KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Baydenin “sərt”sansiyaları Putini işgal siyasətindən yayındırarmı?

Kamal Aliyev: Baydenin “sərt”sansiyaları Putini işgal siyasətindən yayındırarmı?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
328 0

Bəli,ABŞ prezidenti Cozef Baydenin Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə,rusiyalı həmkarı Vladimir Putin və onun ətrafındakı oliqarx aparatına agır sanksiyalar tətbiq edə bilər.
Zənnimcə,bu mövzuda qeyri-adi nüans və anlaşılmayan hər hansı detal yoxdur.
Lakin mən məsələyə bir az inklusiv baxacam və ona görə də aşagıdakı düşüncələrimi təqdim edirəm…

1)Beləliklə,Rusiya Ukrayna sərhədinə bir müddətdir 100 minlik ordu toplayıb və ABŞ və NATO-ya təqdim etdiyi şərtlərin, ultimatumun qəbul edilməyəcəyi təqdirdə,hərbi intervensiya tədbirlərinin görəcəyinə eyham vurub.Rusiyanın Ukraynaya qarşı hər hansı hərbi müfaxiləsi sadəcə bu iki dövlətə deyil,bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasını ciddi təsirə məruz qoyacaq.

2)Əgər ABŞ Rusiyaya qarşı “kabus”iqtisadi sanksiyaları tətbiq edərsə,bu,yenə də məhdud çərçivəni aşmayacaq.
Çünki,ABŞ Krımın anneksiyası və Ukraynanın şərqində separatçılara verdiyi dəstəkdən sonra da Rusiyaya sərt sanksiyalar tətbiq etmişdi.Hətta rəqəmlərə görə, Rusiya hər il təxminən 50 milyard avro vəsait itirirdi.
Belə ki,2014 və 2017-ci illərdə Qərbin Rusiyaya qarşı sanksiyaları V. Putinin ətrafındakı oliqarxları və təşkilatları hədəf almışdı. Lakin bu sanksiyalar sanki V.Putini nəinki fikirindən yayındırdı, əksinə onu daha da aqressivləşdirdi.

3)Vaşinqton bu dəfə Rusiyaya qarşı daha amansız iqtusadi sanksiyalar tətbiq edə bilər. Bu,Rusiyanın Baltik dənizinin altından Almaniyaya çəkdiyi”Şimal Axını-2″təbii qaz boru xətti layihəsini də zərbə altında qoyar. Hətta sanksiyaların sadə rusların istifadə etdiyi kredit kartlarına da təsir göstərər.

4)Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə görüşəcək. Mən deyərdim ki, bu ay Rusiya-ABŞ,Rusiya-NATO və Rusiya-ATƏT görüşlərindən sonra keçiriləcək bugünkü görüş eskalasiyanın qarşısının alınması üçün son cəhd olacaq. Əgər bu görüş də əvvəlki üç dialoq kimi ugursuz olarsa və Rusiya Ukraynaya müdaxilə edərsə, bu zaman ABŞ iqtisadi sanksiyaları işə salacaq. Ancaq burda kritik olan detal Avropanın Rusiyadan təbii qaz asılılıgıdır.

5)Mən belə hesab edirəm ki, yaxın perspektivdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Putinə kifayət qədər təsir etməyəcək. Lakin uzaq perspektivdə sanksiyaların dozası artıqca, bu Rusiya iqtisadiyyatına agır zərbə vuracaq.Məsələn, 2014 və 2017-ci illərdəki sansiya fazasında rus şirkətlərinin 80%-i illik hesabatlarında ziyanla işlədiklərini bəyan etmişdilər. Ancaq bu sanksiyalar eyni zamanda Avropadakı şirkətlərə də xeyli ziyan vurmuşdu.
6)Krımın anneksiyasından sonra Rusiyaya tətbiq olunan sanksiyalar Putinin strateji qərarlarına elə də təsir göstərməmişdi. Hətta Putin bir az da aqressivləşərək Donetsk və Luqanskın separatçılar tərəfindən işgalını həyata keçirmişdi.

Gözlənilən ABŞ sanksiyaları bu dəfə V. Putinin orbitinə daxil olan oliqarxlara və hətta onun özünə də tətbiq oluna bilər. Əlbəttə,bu avtoritar rejimlər üçün ən effektiv təsir vasitələrindən biridir.
7)2014-2017-ci illərdə Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalara baxmayaraq,V.Putin iki paralel iqtisadi sistem qurmagı bacarmışdı…
a-Siyasi,iqtisadi və hərbi elita üçün qurulan iqtisadi sistem
b-Sadə xalq üçün yaradılan iqtisadi sistem(yoxsul və orta təbəqəni əhatə edən model)
8)Rusiya bu illər ərzində valyuta ehtiyyatlarını 630 milyard dollara qədər artırıb. İndiki halda bu məbləg Putin və onun ətrafindakı oliqarxlara bəs edir.
Təbii ki, bu məbləg hadisələrin qarışacagı təqdirdə hələ bir müddət də oliqarxların Putinə sədaqətini qoruyub saxlayacaq.

Vaşinqton bundan əlavə iqtisadi sanksiyalarla sadə xalqı Putinə qarşı etiraza qalxmaga sövq edəcək.
Üstəlik, ABŞ xeyli müddətdir ki,”Şimal Axını-2″təbii qaz layihəsini durdurmaq üçün bəhanə axtarır. Halbuki, Rusiya hələ də bu proyektə böyük ümid bəsləyir.
9)Təbii ki, sanksiyalar birtərəfli deyil və qarşı tərəfə də təsirsiz ötüşməyəcək.Hal-hazırda Avropada enerji qiymətləri kifayət qədər artıb.
Nəzərə alsaq ki, Avropa istehlak etdiyi enerjinin 40%-ni Rusiyadan idxal edir. Yəni, enerji qiymətlərinin artması istər-istəməz infilyasiyanı tətikləyir. Hətta hələ ən pis ssenari baş verməsə də, Avropanın əsas iqtisadi lokomotivi olan Almaniyada son 18 ildə ən yüksək infilyasiya baş verir.
Gördüyünüz kimi, Avropa Rusiyanın enerji girovudur.
Dogrudur,Avropa Rusiyadan enerji asılılıgını azalda bilər, ancaq bu, tez baş verməyəcək.
10)Digər bir problem isə Rusiyanın beynəlxalq pulköçürmə sistemi olan “SWIFT”-dən çıxarıma ehtimalıdır. Avropa hər il Rusiyadan ixrac etdiyi enerjinin pulunu bu sistemlə ödəyir. Əgər Rusiya məlum beynəlxalq pulköçürmə sistemindən kənarlaşdırılarsa,vəziyyəti siz düşünün…
Şübhəsiz, bu addım rus bankları və ixracatçıları ilə yanaşı Avropaya da təsir edəcək.

11)Rusiyaya qarşı Qərb effektiv mübarizə aparmaq istəyirsə, bir mövqedən çıxış etməlidir. Hazırda ABŞ və Rusiya arasında illik ticarət dövriyyəsi 30 milyard dollardan azdır. Rusiya və Avropa İttifaqı arasındakı illik ticarət dövriyyəsi isə təxminən 200 milyard dollardır.
Bu arada, Fransa prezidenti Emanuel Makron bəyan edib ki, Avropa İttifaqı ABŞ-Rusiya danışıqlarından əlavə Moskva ilə öz dialoqunu davam etdirməlidir.
Görünür, Rusiyaya qarşı siyasətdə ABŞ və Aİ arasında hələlik yekdil qərar yoxdur.
Görünən odur ki, Aİ hələ də “Şimal Axını-2″qaz layihəsi və Rusiyanın beynəlxalq pulköçürmə sistemi olan “SWIFT”dən çıxarılmasında ehtiyatlı davranmaga üstünlük verirlər.

12) Artıq son vaxtlar Avropa dövlətləri Rusiya təbii qazından asılılıgı aradan qaldırmaq üçün müəyyən addımlar atmaga başlayıblar. Belə ki, Səudiyyə Ərəbistanın nəhəng enerji şirkəti “Aramco”Polşanın enerji emalı sistemində səhm paketi alıb. Bu, Polşanın Rusiya qazından asılılıgını minumuma endirmək üçün atılan addımdır.
Əgər başqa Avropa ölkələri Polşa kimi fərqli alternativlər taparsa (təbii ki, bu, bir az vaxt alacaq)bunun Rusiyaya zərəri də olacaq.Çünki, Avropa böyük bazardır və Rusiya bu bazarı əsla itirmək istəməz. O zaman Rusiya öz təbii qazını Çinə satmaga məcbur qalar ki, bu da Pekindən asılı olmaq deməkdir.
Çin isə təbii qazı təkcə Rusiyadan almır və onun İran, Türkmənistan, S.Ərəbistanı kimi alternativləri var.
Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir