KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Hacı Şahin və İranın teopolitika siyasəti

Kamal Aliyev: Hacı Şahin və İranın teopolitika siyasəti

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
248 0

Ümumiyyətlə,dini mövzulardan yazmaga,bəhsə girməyə o qədər də maragım,həvəsim olmayıb.Ancaq dinlər tarixini az-çox oxumuşam,müasir siyasətdə,beynəlxalq münasibətlərdə dövlətlərin teopolitikadan istifadə etdiyini diqqətlə izləmişəm.
Hətta vaxtaşırı Qərb ölkələrinin geopolitik təmayüllərində,siyasət anlayışlarında teopolitikanın izlərini görmək çətin deyil.Xüsusilə,Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Vaşinqtonun Yaxın Şərq siyasətinin bazisində teopolitika amilinin oldugunu görürdük.Tramp ətrafına xeyli neokon və protestantları yıgmışdı və İsraili indiki prezudent Co Baydendən daha çox müdafiə edirdi.Bu,din və siyasət anlayışlarının sintezi idi,politoloqlar tərəfindən teopolitika adlandırılırdı.Bizim bölgədə teopolitikadan ən “məharətli”şəkildə istifadə edın ölkə İrandır.Reallıq budur ki,Tehrandakı klerikal,teokratik rejimin şiə anlayışı Azərbaycanda son 30 ildə özünə xeyli tərəfdar toplayıb.Məşhəddəki ayətullah sinifi Azərbaycan da daxil olmaqla Yaxın Şərqdə “şiə ayparası”ideologiyasını yaymaqdan ötrü,öz teopolitik hədəfləri üçün xeyli pullar xərcləyir.Əslində,Azərbaycanda da belədir və ayətullah kastasının Azərbaycandakı dini-ideoloji bazası həm olduqca geniş,həm də geclüdür.Lakin rejimin Azərbaycandakı dini-ideoloji təbligatının qarşısında duran,mənsub oldugu xalqın milli-mənıvi dəyərlərini dərk edən önəmli bir ilahiyyatçı vardı.Bu,Hacı Şahin Həsənli idi.Azərbaycanda milli-mənəvi dəyərlərin sintezini anlayan və insanlarımızın İranın dini təbligat aparatının təsirindən uzaq tutmagı bacaran şıxs idi Hacı Şahin Həsənli.
Bu gün biz yerli şiə ilahiyyatçımızı,Məşhəddəki ayətullahların din və teologiya anlayışını Azərbaycanda yaymaq istəyənlərin qarşısında duran Hacı Şahini itirdik.
Yeri gəlmişkən,son vaxtlar İranda yaşayan və Azərbaycan xalqını,dövlətini,inun sekulyar anlayışını təhqir edən vətən xainləri də Hacı Şahinə qarşı idi.
Çünki Hacı Şahin dövlətinə,xalqına,onun milli-mənəvi dəyərlərinə baglı idi.Hacı Şahin İranın şiə din anlayışını,rejimin ermənipərəstliyini bilirdi.Elə məhz buna görə İrandakı ayətullahlar Hacı Şahin Həsənlini söydürürdülər öz əlaltılarına.
Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin(QMİ)səlahiyyətli nümayəndəsi,Bakıdakı “Məşhədi Dadaş”məscidinin imam camaatı olaraq gəncləri maarifləndirirdi,onları İranın təsirinə düşməsinin qarşısını alırdı.Xatırladım ki,ötən il İngiltərənin paytaxtı Londonda bir qrup radikal dindar Azərbaycan səfirliyinə hücum edəndə də,Hacı Şahin bu hadisəni pisləmişdi.Bu,məncə,vacib addım idi və onu alqışlamışdım.Bəli,həyat da,ölüm də fanidir.Bir gün dünyaya gəlirik,bir gün də köçəcəyik.
Hər yerdə oldugu kimi,Azərbaycanda da dinə inanan var,inanmayan da.Bu,normaldır və insanlar seçimlərini etmək də azaddırlar.Demokratik və liberal cəmiyyətlərin üstünlüyü həm də odur ki,orada dinlərə də sayqı göstərilir,insanların dini seçimlərinə dövlət təminat verir.

Son olaraq,Hacı Şahin Həsənliyə Alahdan rəhmət diləyir,yaxınlarına,qihum-əqrabasına,tələbələrunə başsaglıgı diləyirəm.
Allah günahlarını əfv etsin.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir