KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Bayden Rusiyanı niyə danışıqlar masasına çagırır?

Kamal Aliyev: Bayden Rusiyanı niyə danışıqlar masasına çagırır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
26 1

ABŞ prezidenti Cozef Bayden Rusiyanı Nüvə Silahlarının Qadaganı Müqaviləsi(TPNW)ilə baglı danışıqlara çagırıb.Digər tərəfdən,BMT-nin baş katibi Antonio Quterres deyib ki,ikinci dünya müharibəsində oldugu kimi nüvə silahından istifadəyə icazə verilməməlidir.
Ukrayna və Rusiya arasında müharibə davam edərkən,nüvə silahından istifadə haqqında müəyyən qorxular yaranıb.Şübhəsiz ki,nüvə silahından istifadə edilmə ehtimalını deyərkən,əsasən,atom silahına malık olan ABŞ və Rusiya nəzərdə tutulur.

ABŞ prezidenti C.Bayden onu da bəyan edib ki,onun hökuməti atom silahlarına nəzarət məsələsində Rusiya ilə danışıqlara hazırdır.Təbii ki,Bayden nüvə silahlarının məhdudlaşdırılması haqqında 2010-cu ildə imzalanan və 2026-cı ilə qədər qüvvədə olan müqavilənin(New Start)uzadılmasını nəzərdə tutur.

Baydenə görə,Rusiya nüvə silahlarına nəzarət öhdəliyinə əməl etməlidir.
Yeri gəlmişkən,Ukraynada müharibənin uzanması Moskvanın müəyyən mərhələdə nüvə silahından istifadə etməsiylə nəticələnə bilər.Bu,olduqca təhlükəlidir və görünür,Vaşinqtonu Avropadakı müttəfiqlərinin təhlükəsizliyi artıq ciddi şəkildə narahat etməyə başlayıb.
Rusiya isə Baydenin son fikirlərinə təəccübləndiyini gizlətməyib.Belə demək mümkünsə,indiki mərhələdə ABŞ-ın Rusiya ilə hər hansı mövzu ətrafında danışıqlar aparmaq istəməsi bir qədər qəribə görünür.Hətta ruslar düşünüblər ki,Ag Evin saytı xakerlər tərəfindən ogurlanıb.

Baydenin Rusiyanı nüvə danışıqlarına çagırmasıyla sinxron olaraq BMT-nin baş katibi A.Quterres də hal-hazırda nüvə müharibəsi təhlükəsinin real oldugunu deyir.Quterres deyib ki,ikinci dünya müharibəsinin sonunda ABŞ-ın Yaponiyanın Naqasaki və Xiroşima şəhərlərinə nüvə hücumu bəşəriyyətə fəlakət bəxş edib və hazırda yenə də bənzər təhlükə mövcuddur.Görünür,Quterres Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyinə şübhəsi yoxdur.
Halbuki,Kreml dəfələrlə bəyan edib ki,nüvə silahından o halda istifadə edəcəklər ki,Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranmış olsun.

Bu arada,Rusiya prezidenti V.Putin Nyu-Yorkda keçiriləcək nüvə sammitinə yazdıgı məktubda vurgulayıb ki,nüvə müharibəsinin qalibi ola bilməz və belə bir müharibə baş verməməlidir.Putin onu da yazıb ki,Rusiya nüvə sazişinə əməl edir və atom silahlarının azaldılmasına qarşı deyil.

Dogrudur,soyuq müharibə və ondan sonrakı dövrdə də nüvə silahından istifadə olunmaması bəşəriyyət üçün bir ugurdur.Lakin ugur heç bir halda strategiya ola bilməz.Və hazırda dünyada cərəyan edən gərginliklər o demək deyil ki,nüvə silahından istifadə etmək mümkün olsun.
Əfsuslar olsun ki,təkcə ötən il atom silahına malik olan dövlətlər nüvə silahlanmasına 82,4 milyard dollar xərcləyiblər.Təsəvvür edin ki,qlobal pandemiyanın tügyan etdiyi,dünya ərzaq tədarükünün problemlər yaşadıgı,infilyasiya göstəricilərinin yüksək oldugu dövrdə nüvə dövlətləri öz arsenallarını daha da gücləndiriblər.

Dünyada hazırda ən çox taktiki və qitələrarası nüvə başlıqlarına malik olan əsas ölkələr ABŞ,Rusiya,Böyük Britaniya,Fransa və Çindir.
Bundan əlavə,Pakistan,İsrail(hələ də rəsmi olaraq qəbul etməyib),Şimali Koreya və Hindistan da nüvə silahlarına sahibdirlər.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Osman asu - -

    yaşadıgı,infilyasiya göstəricilərinin yüksək oldugu dövrdə nüvə dövlətləri öz arsenallarını daha da gücləndiriblər

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.