KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Erməni əsrlərlə baglı görüntülər araşdırılmalıdır

Kamal Aliyev: Erməni əsrlərlə baglı görüntülər araşdırılmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
211 0

Müxtəlif sosial şəbəkə hesablarında Azərbaycan hərbçilərinin 4 erməni əsri güllələyərək öldürməsi həm təxribatdır,həm də əməlli-başlı skandaldır.Müharibə qanunlarına görə,əsrlərlə davranış qaydaları var və bu kimi hadisələrə haqq qazandırmaq olmaz.
Əlbəttə,44 günlük müharibə dövründə də elə hörüntülər vardı ki,orda da erməni əsgərlər hətta həlak olmuş Azərbaycanlılara qarşı acımasısca işgəncə hərəkətləri törədiblər.Bir dəfə də yazmışdım ki,cəbhə xəttində xidmət edən əsgərlərə smartfonlardan istifadə etmək biryolluq qadagan olunmalıdır.Hal-hazırda qarşı tərəf elə məhz mobil telefonların yerini müəyyən etməklə zərbələr endirə bilirlər.Yuxarıda da vurguladıgım kimi,erməni tərəfi də həm birinci,ikinci Qarabag müharibələrində təkcə azərbaycanlı hərbçilərə deyil,eyni zamanda sivil şəxslərə qarşı da zorakılıq,işgəncə və alçaldıcı hərəkətlər törədiblər.Biz hələ də birinci Qarabag müharibəsi dövründə itkin düşən 4 min azərbaycanlı haqqında səhih məlumatlara malik deyilik.Bu nöqteyi-nəzərdən özümüzə qarşı törədilən vəhşiliyə eyni və yaxud bənzər üsullarla cavab verməyi dogru saymıram.
Digər tərəfdən,son hadisələri tənqid edənləri də qınamıram.Amma bu hadisəni müxtəlif dillərə tərcümə edib tirajlayanlara da demək istəyirəm ki,heç narahat olmayın,artıq ermınilər bunu bütün dünyaya servis ediblər.Hətta Avropa İttifaqının nümayəndısi Tayvo Klaar görüntülərlə baglı Azərbaycanı ittiham edən tviter paylaşımı da edib.Bundan əlavə,Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Filip Rikerlə görüşündə bu mövzunu müzakirə edib.Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanıb və bu triumfu düşmənin indiyəcən istifadə etdiyi üsullardan yararlanaraq “cavab vermək”yolverilməzdir.Yəqin ki,erməni diasporu günü bugündən məlum görüntünü gen-bol istifadə edəcəklər.
Nəticə olaraq vurgulayım ki,erməni əsr hərbçilərə qarşı törədilən bu akt ciddi şəkildə araşdırılmalı və buna hüquqi qiymət verilməlidir.Hər halda,Azərbaycan XİN-də lazımı araşdırmaların aparılacagını bəyan edib.İndiki məqamda,xüsusilə,sülh danışıqlarının getdiyi bir zaman kəsimində və sülh müqaviləsinin hazırlandıgı ərəfədə bu sayaq hadisələr ümumi işin ziyanınadır.Erməni hərbçilərə qarşı törədilən cinayətə qanunlar çərçivəsində hüquqi qiymət verilməlidir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir