KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Biden Putin arasında virtual görüş başa çatıb

Kamal Aliyev: Biden Putin arasında virtual görüş başa çatıb

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
277 0

Rusiya prezidenti V.Putin və ABŞ prezidenti C.Bayden arasında virtual görüş başa çatıb. Şübhəsiz ki,prezidentlər arasında əsas müzakirə mövzusu Ukrayna ətrafında cərəyan edən situasiyadır.

Bundan əvvəldə yazmışdım ki,Putinin amerikalı həmkarından tələbi odur ki,ABŞ Ukraynanın NATO-ya üzvlüyü mövzusundan əl çəksin.Bu istiqamətdə təkcə Ukrayna yox,Gürcüstan və Moldova da müzakirə mövzusu olub.

Düşünürəm ki,ABŞ-də Rusiya ilə deskalasiyadan yanadır,Ukrayna və NATO məsələsi də arxivə göndərilir.(qeyri-müəyyən vaxta)

Kravçuk hökumətinin 1994-cü ildə ən böyük səhvi Lissabon və Budapeşt müqavilələrinə imza ataraq,Ukraynanın nüvə silahlarından imtina etməsi idi.Ukrayna o vaxthəm nüvə silahından imtina etdi,həm də nüvə bombardımançı təyyarələrini Rusiyaya təhvil verdi.
Ukrayna hökuməti NATO-ya üzv qəbul olmayacagı təqdirdə,”b”variantı kimi yenidən nüvə silahına yiyələnmək istəyini də gizlətmir.
Belə ki,90-cı illərdə Ukrayna nüvə başlıglarının sayına görə,Rusiya və ABŞ-dən sonra dünyada üçüncü dövlət idi.

Dogrudur,Ukraynanın nüvə silahından imtinasına qarşılıq olaraq ABŞ,Böyük Britaniya və Rusiya bu ölkənin təhlükəsizliyini qorumalı idi.Lakin Rusiya 2014-cü ildə Krımı,daha sonra da Donbasın işgalında separatçılara silah və logistika dəstəyi verməklə,üzərinə götürdüyü öhdəliyi pozdu.

Yeri gəlmişkən,Ukrayna siyasi elitası həm də onun fərqində idi ki,ABŞ 2008-ci ildə Gürcüstana NATO üzvlüyü sözü vermişdi.Buna rəgmən,o vaxt Almaniyanın federal kansleri A.Merkel və Fransa prezidenti N.Sarkozi Gürcüstanın NATO üzvlüyünü blok etmişdi.

Yadınızdadırsa,2008-ci ildə eks gürcü prezident M.Saakaşvili Cənubi Osetiyada separatçılara qarşı əməliyyata başlayanda Çində yay olimpiya oyunları keçirilirdi.O vaxt Rusiya prezidenti D.Medvedyev,baş nazir isə V.Putin idi.Nəticədə rus tankları Tbilisinin 25 km-liyinə gəlib çıxmışdılar.
Bu dəfə isə Çində qış olimpiya oyunları keçiriləcək.Əgər vəziyyət nizamlanmasa,Rusiya yenə fürsətdən istifadə edə bilərdi.
Ukrayna Avropa İttifaqının qulagının dibindədir,ABŞ isə okeanın o tayında.Bu,o deməkdir ki,hər hansı müharibə olacagı təqdirdə,ən böyük ziyanı,problemləri okeanın o tərəfindəki yankilər yox,Avropa dövlətləri yaşaya bilər.
ABŞ imperializminin siyasi və hərbi ehtiraslarının qurbanı həmişə ya Yaxın Şərq,ya da Avropa olur.Hər halda,2011-ci ildə başlayan Suriyadakı vətəndaş müharibəsi buna nümunədir.

Necə deyərlər,iş görərkən, “eşşəklərə”və “fillərə”inanmayın.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir