KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kamal Aliyev: Gürcüstan hara gedir:Qərbə,yoxsa Rusiyaya tərəf?

Kamal Aliyev: Gürcüstan hara gedir:Qərbə,yoxsa Rusiyaya tərəf?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
104 0

Tbilisidə hakim “Gürcü Arzusu”partiyasının keçirdiyi mitinqi izlədim.Əvvala,”kölgə lider”Bdzina İvanişvili və baş nazir İrakli Kobaxidzenin bu tədbiri kifayət qədər izdihamlı keçdi.Mümkündür ki,inzibati resurslardan da istifadə olunub.Gürcüstan hökuməti,daha dogrusu,İvanişvili yandaşları hesab edirlər ki,”Xarici agentlər haqqında”qanun layihəsi mütləq qəbul olunmalıdır ki,Qərb QHT-lər vasitəsilə mövcud hökuməti devirə bilməsinlər.
Gürcü iqtidarının təşkil etdiyi aksiyanın ümumi mahiyyəti qərbpərəst müxalifətə “əzələ”nümayişi idi və adətən hakim zümrələr bu sayaq tədbirləri keçirməklə özlərinin hələ də güclü olduqlarını,təzyiqlərə boyun əyməyəcəklərini nümayiş etdirirlər.Biz bu sayaq siyasi gedişləri daha çox avtoritar idarəetməni mənimsəmiş rejimlərin timsalında görürük.Təbii ki,mən Gürcüstanın mövcud hökumətini biryolluq Rusiyadan asılı oldugunu zənn etmirəm.Ola bilsin ki,oliqarx Bdzina İvanişvilinin Moskvada dostları,ona məsləhət verənləri var.Lakin bu,o dem əık deyil ki,bütün gürcü siyasi elitası göbəkdən Moskvaya baglıdır.Üstəlik,Gürcüstan ərazisində məhz Rusiyanın qurdugu iki kvazi dövlət var və buna görə cəmiyyətin Moskvaya münasibəti olduqca mənfidir.Adətən ölkələrin ərazisində separatçılıq varsa və bu,kənardan dəstəklənirsə,istər-istəməz cəmiyyətdə millətçilik əhval-ruhiyyəsi yüksək olur.Sadəcə,İrakli Kobaxidze hökuməti Rusiya ilə açıq konfrantasiyaya da getmək istəmir;çünki 2008-ci ildə yaşanmış məglubiyyət və ən başlıcası,Rusiya-Ukrayna müharibəsi var.Gürcüstan,artıq rəsmi olaraq Avropa İttifaqı üzvlüyünə namizəddir və bu fakt bu,Qərbə inteqrasiyanın ilkin addımıdır.Hərçənd,bu,o demək deyil ki,Gürcüstan yaxın vaxtlarda Aİ-yə qəbul olunacaq.Və bunu Gürcüstan iqtidarı da anlayır.
Digər yandan,Kobaxidze hökuməti onun da fərqindədir ki,anti-Qərb siyasəti həm də gələcəkdə sanksiyalara məruz qalmaqdır.Bu,iqtisadiyyatı zəif olan Gürcüstan üçün böyük fəlakətdir.Lakin Qərbin Gürcüstan hökumətinə sanksiyaları Rusiyanın da işinə gəlir və Moskva həm də bunu gözləyir.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir