KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Çin İran və Səudiyyə Ərəbistanını barışdırdı.Pekindən Vaşinqtona daha bir qol

Kamal Aliyev: Çin İran və Səudiyyə Ərəbistanını barışdırdı.Pekindən Vaşinqtona daha bir qol

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
171 0

Nəhayət,Pekində Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal ibn Fərhanın iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş baş tutdu.Belə demək mümkünsə,Çin Yaxın Şərqin iki rəqib dövlətini,aktorunu biraraya gətirməklə,bölgənin yeni “qlobal oyunçusu”ünvanını əldə etdi.Əlbəttə,bu,ABŞ-ın Yaxın Şərqdən getməsi deyil və Vaşinqton hələ uzun müddət regionda qalacaq.Pekində əldə olunmuş razılıga əsasən,İran və Səudiyyə Ərəbistanında səfirliklər və konsulluqlar qarşılıqlı olaraq fəaliyyətə başlayacaq.Tehran və Ər-Riyad rəsmi heyətlərin ziyarəti,viza rejiminin sadələşdirilməsi,özəl sektordan qarşılıqlı ziyarətlər mövzusunda razılıq əldə etdilər.
İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər 2016-cı ilin yanvarın 2-dən pozulmuşdu.Səudiyyə Ərəbistanı o vaxt aralarında şiə ruhani Nimr Əl Nimrin oldugu 47 nəfəri “tertorçuluq”maddəsi ilə edam etmişdi.Daha sonra Tehran və Məşhəddə radikal şiələr Səudiyyə Ərəbistanının Tehran,Məşhəd kimi şəhərlərdəki diplomatik binalarını yandırmışdı.2015-ci ilin martından İran Yəməndəki Husiləri dəstəkləməklə,Tehran və Ər-Riyad arasındakı münasibətlər tamamilə kəsilmişdi.
Şübhəsiz ki,İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpa edilməsi ABŞ,İsrail kimi dövlətləri narahat edir.Hərçənd,son illər Təl-Əviv “İbahim Müqavilələri”çərçivəsində ərəb ölkələri ilə normallaşma prosesini başlatmışdı.Üstəlik,Təl-Əviv indiyəcən Yaxın Şərqdə “düşmənimin düşməni dostumdur”prinsipinə üstünlük verirdi.Yəni,İsrail ərəb ölkələri və İran arasındakı problemlərdən məharətlə istifadə edərək,Yaxın Şərqdə daha güclü tərəf kimi görünürdü.Təbii ki,İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər dərhal öz həllini tapmayacaq.Bundan sonra da Ər-Riyad və Tehran arasında “sünni-şiə”kontekstli rəqabət davam edəcək.Lakin bu məsələdə ən qazanclı ölkənin Çin oldugunu bəribaşdan demək mümkündür.Birincisi,Çin artıq son illərə qədər passiv xarici siyasət kursundan aktiv fazaya qədəm qoydu.Pekin üçün həm İran,həm də Səudiyyə Ərəbistanı kimi dövlətlər olduqca vacibdir.Çünki Tehran və Riyad Yaxın Şərqin iki önəmli ölkələridir.Üstəlik,Çin hər iki ölkədən neft almaqla,enerji idxalını şaxələndirir,Rusiyadan enerji asılılıgını zəiflədir.
Digər tərəfdən,Çin həm İran,həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaqla,hər iki ölkəyə texnologiya ixracını həyata keçirəcək.Hətta növbəti mərhələdə ola bilsin ki,Səudiyyə Ərəbistanı ABŞ-dən almadıgı təhlükəsizlik zəmanətlərini Çindən alsın.Çin 2021-ci ildə İranla imzaladıgı sazişə görə,bu ölkəyə 25 il ərzində 459 milyard dollar invüstisiya yatıracaq.Üstəlik,İran tərəfi Çindən texnologiya idxalına nail olacaq.Əlbəttə,Çin hələ İrana investisiya qoymaga tələsmir,çünki bu ölkənin şirkətləri ABŞ sanksiyalarından ehtiyat edir.
Göründüyü kimi,Çin özünün strateji “Bir yol,bir kəmər”layihəsi ilə artıq Yaxın Şərqin yeni və vacib aktorudur.Təbii ki,Çinin Yaxın Şərqdə aktuvləşməsi ABŞ və İsraili ciddi narahat edir.Vaşinqton belə demək mümkünsə,Yeni Dünya Nizamında(YDN)Çin ilə təkcə Avrasiyada deyil,Yaxın Şərqdə də rəqib olacaq.Hətta ola bilsin ki,çoxqütblü dünyada Çin,Rusiya,İran və BRİCS ölkələri(Yaxın Şərqin bəzi ölkələrini də istisna etməmək olar) ABŞ-nin liderlik etdiyi kollektiv Qərbin qarşısında olacaqlar.Çin və ABŞ rəqabəti əvvəlcə Yaxın Şərqdə,daha sonra isə Afrika qitəsində intensivləşəcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir