KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Çin İran və İsraili barışdırmaq istəyir.Pekin Yaxın Şərqdə ABŞ-ı əvəz edir?

Kamal Aliyev: Çin İran və İsraili barışdırmaq istəyir.Pekin Yaxın Şərqdə ABŞ-ı əvəz edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
208 0

 

Qərb mediasının yaydıgı informasiyaya görə,Çinin təşəbbüsü ilə Honkonqda və Şanxayda İsrail-İran danışıqları baş tutub.Dogrudur,ilkin görüşlər tanışlıq xarakteri daşısa da,görünür,Pekin Yaxın Şərqin bir-birinə iki düşmən dövlətini barışdırmaq istəyir.Bir müddət əvvəl də Çin İran və Səudiyyə Ərəbistanını da barışdırmışdı.Şübhəsiz ki,Pekin üçün həm Tehran,həm də Ər-Riyad Yaxın Şərqdə vacib enerji tərəfdaşlarıdır və bu iki dövlət arasında münasibətlər in normal olması Çinin geopolitik maraqlarına cavab verir.
Eyni zamanda,Pekin və Si Tzinpin hökuməti Yaxın Şərqdə öz nüfuz alanını genişləndirməklə,həm bölgədə ABŞ-a ciddi rəqib olmaq istəyir,həm də Yeni Dünya Nizamında(YDN)əsas geosiyasi aktor kimi irəli çıxmaga çalışır.Konkret olaraq,İsrail-İran müzakirələrinə gəlincə,bu kontekstdə Çini ABŞ-dən üstün mövqeyə çıxaran bir səbəb var:Çin həm İranla,həm də İsraillə normal münasibətlərə malikdir və bu üstünlük Pekinin təsir imkanlarını daha da artırır.İndi əsas məsələ budur ki,İsrailin İranın nüvə silahı yaratmayacagına inandırmaq.Bu,alınacaqmı?Əlbəttə,bu suala birmənalı cavab vermək çətindir.
Üstəlik,İran nüvə silahı hazırlamaq üçün lazımlı olan 84%-lik uranın zənginləşdirilməsinə nail olub.Bu,o demıkdir ki,bundan sonra İranın nüvə silahı hazırlamasında problem yoxdur.İsrailə gəlincə,hal-hazırda baş nazir Benyamin Netenyahunun hökumətinin başı hüquq islahatlarına qarşı ölkədə həftələrdir davam edən etiraz aksiyalarına qarışıb.Hətta vəziyyət o həddədir ki,baş naziriin oglu Yair Netenyahu sosial şəbəkə hesabında İsraildəki etirazların ABŞ tərəfindən maliyyələşdirildiyini yazır.
Digər tərəfdən,İsrailin koalasiya hökumətində təmsil olunan maliyyə naziri Bezelel Smotriç fələstin adında xalqın mövcud olmadıgını bəyan edir.
Netenyahu koalisiyasının milli təhlükəsizlik naziri İtamar Ben Givir Məscidi Aqsanı ziyarət etməklə,radikal ifadələr səsləndirməklə İsrail hökumətini daha da çıxılmaz vəziyyətə salır.Bu gün faktiki olaraq,həm ABŞ,həm də Avropa İttifaqı Netenyahu hökumətindən narazıdır.Bütün bunlardan istifadə edın isə Çin hökumətidir.Pekin hım körfəz ölkələri,həm İran,həm də İsraillə yaxşı münasibətlərə malikdir.Təbii ki,Çinin Yaxın Şərqdə aktivləşməsi Vaşinqtonu narahat edir.Üstəgəl,Çin Rusiya ilə də strateji münasibətlərə sahibdir və bütün bunlar Qərbi narahat edir.İndi Qərbin rəqibi təkcə Rusiya yox,həm də Moskvanın üzərində böyük təsiri olan,Yaxın Şərqdə getdikcə qlobal aktor olan Çindir.Bu gün avtoritar Çin faktiki olaraq,Yeni Dünya Nizamını(YDN) və çoxqütblü beynəlxalq sistemi inşa etməkdədir.Hətta Çinin qlobal sistemdə gücü o qədər artmaqdadır ki,uygur problemini artıq gündəmə gətirən də yoxdur.
Pekinin İsrail və İran arasında vasitəçiliyinin məqsədi budur ki,Yaxın Şərqin bu iki düşmən dövləti arasında hərbi konfrantasiya ehtimalını minumuma endirsin.Mümkündür ki,Çin İsrail və İran arasında barışıq əldə edə bilməsin,ancaq Pekin ən azından eskalasiyanın qarşısını almaqla,Yaxın Şərqin aparıcı geosiyasi aktoru olmaq istəyir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir