KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Baydenin Yaxın Şərq səfəri ugurlu oldumu?

Kamal Aliyev: Baydenin Yaxın Şərq səfəri ugurlu oldumu?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
278 0

Cozef Baydenin Yaxın Şərq səfəri ugurlu oldumu?
Ərəb ölkələri yeni qlobal sistemdə(YDN) hansı qütbdə olacaqlar?

ABŞ prezidenti Cozef Rubinetto Baydenin Yaxın Şərq regionuna səfərini müxtəlif aspektlərdən analiz etmək olar.
Əvvəlcə bir həqiqəti söyləməkdə fayda var ki,Rusiyanın Ukraynaya hücumu,bu ölkədə müharibənin hələ uzun müddət davam edəcəyi ehtimalı Kontinental Avropada ciddi enerji və infilyasiya problemləri yaradıb.Hətta proses bir az da davam edərsə,Avropada staqflasiya ehtimalını da qaçılmaz edir.Və şübhəsiz ki,belə olan təqirdə,ABŞ Avro-Atlantik məkanın əsas gücü kimi öz müttəfiqlərinə enerji mənbəələri tapmalıdır.Dogrudur,Rusiya Almaniyaya ixrac etdiyi təbii qazı iyulun 21-də yenidən bərpa etdi,ancaq rus diktator Putinə inanmaq sadəlövhlükdür.Çünki,Putin qış ayında yenidən Avropaya qaz nəqlini blok edə bilər.

Dünən İstanbulda Türkiyə,BMT-nin baş katibi,Ukrayna və Rusiya nümayəndə heyətləri arasında taxıl koridorunun yaradılması məsələsində sənəd imzalansa da,bu irəli perspektivdə problemlərin həllinə elə də çarə olmayacaq.Bundan əlavə,Rusiyaya inam yoxdur və istədiyi vaxtda imzasından imtina edə də bilər.

Ərəb ölkələrinin ABŞ-la yeni strategiyası nədir?

Artıq demək mümkündür ki,Ukraynadakı müharibə kontekstində ABŞ və Rusiya arasında “yeni növ soyuq müharibə”situasiyası formalaşıb.Diqqətlə fikir verin,Rusiya Ukraynaya hücum etsə də,Yaxın Şərqdəki əsas aktorlar(İsrail də daxil olmaqla)tərəf tutmaqdan yana deyillər,hətta belə demək mümkünsə,Qərb və Rusiya arasında distansiya saxlayırlar.Bu,o deməkdir ki,Soyuq Müharibə dövründə mövcud olan və Yaxın Şərqi siyasi cəhətdən qütbləşdirmiş “hiper strateji müttəfiqlik”konsepsiyası yavaş-yavaş hibrid,təxmin edilməyən və praqmatik müttəfiqlik mərhələsinə tranzisiya edir.

Beynəlxal Münasibətlər fakültəsinin məzunları realizm nəzəriyyəsini bildikləri üçün mənim nə dediyimi qavrayacaqlar.

Belə ki,Soyuq Müharibə dövründə Yaxın Şərq xarici müdaxilələrin,siyasi polarizasiyanın,qanlı münaqişə ocaqlarının episentri idi.Hətta Soyuq Müharibə bitdikdən sonra-son 20 ilə diqqət yetirsək görərik ki,dünyadakı ən dəhşətli müharibələr Yaxın Şərqdə baş verib.Yaxın Şərq bir növ qlobal terror təşkilatlarının fəaliyyət sahəsi və yuvalandıgı mərkəz idi.Əslində,terror təşkilatları elə indi də Yaxın Şərqdə funksionaldırlar,daha aktivdirlər. Suriyada,Yəməndə,İraqda,Liviyada baş verən konfliktlər,terror təşkilatların qanlı aksiyaları Yaxın Şərqdəki regional aktorları,hətta qlobal gücləri də kifayət qədər yorub.Və nəticədə Yaxın Şərqdə yeni geopolitik mühit formalaşmaqdadır.

Baydenin ziyarəti və yeni dinamika.

ABŞ prezidenti C.Baydenin Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-Ərəb Sammitində iştirakı onu göstərdi ki,Vaşinqton və körfəz ölkələri arasında inamsızlıq,etimadsızlıq mühiti yaranıb.Açıq deyək ki,C.Bayden ərəb monarxlarını neft istehsalını artırmalarını,Rusiyaya qarşı sanksiyalara qoşulmalarına inandırmaga cəhd gösərsə də,istədiyi nəticəni almadı.Yadınızdadırsa,Donal Trampın vaxtında da ABŞ ərəb NATO-su qurmaq isyirdi.C.Bayden də Trampın hədəfini həyata keçirmək istəyində olsa da,Yaxın Şərqin aparıcı aktorları bu ideyanı qəbul etmədilər.Təbii ki,Vaşinqtonun ərəb NATO-su birbaşa İrana qarşı düşünülmüşdü.Görünür,ərəb ölkələri Tehranla birbaşa eskalasiyadan yayınır.

Dogrudur,ərəb ölkələri neft istehsalını müəyyən qədər artıracaqlar,ancaq Rusiyaya qarşı sanksiyalara,embarqolara qoşulmayacaglarını Baydenə deyiblər.

C.Baydenin bütün təzyiqlərinə,xahişlərinə,tələblərinə rəgmən,Səudiyyə Ərəbistanı,BƏƏ və Misir Kreml ilə enerji və ticarət sahəsində əlaqələrini kəsməyəcəklərini bəyan ediblər.
Fikir verin,1980-ci illərdə Səudiyyə Ərəbistanı SSRİ-yə qarşı ABŞ-ın yanında idi,kommunist rejimə qarşı mübarizədə əfqan mücahidlərinə maddi və mənəvi yardım gösərirdi.Hətta Ər-Riyad Əfqanıstandakı mücahidlər arasında siyasi vəhhabiliyin təbligatı üçün kifayət qədər vəsait xərcləyirdi.Yadınıza salım ki,o vaxt Səudiyyə Ərəbistanı dünya bazarlarında neftin qiymətinin total şəkildə ucuzlaşdırılmasına nail olmuşdu.
Təbii ki,Ər-Riyad bunu Vaşinqtonun diktəsi ilə edirdi.Nəticədə dünya bazarında neftin ucuzlaşması,SSRİ-ni Əfqanıstandakı müharibəni maliyyələşdirməkdə çətinlik çəkməsi bu ölkənin məglubiyyəti ilə nəticələndi.
Ən sonda isə elə məhz Əfqanıstandakı biabırçı məglubiyyət SSRİ-nin süqutu ilə başa çatdı və yaxud kommunist rejimin dagılmasını sürətləndirdi.
Ancaq indi vəziyyət elə deyil,V.Putin və Məhəmməd İbn Səlman(MBS)OPEK çərçivəsində sıx əməkdaşlıq edirlər.Hətta Səudiyyə hökuməti Rusiyadan S-400 HHM sistemləri alacaq.

Ərəb monarxiyaları Vaşinqtondan niyə incik düşüblər?

Əlbəttə,bunun səbəbləri kifayət qədərdir.Həm Ər-Riyad,həm də Qahirə əvvəldən ABŞ-ın Əfqanıstandan və İraqdan çıxmasına qarşı idilər.Əfqanıstandakı Talibanın dini dünya görüşü Səudiyyə Ərəbistanı və Misirdəki pariah rejimləri ilə üst-üstə düşmür.Yəni,Talibanın radikal hənəfiliyi Səudiyyə Ərəbistanındakı sələfiliklə tərs-mütanasib,Misirdəki “İxvanül Muslimin”ilə oxşardır.
Digər tərəfdən,ərəb monarxiyaları ABŞ-ın əvvəlki qlobal gücünün zəiflədiyini,Rusiyanın ekspansiya siyasətini və Çinin yüksəlişini izləyirlər.Bu nöqteyi-nəzərdən,körfəzdəki ərəb rejimləri öz mənfəətlərini,maraqlarını düşünərək,beynəlxalq münasibətlər sistemində hibrid və qeyri-eksklusiv”münasibətlərə üstünlük verməyə başlayıblar.
Belə deyərdim ki,İsraillə yanaşı Yaxın Şərqin əsas aktorları ABŞ-ın silahlarını istəyirlər,məsləhətlərini yox.Gördüyünüz kimi,İsrail və ABŞ İranın nüvə silahı yaratmasının qarşısını almaqdan ötrü bəyannamə imzalasalar da,Təl-Əviv Rusiyaya qarşı sanksiyalara qoşulmur.

İsrail kimi Səudiyyə Ərəbistanı və onun regional müttəfiqi Türkiyə də geopolitik olaraq hibrid xarici siyasət kursuna yönəlirlər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir