KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Fransanın Qarabag məsələsindəki yeni yanaşması və rusların tələskənliyi

Kamal Aliyev: Fransanın Qarabag məsələsindəki yeni yanaşması və rusların tələskənliyi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
156 0

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında dedikləri maraq kəsb edir.Təbii ki,Parisin Qarabag məsələsindəki mövqeyində elə də kəskin dəyişikliklər olmasa da,ümumilikdə müəyyən müsbət siqnalların oldugunu görmək mümkündür.Ceyhun Bayromovun da vurguladıgı kimi,Azərbaycan Fransanın danışıülar prosesində Ermənistana müəyyən təzyiqlər edəcəyini gözləyirdi,lakin bunlar sonradan məyusluga çevrildi.
Əslində,Fransa Qarabag probleminin tarixinə ATƏT-in Minsk Qrupunun həmsədri oldugu zamandan bələddir.Xüsusilə,Fransanın keçmiş prezidenti Jak Şirak Qarabag probleminə xələflərinə görə daha aktiv yanaşırdı.Lakin Fransadakı erməni lobbisi istər-istəməz rəsmi Parisin Qarabag probleminə yönəlik siyasi kursuna yön verir.Bu,yeni yanaşma deyil və bu perspektivi dəyişmək o qədər də asan deyil.Rəsmi Bakı isə Fransanın Avropa İttifaqının əsas siyasi lokomotivi oldugunu dərk edir və onu da təxmin edir ki,Parislə münasibətlərin gərginləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir.
Üstəlik,Fransanın digər Avropa ölkələri kimi Azərbaycandan enerji asılılıgı yoxdur və bu,Parisi əlindəki ən vacib təsir rıçaqlarından biridir.Yəni,Azərbaycan İtaliya,İngiltərə kimi ölkələrlə siyasi münasibətlərini Fransa ilə yarada bilmir.

 

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın fikirlərinə gəldikdə,Parisin Azərbaycanın Laçın koridorunda sərhəd-buraxılış məntəqəsi qurmasından narahatlıgı diqqət çəkir.Fransa bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edir və Azərbaycanı beynəlxalq hüquqa hörmət etməyə çagırır.Şübhəsiz ki,Azərbaycan tərəfi də bəyan edir ki,Laçın dəhlizində qurdugu sərhəd-buraxılış məntəqəsi beynəlxalq hüquqa görədir və bu addımı öz ərazisində həyata keçirib.
Ceyhun Bayramiv və Ketrin Kolonnanın görüşündəki müsbət məqam ondan ibarətdir ki,Ermənistan yenidən danışıqlar prosesinə qayıtmaga razılıq verib.Növbəti görüş isə Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Vaşinqtonda keçirilıcək.Artıq belə qənaətə gəlmək olar ki,son altı ayda Bakı və Yerevan arasında dayandırılmış danışıqlar yenidən başlayacaq.
Digər tərəfdən,Rusiya da sanki tələsir və maksimum səy göstərir ki,Azərbaycan-Ermənistan danışıqları ancaq onun himayəsi altında baş tutmalıdır.Belə ki,Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova Qərbin aktivləşdiyi bir mərhələdə bəyan edib ki,Azərbaycan,Rusiya və Ermənistan XİN rəhbərləri arasında yaxın tarixdə üçtərəfli görüş keçiriləcək.Göründüyü kimi,Moskva nəyin bahasına olursa-olsun Qərbin Qarabag probleminin siyasi həllində aktivləşməsinin,bir addım önə keçməsini həzm edə bilmir.

 

Fransanın xarici işlər nazirinin azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında dediyi bir cümlə də belə idi ki,Paris Azərbaycanın Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsi yaratmasını birtərəfli addım kimi görür.Bu,o deməkdir ki,Paris hələ də Laçın dəhlizinin beynəlxalq hüquq nöqteyi-nəzərindən xüsusi statusa malik olduguna inanır.Reallıqda isə bu ərazi Azərbaycana məxsusdur.Zənnimcə,Fransa artıq bilinən bu həqiqəti qəbul etməlidir.Və bundan savayı,Laçın yolu pz fəaliyyətini humanitar yüklər üçün davam etdirir.
Sadəcə,Bakının son addımı həmin yoldan silah-sürsatın daşınmasının qarşısını alıb.
Fransa XİN-nin rəhbərinin səfəri bütün bunlara rəgmən,müsbət qıbul edilməlidir.Ən başlıcası,Azərbaycan və Ermənistan arasında Qərb platforması çərçivəsində növbəti görüşlərin keçiriləcəyi məlum oldu.Bu;əlbəttə,priblemin siyasi həllində Rusiyanın monopoliyasından qurtulmaq üçün yaxşı fürsətdir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir