KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ermənistan və Türkiye Moskvada görüşəcək

Kamal Aliyev: Ermənistan və Türkiye Moskvada görüşəcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
36 0

-Mövlüd Çavuşoglu deyir ki,yaxın günlərdə Ermənistan və Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün iki ölkənin xüsusi nümayəndələri Moskvada görüşəcək.Çavuşoglu onu da vurgulayıb ki,yaxın günlərdə Türkiyə və Ermənistan arasında çarter reysləri başlayacaq.

-Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Çikaqaqo şəhərində türk icması ilə keçirdiyi görüşdə bəyan edib ki,Türkiyə və Ermənistan arasında normallaşma prosesi diasporun anti-Türkiyə arqumentlərini,düşmən münasibətini darmadagın edəcək.İ.Kalın belə deyir ki,iki ölkə arasında münasibətlərin yaxşılaşması Ermənistanı Rusiyanın vəsayətindən(təsir)qurtaracaq.

Həm M.Çavuşoglunun,həm də İ.Kalının dedikərinə diqqət edin.
Mənim başa düşməkdə çətinlik çəkdiyim məqam budur ki,Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində danışıqlar Moskvada başlayıbsa,(yəqin ki,bundan sonra Moskvada da davam etəcək)İ.Kalın dediyi kimi,Türkiyə Ermənistanı kremlin təsirindən necə uzaqlaşdıracaq.
Sizcə,kreml onun geosiyasi maraqlarına zidd olan bir şeyi qəbul edərmi?
Və yaxud kim təminat verə bilər ki,Moskva sabah xoşuna gəlməsə,Türkiyə-Ermənistan danışıqlarını baltalamayacaq…

İbrahim Kalın bilməmiş olmaz ki,Ermənistanın demək olar bütün nəqliyyat,energetika sistemi Rusiyanın nəzarətindədir.Hətta Ermənistan-Türkiyə dövlət sərhədini rus əsgərləri qoruyur.
Dogurdanmı Kalın inanır və ya özünü inandırıb ki,ölkəsi Ermənistanı Rusiyanın təsirindən çox asanlıqla qurtaracaq…

Maraqlıdır,niyə Türkiyə və Ermənistan arasında danışıqlar məsələn,Tbilisidə deyil,Moskvada keçirilir?
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir