KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Emanuel Makronun Çin səfəri niyə ugursuz oldu?

Kamal Aliyev: Emanuel Makronun Çin səfəri niyə ugursuz oldu?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
170 0

 

Fransa prezidenti Emanuel Makronun Çinə səfəri haqqında müəyyən mülahizələr irəli sürmək olar.Yeri gəlmişkən,fransız prezidenti Çin səfərində Avropa Komissiyasının rəhbəri Rene Fon der Lyayen de müşahidə edirdi.
Əlbəttə,həm E.Makron,həm də Lyayenin Pekində Çin lideri Tsi Cinpinlə görüşünün əsas məqsədi Ukrayna böhranı olub.Bundan başqa,gündəlikdəki müzakirə başlıqlarından biri də iyunda keçiriləcək Çin-Avropa İttifaqı zirvəsi olub.Yuxarıda da vurguladıgım kimi,Makron və Lyayenin əsas məqsədi Ukrayna böhranı,Çinin dolayı yolla Rusiyanın işgal siyasətini dəstəkləməsi olub.Daha sonra Cinpinlə Makron arasında keçirilən görüşdən sonra tərəflər birgə bəyannamə qəbul ediblər.Lakin qəbul edilən deklarasiyada Cinpin Rusiyanın Ukraynadakı işgalını qınamaqdan imtina edib.Əslində,bu,gözlənilən idi və indiki situasiyada Pekinin Qərbin mövqeyini müdafiə edəcəyi aglabatan deyildi.Ümumiyyətlə,Çində agıllı strateqlər var və onlar təkcə Rusiyanın deyil,eyni zamanda,Ukrayna konfliktində Qərbin də türbulans içində oldugunu dərk edirlər.Bundan əlavə,Pekin artıq qlobal siyasətdə önəmli bir qütbdür və geosiyasi maraqlarını şaxələndirməkdə davam edir.
Buna baxmayaraq,Pekin üçüm Avropa İttifaqı böyük bazardır və bu bazarı itirməməmək lazımdır.
Xatırladım ki,bundan əvvəl Çin Ukrayna böhranının həlli üçün 12 maddədən ibarət həll varianti təklif etmişdi.Çin təklifi mahiyyət etibarı ilə Rusiyanın maraqlarına cavab verirdi və bu,Qərb tərəfindən də qəbul edilmədi.Qərb açıq-aşkar bəyan etdi ki,Pekinin irəli sürdüyü 12 maddə Rusiyanın maraqlarına cavab verir.
Bundan əlavə,Çin lideri Tsi Cinpin Makron və Lyayenlə görüşündə deyib ki,Pekin Avropa İttifaqı ilə münasibətlərin üçüncü dpvlətə qarşı yönəlməsinin(böyük ehtimalla Rusiyanı nəzərdə tutur)və bu münasibətlərin üçüncü dövlət tərəfindən(ehtimal ABŞ-dir)nəzarət edilməsinin əleyhinədir.Tsi Cinpin bununla demək istəyib ki,bizi ABŞ-nin diktəsi ilə Rusiyaya qarşı yönəldə bilməzsiniz.
Göründüyü kimi,özünü artıq “qlobal güc”hesab edən Çin Avropa İttifaqına deyir ki,ABŞ sizi yönləndirir(hətta Pekinə sizi göndərən də Vaşinqtondur) və mən Rusiyaya qarşı çıxmayacagam.Görünən budur ki,Putinin Ukraynada qanlı işgalı davam etdikcə,proses müəyyən mərhələdə Avropa qitəsinin içinə də çəkilə bilər.Rusiya yaxın vaxtlarda Belarusda taktiki nüvə başlıqlarını yerləşdirəcək.Bu,birbaşa müəyyən etapda Rusiya-NATO müharibəsinə də rəvac verə bilər.Əslində,Makron və Lyayenin Pekinə ziyarətinin elə əsas məqsədi Pekini Rusiyanı bu addımdan çəkindirməsi olub.Lakin Makron və Lyayen göründüyü kimi Pekindən əliboş qayıdır.Çin tərəfi indiki məqamdə Rusiya ilə münasibətlərində məsafə saxlamaz.Əksinə Pekin NATO-nu ittiham edir ki,hərbi aliyans 90-cı illərdə verdiyə sözə əməl etməyərək şərqə dogru genişlənməklə,Rusiyanın təhlük əısizlik maraqlarını nəzərə almayıb.
Beləliklə,Makron necə deyərlər,Çində umdugunu bulmayıb,indi isə bir müddət Fransada pensiya islahatına qarşı davam edən aksiyalarla məşgul olacaq.Çinin isə strateji agılı belədir ki,Rusiya-Ukrayna müharibəsi növbəti mərhələdə Rusiya-NATO müstəvisinə keçsin və beləliklə,tərəflər yorulsun.Sual:Rusiya və Qərbin zəifləməsi kimə sərf edir?
Birmənalı olaraq,Çinin güclənməsinə,çoxqütblü dünyada vacib aktor olmasına…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir