KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kamal Aliyev: Gürcüstanda siyasi polarizasiya dərinləşir.İvanişvili ölkəni niyə Avropadan uzaqlaşdırır?

Kamal Aliyev: Gürcüstanda siyasi polarizasiya dərinləşir.İvanişvili ölkəni niyə Avropadan uzaqlaşdırır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
37 0

Gürcüstanda siyasi qütbləşmə artıq o qədər dərinləşib ki,hətta ölkə parlamenti yeni ombudsmanı seçməkdə belə acizdir.Əslində,mən Gürcüstan parlamentinin ombudsman seçimindəki acizliyini ölkədəki siyasi qütbləşmə ilə birbaşa əlaqəli oldugunu zənn edirəm.Bu ölkənin üçüncü prezidenti(2004-2013),reformator kimliyi ilə Cənubi Qafqazın ən önəmli siyasi fiquru həbsxanadadır və onun son yayılmış görüntüləri ölkədəki siyasi polarizasiyanın bariz nümunəsidir.Ölkə müxalifətinin faktiki lideri M.Saakaşvili artıq yeriməkdə,qidalanmaqda,hətta danışmaqda belə çətinlik çəkir.Gürcüstanın “kölgə lideri”,milyarder Bdzina İvanişvili görünür,Saakaşvili ilə siyasi hesablaşmasını bitirməyib.Üstəlik,hakim “Gürcü Arzusu”partiyasının katibi Kobaxidze deyir ki,Saakaşvili istedadsız simulyatordur.Gürcüstanda siyasi polarizasiya o həddədir ki,baş nazir İrakli Qaribaşvili(İvanişvilinin təyin etdiyi baş nazir)Saakaşvili haqqında danışmır,onun müalicəsinin ABŞ və ya Avropada davam etdirməsinə reaksiya vermir.Bu gün Saakaşvili komaya düşmək təhlükəsi ilə üz-üzədir.Rallıq bundan ibarətdir ki,İvanişvili-Qaribaşvili tandemi və müxalifətdəki rusyönümlü “Xalqın Gücü”partiyasının lideri Kavelaşvili açıq-aydın Gürcüstanı Avropadan uzaqlaşdırmaq xəttini yürüdürlər.Hal-hazırda Gürcüstan siyasi spektrı sanki Kremldən idarə olunur.Buna rəgmən,2021-ci ildə baş nazir postundan istefa edən və daha sonra “Gürcüstan Ugrunda”partiyasını quran Georgi Qaxariya belə İvanişvilini aydın şəkildə tənqid edir.Qaxariyanın tənqidlərinin mahiyyəti budur ki,hakim “Gürcü Arzusu”partiyası bilərəkdən ölkənin Avropa İttifaqına inteqrasiyasının qarşısını alır.Maraqlıdır ki,Gürcüstandakı hakim siyasi zehniyyət hər vəchlə cəmiyyətə yalnış bir düşüncəni aşılayır ki,güya indiki əsas müxalifət partiyası Vahid Mulli Hərəkat(VMH)iqtidara gəlsə,Cənubi Qafqazda Qərb Rusiyaya ikinci cəbhəni açacaq.İrakli Qaribaşvili hökumətinin bu absurd tezisi o qədər gülüncdür ki,cəmiyyət də bunbunas o qədər etibar etmir.Sadə gürcüləri ölkədəki korrupsiyanın miqyası,hakimiyyət qolları arasındakı disbalans və iqtisadi problemlər maraqlandırır.Görünür,Qaribaşvili düşünür ki,siyasi populizimlə cəmiyyətin diqqətini bir müddət də əsas problemlərdən yayındırmagı bacaracaq.
Ancaq bu gün Rusiyanın Ukraynadakı qanlı müharibəsi Gürcüstan üçün imkanlar,yeni fürsətlər yaradıb.Bu,Gürcüstanın Avropa İttufaqına inteqrasiyasını sürətləndirə bilər,əks halda,proses daha 20-30 il uzana bilər.Zənnimcə,Gürcüstanın “kölgə lideri”və onun hökumətdəki kuklaları da bu həqiqətin fərqinə varmalıdırlar.Və əlbəttə ki,İvanişvili də özünü məsuliyyətdən kənar hiss etməməli,yaxasını kınara çəkməməlidir.
Gürcüstan parlamentində ombudsmanın seçilməməsi(hakim Gürcü Arzusu imkan vermədi),keçmiş prezident M.Saakaşvilinin həbsxanada başına gətirilənlər onu deməyə əsas verir ki,Gürcüstanın “kölgə lideri”İvanişvili ölkənin demokratikləşməsini,Avro-Atlantik məkana inteqrasiyasına imkan verməyəcək.Halbuki,20 QHT-nin ombudsman vəzifəsinə irəli sürdüyü namizədin parlamentdə seçilmısi ölkədəki siyasi qütbləşmənin qarşısını ala bilərdi.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir