Ermənistan rəsmən Fələstin dövlətini tanıdıgını deklarasiya edib.Müsəlmanlar üçün müqəddəs olan cümə günündə erməni baş nazir Paşinyanın bu sayaq cəsarətli addımın ətrafında müxtəlif spekuliyasiyalar dolaşır.Hərçənd,baxmayaraq ki,indiyəcən BMT-nin üzvü olan 193 ölkənin 145-i suveren Fələstin dövlətinin 1967-ci il sərhədləri çərçivəsində tanınmasını dəstəkləmişdi.Ermənistan hökumətinin bu gün almış oldugu qərarı həm Türkiyə XİN-i,həm də Mahmud Abbasın Şərqi Qüdsdə rəhbərlik etdiyi Fələstin adminstrasiyası da alqışlayıb.
Bundan əvvəl isə Norveç,İspaniya və İrlandiya da Fələstin dövlətini tanıdıqlarını bəyan etmişdi.
Məsələnin maraqlı tərəfi budur ki,Azərbaycan prezidenti İlham Əliyev də Misirdə rəsmi səfərdə olarkən,Fələstin və İsrail arasında ikidövlətli həll planına dəstək verdiyini açıqlamışdı.Hərçənd,Avropa İttifaqı da daxil olmaqla,Rusiya və Çin kimi ölkələr də müstəqil Fələstin dövlətinin tanınmasının vacibliyini vurgulayırlar.ABŞ,Kanada və Fransa isə hələ də Fələıstin dövlətinin yaradılmasına qarşıdırlar.
Konkret Ermənistanın Fələstinlə baglı qərarına gəlincə,bilirik ki,tarixən ermənilərlə yəhudilər arasında ədavət var.Halbuki,İsraildə 10 min erməni,erməni soyqrımını tərənnüm edən abidə var.Buna rəgmən,İsrail erməni soyqrımını tanımaqdan həmişə imtina edib.Bundan əlavə,ikinci Qarabag müharibəsində İsrail Azərbaycana d əıstək verib,ona mühasir silah-sürsat satıb.Təbii ki,İsrail-Azərbaycan münasibətləri Yerevanı həmişə narahat edib.Digər bir maraqlı məqam da budur ki,Ermənistanın Qərbdəki iki əsas müttəfiqi-Fransa və ABŞ-də müstəqil Fələstin dövlətini tanımaga tələsmirlər.Tam əksinə,Vaşinqton və Paris Qəzzadakı qətliamı davam etdirməsi üçün İsrailə siyasi və hərbi dəstək verməkdə davam edirlər.O zaman sual yaranır:Paşinyan niyə Fələstin məsələsində bu qədər irəli getdi? Mümkündür ki,Ermənistan hökuməti Qarabag məsələsinin həllində Azərbaycana dəstək verən İsrailə cavabı bu şəkildə verdi.
Paşinyan münasib zamanı gözlədi…
- Anasayfa
- »
- Ermenistan
- »
- Kamal Aliyev: Ermənistan niyə Fələstin dövlətini tanıdı?
Kamal Aliyev: Ermənistan niyə Fələstin dövlətini tanıdı?
131 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.