaninin qəsd etdiyi üçüncü ölkə İsraildir.
Cənubi Qafqaz ugrunda qlobal və regional güclər arasında rəqabət indiki qədər intensiv hal almamışdı.
Ümumilikdə Cənubi Qafqaz Yaxın Şərq cografiyasının bir hissəsi hesab olunur və bu regiondan ötrü rəqabət meylləri yaxın aylarda daha da qızışacaq.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir