KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Britaniya Kəşfiyyat Xidməti rəhbərinin Ermənistana səfərinin məqsədi nədir?

Kamal Aliyev: Britaniya Kəşfiyyat Xidməti rəhbərinin Ermənistana səfərinin məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
253 0

Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin Rəhbəri Riçard Mur Ermənistana səfər edib və bu ölkənin baş naziri Nikol Paşinyanla görüşüb.
Bildiyiniz kimi,hazırda Qarabag problemi ətrafındakı situasiya,Laçın-Şuşa-Xankəndi yolu üzərində azərbaycanlı ekoaktivistlərin günlərdir davam etdirdiyi protest fonunda Riçar Murun səfəri diqqəti özün əı cəlb edir.R.Mur və N.Paşinyan arasında keçirilən görüşdə Cənubi Qafqazdakı proseslər,regional və təhlükəsizlik məsələləri də müzakirə mövzuları olub.
Yeri gəlmişkən,bu ilin iyul ayının 15-ABŞ MKİ-nin direktoru Uilyam Börns də Yerevanda N.Paşinyanla görüşündə Cənubi Qafqazdakı prosesləri,terrorizmə qarşı mübarizə,beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə etmişdi.
Britaniyanın Kəşfiyyat Xidmətinin Mİ6-nın rəhbəri Riçard Mur bundan əvvəl Türkiyədə səfir vəzifəsində çalışıb və regionu tanıyır.Eyni zamanda,Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Londonun maragı var.Bunun əsas səbəblərindən biri kiçik Ermənistanı Türkiyə ilə münasibətlərini normallaşdıraraq,onu Rusiyanın təsir orbitindən çıxarmaqdır.Böyük Britaniya hökuməti bu gün erməni cəmiyyətindəki anti-Rusiya ab-havasını müşahidə edir,Paşinyanın komandasının ölkəni Rusiyanın təsirindən çıxarmaq istəyindən xəbərdardır və bu tendensiyalardan faydalanmaga can atır.Əlbəttə,Dawning Street 10 və Mİ6 bilir ki,Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası var,bu ölkənin üzərində siyasi və iqtisadi təsir rıçaqları var.Üstəgəl,Qarabagda mövcud olan rus sülhməramlıları da Moskvanın Yerevan özərindəki ‘effektiv”təsir rıçaqlarından biridir.

Beləliklə,proqnoz etmək olar ki,Moskva MKİ direktoru Nikolas Börnslə yanaşı Mİ5 şefi Riçard Murun da Yerevana səfərlərini diqqətlə müşahidə edir.Və onu da təxmin etmək mümkündür ku,Rusiya Mİ6 şefinin Yerevana uzun illər sonra səfərindən məmnun deyil.Yəni Moskva Vaşinqton və Londonun son iki ildə Cənubi Qafqazda fəallaşmasını özünə təhdid görür və hesab edir ki,bu ölkələr Rusiyanı Cənubi Qafqazdan çıxarmaq strategiyasını işə salıblar.Dogrudur,ABŞ və Böyük Britaniyanın istəklırinə tezliklə nail olması asan görünmür,ancaq fakt bundan ibarətdir ki,gələcək perspektivdə Qərb Cənubi Qafqazda öz dominantlıgını reallaşdırmaq əzmindədir.
Onu da qeyd edək ki,sabah Yerevanın Azadlıq meydanında beynəlxalq sülhm əıramlı kontingentin Qarabaga dəvət edilməsi tələbi ilə aksiya keçiriləcək.Təbii ki,bu aksiyanın səbəbi aydındır:erməni xalqı düşünür ki,rus sülhməramlıları onlsrı Yuxarı Qarabagda qorumur.Lakin beynəlxalq sülhməramlıların Qarabaga dəvət edilməsi praktik olaraq indiki mərhələdə qeyri-mümkündür.Ona görə ki,bunun üçün Bakı və Yerevan arasında bu istiqamətdə yeni razılaşmaya ehtiyac var…

Əvvala,Azərbaycan 2025-ci ildə Yuxarı Qarabagdan beynəlxalq mandatı olmayan rus sülhməramlılarını çıxarmaq istəyir.

İkincisi,qısa müddət öncə Ermənistanın baş naziri N.Paşinyan Rusiyaya müraciət etmişdi ki,Yuxarı Qarabagdakı sülhməramlılar daha 15-20 il bölgədə qalsınlar.
İnanmıram ki,Azərbaycan tərəfi beynəlxalq sülhməramlı kontingentin Qarabagda fəaliyyətinə razı olsun.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir