KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kamal Aliyev: Gürcüstan hökuməti seçimini etdi-nə Qərbə,nə də Rusiyaya inteqrasiya

Kamal Aliyev: Gürcüstan hökuməti seçimini etdi-nə Qərbə,nə də Rusiyaya inteqrasiya

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
285 0

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki,ölkəsi öz ərazisindən Rusiyaya qarşı “ikinci cəbhə”açılmasına imkan verməyəcək.Bundan əlavə,Qaribaşvili növbəti dəfə bəyan edib ki,onlar Rusiya-Ukrayna müharibəsinə qoşulmayacaqlar.
Əslində,İrakli Qaribaşvilinin bu dedikləri yeni deyil,hətta keçmiş prezident Mixail SaakaşviliGürcüstana qayıdanda da,hökumət başçısı buna bənzər fikirlər söyləmişdi.Gürcüstan hökuməti düşünürdü ki,Qərb qəsdən Saakaşvilini Gürcüstana göndərir ki,o,ölkədə “dövlət çevrilişi”edib Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açsın.Qaribaşvilinin dediklərindən belə çıxır ki,Gürcüstanın mövcud iqtidarı “yeni cəbhə”açmamaq bəhanəsini əsas gətirərək,ölkənin Avro-Atlantik məkana inteqrasiya prosesini dayandıracaq və prinsip olaraq,Rusiyaya bir addım da yaxınlaşacaq.Lakin bu gün faktiki olaraq,gürcü cəmiyyəti Qərbə inteqrasiyanın tərəfdarıdır və Rusiyanı ən böyük “düşmən”olaraq görür.Gürcüstan ərazisinin 20%-i faktiki Rusiya tərəfindən işgal olunub.
İrakli Qaribaşvilinin dediklərini interpritasiya etsək,belə nəticəyə gəlmək olar ki,Gürcüstanda uzun illərdir mövcud olan siyasi polarizasiya daha da dərinləşəcək və iqtidar-müxalifət-vətəndaş cəmiyyəti arasında siyasi münasibətlər daha kəskin mərhələyə qədəm qoyacaq.
Bu arada,Gürcüstan parlamentindəki müxalif Milli Hərəkat Partiyasının üzvü,keçmiş daxili işlər naziri Vano Merabişvili deyib ki,o,Gürcüstan hökumətinin Ukraynanın yanında olmamasına görə,utanır.Gürcüstan parlamentinin İnsan Hüquqları Komitəsinin sədri Mixael Sarjveladze deyib ki,onlar öz ərazilərindən Rusiyaya qarşı “ikinci cəbhə”açılmasına imkan verməyəcəklər.Görünür,Gürcüstan hökuməti düşünür ki,indiki məqamda Rusiyaya qarşı mübarizəni Cənubi Qafqaza çəkmək 2008-ci ilin avqustunda oldugu kimi rus tanklarının Tbilisinin 25 km-nə gəlib çıxmasına səbəb ola bilər.
Beləliklə,Azərbaycan kimi,Gürcüstan hökuməti də Qərbə siyasi inteqrasiyanı deyil,neoimperial Rusiya ilə ehtiyyatlı davranmga üstünlük verəcək.Lakin kifayət qədər siyasiləşmiş gürcü xalqı öz gələcək perspektivini avtoritar Rusiyanın yox,Avropa İttifaqının yanında görür.

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir