KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Çin İran və Səudiyyə Ərəbistanını barışdırdı

Kamal Aliyev: Çin İran və Səudiyyə Ərəbistanını barışdırdı

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
215 0

Vaşinqtonun buna cavabı necə olacaq?

Səudiyyə Ərəbistanı Krallıgı və İran İslam Respublikası Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək,qarşılıqlı olaraq səfirlikləri yenidən açmaga razılaşıblar.Belə ki,Ər-Riyad və Tehran arasındakı diplomatik və siyasi münasibətlər 2016-cı ildən indiyəcən kəsilmişdi.O vaxt Səudiyyə hökuməti İrana yaxın şiə din xadimi Nimr-Əl-Nimri edam etmişdi.Buna cavab olaraq,Səudiyyə Ərəbistanın İranın paytaxtı Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluguna radikal şiə dindarları tərəfindən hücum həyata keçirilmişdi.
Çinin sponsorlugu ilə Tehran və Ər-Riyad arasında imzalanmış müqaviləyə görə,tərəflır 2001-ci ildəki təhlükəsizlik sahəsindəki əməkdaşlıq və 1998-ci ildəki ticarət,iqtisadiyyat,investisiya razılaşmalarını da aktivləşdirəcəklər.Uzun müddət idi ki,Çinin dövlət rəhbəri Şi Cinping Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşmasına çslışırdı.Həm İran,həm də Səudiyyə Ərəbistanı Çinin Yaxın Şərqdə ən yaxın müttəfiqləridir.Şi Cinping ötən il Səudiyyə Ərəbistanına etdiyi səfərdə bu ölkə ilə 30 müaavilə imzalamışdı.Hətta Pekin və Ər-Riyad aralarında razılıq əldə etmişdilır ki,Çinlə enerji ticarətində bu ölkənin milli valyutası yuandan istifadə olunacaq.Səudiyyə Ərəbistanı isə Çindən yüksək texnologiya məhsulları idxal edəcək.İrana gəldikdə isə,2021-ci ildə Tehran və Pekin arasında 25 illik strateji müttəfiülik və tərəfdaşlıq sazişi imzalanıb.
Çin Yaxın Şərqdə öz fəaliyyətini aktivləşdirməklə,ABŞ-a meydan oxuyur.Çin həm bu ölkələrə yüksək texnologiya ixrac edir,yüzmilyardlarla dollar ivestisiya yatırır və bununla yanaşı,həmin ölkələ “təhlükəsizlik çətiri”təklif edir.
Digər tərəfdən,ABŞ-Çin ,ABŞ-Rusiya rəqabəti həm Yaxın Şərqdə,həm də Afrikada daha da şiddətlənməkdədir.Rusiya 2014-cü ildə Suriyadakı vətəndaş müharibəsinə daxil olmaqla,diktator Bəşər Əsədi dəstəkləməklə uzun bir pauzadan sonra Yaxın Şərqə daxil oldu.Rusiya Afrikada da Qərbə meydan oxuyur.Belə ki,Rusiyanın təhriki ilə Fransa bu gün faktiki olaraq,Mali və Burkino-Fasodan qovulub.Çin isə Yaxın Şərq və Afrika ölkələrinə milyardlarla və uzunmüddətli kreditlər verməklə bu ölkələri öz geopolitik hədəflərinə daxil edir.Dogrudur,Səudiyyə Ərəbistanı kifayət qədər zəngindir və onun Çin kapitalına ehtiyacı yoxdur.Lakin Səudiyyə Ərəbistanına yüksək texnologiyalar lazımdır və Çin bunu yerinə yetirə bilər.Üstəlik,Ər-Riyad ABŞ-dan asılılıgdan qurtulmaq istəyir və öz enerji resurslarına başqa bazarlar axtarır.Bu nöqteyi-nəzərdən,İran və Səudiyyə Ərəbistanı arasında problemlərin həlli Pekinin Yeni Dünya Nizaminda(YDN)geosiyasi maraqları üçün olduqca vacibdir.
Yeri gəlmişkən,bu gün Pekində imzalanan razılaşmanı Səudiyyə Ərəbistanından Krallıgın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Məhəmməd Əl-Aiban,İrandan Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani imzalayıb.Çin Xalq Respublikasını isə mərasimdə xarici işlər naziri Vanq Yi təmsil edib.
Çinin vasitəçiliyi ilə Səudiyyə və İran arasında imzalanan müqavilənin əsas bəndləri bir-burinin daxili işlərinə qarışmamamq və ərazi bütövlüyünə hörmətdir.İran illərdir Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə qarşı döyüşən husi üsyançılarını dəstəkləyir.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı hərbi əməliyyatlar keçirsə də,istədiyinə nail ola bilmir.Mümkündür ki,Səudiyyə Ərəbistanı və İran arasında diplomatik və siyasi münasibətlərin qurulmasından sonra Yəmən böhranının həlli istiqamətində irəliləyişlər əldə olunsun.İranın Səudiyyə Ərəbistanından tələbi isə rejimə müxalif olan qüvvələri maliyyələşdirməsin.Gördüyünüz kimi,h əər iki dövlətin qarşılıqlı tələbləri var.İran üçün Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması onun üçün lazımdır ki,yaxın tarixdə İsraillə gözlənilən hərbi konfrantasiyada ərəb ölkələrini neytrallaşdıra bilsin.Tehran istəyir ki,İsraillə ehtimal olunan eskalasiyada ərəb ölkələri ən azından neytral mövqe nümayiş etdirsinlər.Səudiyyə Ərəbistanının İrandan tələbi isə husilərə dəstəyini kəsməsi,daxildəki şiə ərəblərinin Ər-Riyad hökumətinə qarşı separatist siyasətinə dəstək verməməsidir.
Yeri gəlmişkən,Tehran-Ər-Riyad arasında münasibətlərin normallaşmasından heç də məmnun olmayan ölkələr ABŞ və İsraildir.Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərindən biridir və bu ölkənin təhlükəsizliyinin qarantıdır.Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinə ən böyük təhdid isə İran və onun regiondakı proksiləridir.Əgər Ər-Riyad və Tehran arasında uzunmüddətli normallaşma mümkün olacaqsa,bu,ABŞ-ın maraqlarına da uygun deyil.Nəzərə alamalıyıq ki,Ərəb Liqasında Səudiyyə Ərəbistanının nüfuzu yüksəkdir və gələcəkdə mümkündür ki,Çin bundan istifadə edərək Yaxın Şərqə daha da nüfuz edəcək.Şübhəsiz ki,bu,Vaşinqtonu narahat edir.Eyni zamanda,İran-Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi Təl-Əvivi də narahat edir.İsrail rejimin nüvə silahı əldə etməsinə qarşıdır və lazım gələrsə,İrana hücum edəcəyini bəyan edir.Hətta sragagün İsraildə səfərdə olan ABÇ-ın müdafiə naziri Lloyd İstin bəyan etdi ki,yaxın vaxtlarda İrana hücum ola bilər.Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin indiki mərhələdə normallaşması ABŞ-la yanaşı İsrailin də planlarını pozur.Üstəlik,ABŞ-ın hal-hazırda ən böyük rəqibi olan Çinin də Yaxın Şərqə daxil olması Vaşinqtonu cavab tədbirləri görməyə sövq edir.İran-Səudiyyə Ərəbistanı yaxınlaşmasının ən karlı və qazanclı tərəfi isə Çindir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir