KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Brüssel görüşü ugurlu alındımı?

Kamal Aliyev: Brüssel görüşü ugurlu alındımı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
262 0

Şübhəsiz ki,mən bu suala birmənalı cavab vermək istərdim.Lakin erməni tərəfinin növbəti qeyri-konstruktiv mövqeyi,daha çox mücərrədliyə meyilliliyi dördüncü Brüssel görüşünün də ugurlu alındıgını söyləməyə imkan vermir.
Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra açıqlanan bəyanatda(Ş.Mişelin bəyanatı)sərhədlərin delimitasiya və demarkasiyası ,nəqliyyat əlaqələrinin bərpası,bir ay müddətində hər iki ölkənin xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzərində işləməsi razılaşdırıldı.Xüsusilə,sülh müqaviləsi haqqında mətnin hazırlamansı diqqətimi çəkdi.Təbii ki,bu olduqca mühümdür və Aİ-nin regionda davamlı və uzun müddətli sülhün bərqərar olmasında maraqlı olduguna işarədir.Amma Ermənistan tərəfinin yekun sülh müqaviləsinə hazır oldugu qənaətində deyiləm.Regional kommunikasiya xətlərinin açılmasında Ermənistan maraqlı görünsə də,burda da cıgallıq edir və prosesi xüsusilə Zəngəzur dəhlizi məsələsində sarvat edir.
İkincisi,Yerevan Azərbaycanın təqdim etdiyi 5 təklifə müsbət yanaşsa da,özünün əlavə 6 prinsipini irəli sürməklə məsələni yenə də qanqren halına gətirir.Digər tərəfdən,Paşinyanı indi yekun sülh müqaviləsindən daha çox Avropa İttufaqının ayıracagı maliyyə yardımı maraqlandırır.Yəni,Ermənistanın davamlı sülhdə maragı yoxdur.Eyni zamanda,Paşinyan hökuməti Rusiyadan xəbərsiz addım ata bilmir.Əgər belə olmasaydı,Paşinyan Brüsselə yola düşməmişdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışmazdı.Adətən Paşinyan Brüsseldən qayıtdıqdan sonra sonra Moskvaya gedib Putinə hesabat verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Azərbaycanda saxlanılan erməni hərbçilərinin azad edilməsini də gündəmə gətirib.Rəsmi Bakı isə erm əıni hərbçilərinin hərbi əsr deyil,diversant olduqlarını bəyan edir.Bir məsələ də 1-ci Qaarabag müharibəsində itgin düşmüş 4 min azərbaycanlının taleyidir.Əslində,Ermənistan tərəfi 1991-1994-cü illərdəki Qarabag müharibəsində öldürülən və basdırıln 4 min azərbaycanlının məzarlarının yerini demir.Lakin erməni tərəfi hər vəchlə diversantları gündəmə gətirərək,problemin birdəfəlik həllini yubadır.
Mişel-Əliyev-Paşinyan arasında növbəti üçtərəfli görüş noyabr ayında keçiriləcək.İstisna etmirəm ki,Ermənistan tərəfi növbəti Brüssel görüşündə də yeni bəhanələr uyduracaq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir