Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganla görüşündə 44 günlük Vətən müharibəsindən sonra Bakının təklif etdiyi “3+3″geoiqtisadi əməkdaşlıq formatı da müzakirə olunub.Gürcüstan başından bəri Rusiyanın da iştirak etməsi gözlənilən “3+3″formatına soyuq yanaşır.Hərçənd,”3+3″formatı Gürcüstanın geosiyasi maraqlarıyla da üst-üstə düşür.
Digər yandan,Gürcüstan hökuməti də Türkiyə kimi Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb.Təbii ki,bu,Qərbi narahat edir və son zamanlar Tbilisidəki etiraz aksiyalarının kökündə dayanan səbəblərdən biri də budur.Həm indiki baş nazir İrakli Kobaxidze,həm də onun sələfi Qaribaşvili dəfələrlə bəyan ediblər ki,Qərb Ukraynadan sonra Cənubi Qafqazdan da Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır.Şübhəsiz ki,Tbilisi 2008-ci ildəki 4 günlük müharibədəki agır məglubiyyəti yaşadıgı üçün daha diqqətli davranmaq məcburiyyətindədir.
İndiki mərhələdə Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsi Ankara və Bakının da planlarını poza bilər.Həm Ərdogan,həm də Əliyevin Putinlə şəxsi dostlugu var və hər iki lider Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına imkan verməyəcək.
Əlbəttə,bunu gürcü hökuməti də dərk edir və bu səbəbdəndir ki,Kobaxidze daha diqqətli olmaga çalışır.Cari gürcü hökuməti Azərbaycan-Türkiyə strateji əməkdaşlıq formatında özünə yer əldə etmək istəyir.Bu üzdən,Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının qurulması ehtimalı artır.Mümkündür ki,Gürcüstan hökuməti Ankara və Bakı ilə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə,Qərbin təzyiqlərini müəyyən qədər zəiflədə bilsin.Nəzərə alsaq ki,Gürcüstanın Qərbə daha sıx inteqrasiyası təkcə Rusiyanın deyil,indiki Azərbaycan və Türkiyə iqtidarlarının da mənafeyinə uygun gəlmir.
Kamal Aliyev: Gürcüstan Ankara və Bakı ilə əməkdaşlıqda nəyi hədəfləyir?
115 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.