KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Belorusun diktatoru Lukaşenko Putinin kuklasıdır

Kamal Aliyev: Belorusun diktatoru Lukaşenko Putinin kuklasıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
377 0

Rusiyalı jurnalist Vladimir Solovyevin Belorus prezidenti Aleksandr Lukaşenko ilə müsahibəsini sona qədər izlədim.
Yəqin ki,Belorus prezidenti A.Lukaşenkonun postmodern diktator olmasında hamımızın fikirləri üst-üstə düşür.
Hətta Qərbdə Aleksandr Lukaşenkoya “Avropanın son diktatoru” deyirlər.

Bu adam 2020-ci ildə Belorusda baş tutan seçkiləri total şəkildə saxtalaşdırdıqdan sonra Qərbin qəzəbinə tuş gəlib.
Batka göz görə-görə rusiyalı həmkarı Vladimir Vladimiroviçdən dəstək alaraq seçki saxtakarlıgına qarşı keçirilən etiraz aksiyalarını dagıtdı və 1994-cü ildən idarə Belorusdakı absalyut hakimiyyətini hələ də davam etdirməkdədir.

Ancaq qayıdaq mövzumuzun mahiyyətinə.

Belə ki,A.Lukaşenko rus jurnalist Vladimir Rudolfoviç Solovyevə(Solovyevin atası Rudolf Naumoviç yəhudi əsilli olub)vetdiyi müsahibə də deyir ki,Vladimir Putin polkovnik rütbəsinə sahibdir və mənə söz verib ki,sənə də polkovnik rütbəsi verəcəyəm.

Əvvəlcə V.Solovyev Lukaşenkonun bu sözlərinə təəccübləndi və bunun nə qədər dogru oldugunu soruşdu…
Lukaşenko da cavabında deyir ki,Putin ona rus və sovet ordusunda(?)polkovnik hərbi rütbəsi verəcəyini deyib,ancaq hələ də bunu yerinə yetirməyib.
Maraqlıdır,Batka “sovet ordusu”ifadəsini işlədərkən nəyə işarə edib?
Olmaya,Lukaşenko Putinin SSRİ-ni yaratmaq niyyətini özünəməxsus və ya subliminal mesajla ifadə edir…?

Daha sonra Solovyev Lukaşenkoya deyir ki,Belorus müstəqil dövlətdir və bu dövlətin başçısı başqa bir ölkənin polkovniki olması qəribədir.
Lukaşenki da Solovyevə cavabında deyir ki,bu,mənim problemimdir,sənin yox…

Bundan başqa,Solovyev Lukaşenkoya sual verir ki,əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə,Belorus necə davranacaq…
Lukaşenko da cavabında deyir ki,Rusiya necə davranacaqsa,biz də elə davranacayıq.

Ümumiyyətlə,A.Lukaşenkonun Solovyevə verdiyi müsahibə biabırçılıqdır,rəzalətdir və pis olanı isə Belorus xalqının təhqir olunması idi.
Bəli,avtoritar və diktator liderlər öz siyasi hakimiyyətlərinin ömrünü uzatmaq üçün başqalarının qarşısında alçalmagı,əyilməyi mərifət görürlər.Və ən acınacaqlısı da odur ki,diktatorlar öz siyasi ehtirasları naminə xalqlarına həm zülm verirlər,həm də onlara çox murdar bir irs qoyum cəhənnəm olurlar.

Diktatorların geridə buraxdıgı o murdar irs gələcək nəsillərin də həyatını məhvə sürükləyir,zay edir.

Yuxarıda da vurguladım kimi,1994-cü ildən Belorusu “dəmir yumuruq”la idarə edən A.Lukaşenko təkcə indi yox,gələcək nəsillərin də həyatını beləcə “qurban”verir.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir