Nəhayət,Fransa Parlamentinin aşagı palatası-Milli Assambleya da bir müddət əvvəl Senat kimi Azərbaycan əleyhinə qətnamə layihəsini qəbul etdi.Əslində,Milli Assambleyanın bu qərarı gözlənilən idi.Məlum qətnamə Fransa prezidenti Emanuel Makronun “Renessans”partiyasının deputatları tərəfindən müzakirəyə çıxarılmışdı və 256 millət vıkili qətnamənin lehinə səs verdi.Əlbəttə,qətnamədə əks olunan fikirlər müəyyən qədər mübahisə dogura bilər.Xüsusilə,Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etm əısinin zəruru oldugu vurgulanır.Şübhəsiz ki,bu bənd eyni zamanda Türkiyəyə qarşı yönəlib və Ankaranın regional aktor kimi Ermənistanın ərazi bütövlüyünə hörmət göstərməsi istənilir.
Bundan başqa,Milli Assambleyanın qəbul etdiyi qətnamədə o da vurgulanır ki,cəzasızlıga qarşı mübarizə üçün Ermənustanın Beynəlxalq məhkəməyə müraciət edə bilər.
Qətnamədə o da göstərilir ki,Fransa hökuməti Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün Aİ çərçivəsində vahid mövqe nümayiş etdirmək üçün səyləri artırsın.Bu bəndin mahiyyəti belədir ki,Fransa bundan sonra da Ermənistanın maraqlarının qoruyucusu olacaq.
Dəfələrlə yazdıgım kimi,qarşıdakı illərdı Qarabag priblemi ətrafında daha ciddi proseslər baş verəcək.Hazırda Rusiya,İran və Ermənistan kimi ölkələr Cənubi Qafqazda öz geosiyasi maraqları naminə Erm ənistanı müdafiə etməkdədirlər.Faktiki olaraq,Azərbaycan tərəfi təklənməkdədir.Azərbaycan hökumətinə yaxın media vəziyyətin kritik oldugunu dərk edir-o cümlədən Əliyev iqtidarı d a.
2023-cü il Azərbaycan-Ermənistan arasında təmas xəttində,rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabag ərazisində də lokal hərbi əməliyyatların baş verəcəyi istisna olunmamalıdır.Dekabrın 7-də Moskvada Azərbaycanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.Bu görüş böyük maraq kəsb edir.İndi elə bir situasiya yaranıb ki,Rusiya öz hərbçilərini Qarabagdan çıxarmamaq üçün hətta erməni baş nazir Nikol Paşinyanın və Xankəndidəki “dövlət naziri”,Kremlin proyekti Ruben Vardanyanın diliylə Azərbaycana təzyiq göstərir.Güman ki,önümüzdəki ildə də Moskva,Tehran və Parisin Bakıya təzyiqləri daha da intensivləşəcək.
Kamal Aliyev kafkassam