KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Ermənistanı növbəti təxribata İran təşviq etdi?

Kamal Aliyev: Ermənistanı növbəti təxribata İran təşviq etdi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
166 0

 

Azərbaycan və Ermənistan arasındakı dövl əıt sərhədində növbəti eskalasiya baş verib.Belə ki,aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutub.İlkin məlumatlar bundan ibarətdir ki,hər iki tərəfdən ölən və yaralananlar var.
Yayılan məlumatlara görə,Ermənistan tərəfi İran istehsalı PUA-lardan və zenit-raket komplekslərindən istifadə edir.Maraqlıdır ki,indiki məqamda Ermənistanı bu təxribata kim və hansa məqsədlə təşviq edib.Nəzərə alsaq ki,bu gün Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsseldə-NATO qərərgahında görüşlər keçirir.Eyni zamanda o da bilinir ki,yaxın vaxtlarda KTMT missiyasının Azərbaycan-Ermənistan dövlət sərhədində fəaliyyəta başlayacagı biləcəyi istiqamətində Yerevanla Moskva arasında danışıqlar gedir.Baxmayaraq ki,Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətındaş Müqaviləsi”partiyasının daxilində KTMT ilə baglı narazılıqlar var,ancaq görünür,erməni baş nazir Moskvanın nəzarətində olan hərbi təşkilatın Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşdiriləcəyinə razı olub.Lakin biz İranın mövqeyini də bu kontekstdə mütləq dəyərlındirməliyik.Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranda bu ölkənin Ali Təhlükəsizlik Şurasının katibi Şamxani ilə görüşüb.Tərəflır İran və Ermənistan arasında hərbi-siyasi sahədə əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.Bu gün Laçın istiqamətində baş verən qanlı toqüuşmada erməni tərəfinin İran PUA-larından istifadə etdiyi məlum olub.Üstəlik,SEPAH-a yaxın teleqram kanalları bu gün baş verən qanlı hadisənin hansı ərazidə baş verdiyi haqqında xəritələr yayıblar.Bütün bu baş verənlər bizə onu göstərir ki,bu gün Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdə İranın rolu,fəaliyyəti də olub.Əlbəttə,burada İranın Ermənistana verdiyi PUA və digər döyüş silahları deyil,həm də kəşfiyyat məlumatlarından söhbət gedir.Görünür,Tehran son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacagı haqqında formalaşan pozitiv gəlişmələrdən narahatdır.Çünki indiki mərhələdə müharibə nə Azərbaycan,nə də Ermənistan rəhbərliyinə sərf edir.Belə demək mümkünsə,Azərbaycan və Ermənistan arasında növbəti müharibə ehtimalı Qərbin də maraqlarına cavab vermir.Və belə olan təqdirdə,bugünkü hadisənin kimin geosiyasi maraqlarına cavab verdiyi aydındır.Bu,birmənalı olaraq İrandakı rejimdir.Tehrandakı rejim təkcə Zəngəzur dəhlizinə qarşı deyil,eyni zamanda Qarabag probleminin bütövlükdə siyasi həllinə maraq göstərmir.Görünür,İran mövcud status-kvonun qorunub saxlanılmasında daha çox istəklidir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir