KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Blinken nəyə söykənərək iddia edir ki,Azərbaycan Ermənistana hücum edəcək?

Kamal Aliyev: Blinken nəyə söykənərək iddia edir ki,Azərbaycan Ermənistana hücum edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
312 0

ABŞ-nin dövlət katibi Entoni Blinkenin ciddi diplomat oldugunu qəbul edirəm.Və Blinken konqresmenləri xəbərdarlıq edir ki,Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər.
Şübhəsiz ki,bu,bir ehtimaldır və biz bunu iddia kimi də qavraya bilərik.Buna rəgmən,indiki kritik dövrdə Azərbaycanın bu sayaq risqli addım atacagı o qədər də inandıricı görünmür.Onu da nəzərə alsaq ki,Blinken Azərbaycanın Ermənistanın Syunik(Zəngəzur)vilayətinə hərbi müdaxiləni nəzərdə tutur.Mən bilmirəm ki,cənab Blinken bu qənaətə necə gəlib.

Mümkündür ki,Vaşinqtondakı siyasi isteblişment Ermənistan-Rusiya münasibətlərinin gərgin olmasından və bunun artan xəttlə inkişafını fürsət bilərək belə bir ehtimalı Entoni Blinken kimi ciddi bir diplomatın diliylə anons edir.
Bilirik ki,Ermənistanın baş naziriNikol Paşinyan MDB-nin son zirvə görüşünə dəvət olunmasına baxmayaraq,toplantıya qatılmadı.Üstəlik,Ermənistan faktiki olaraq,KTMT-də fəaliyyətini dondurub.Bu,belə demək mümkünsə,Ermənistanın Rusiyanın təsir obyektindən uzaqlaşması istiqamətində atdıgı “cəsarətli”addımlar kimi də görünə bilər.

Digər tərəfdən,bir ehtimal da var ki,Rusiya-Qərb qarşıdurmasında cografiyanın sərhədləri böyüyür;həm İsrail-Fələstin,həm Ukraynada müharibəsinin bu qış daha da şiddətlənməsi,həm də Tayvan və Koreya yarımadasında proseslərin gərginləşə biləcəyi yeni status-kvonun ortaza çıxacagına rəvac verəcək.Belə ki,Rusiya prezidentinin bu ayın 17-19 tarixlərində Çinə səfər edəcəyi və bu ölkənin Ji Sinpinqlə görüşündən sonra fərqli geopolitik hadisələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil.Putini Çinə səfəri Qərb tərəfindən izlənilir və bundan sonra adekvat addımları atılacagını gözləmək olar.

Göründüyü kimi,Rusiya-Çin koalisiyası və Qərb koalisiyası arasında geosiyası hesablaşmanın növbəti və həlledici mərhələsinə qədəm qoyuruq.Görünür,Yeni Dünya Nizamının qurulacagı mərhələdə Cənubi Qafqazın da “mühüm”yeri olacaq.Ola bilsin ki,Entoni Blinken də Azərbaycanın Ermənistana hücum edəcəyi ehtimalını irəli sürməklə,demək istəyib ki,Yeni Dünya Nizamının qurulacagı kritik punktlardan biri də Cənubi Qafqaz olacaq
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir