KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Bayden İsrailin İrana qarşı”təktərəfli” hücumunun qarşısını ala biləcəkmi?

Kamal Aliyev: Bayden İsrailin İrana qarşı”təktərəfli” hücumunun qarşısını ala biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
193 0

Yadınıza salım ki,2010-2012-ci illərdə də İsrail İranın nüvə obyektlərinə hücum etmək istəyirdi.Həmin dövrdə də İsrailin baş naziri “Bibi”ləqəbli Benyamin Netenyahu idi.Netenyahunun müdafiə naziri isə Ehud Barak idi.O zaman ABŞ prezidenti Barak Obama Netenyahunun İrana hücumuna “yaşıl işıq”yandırmadılar.Hal-hazırda vəziyyət aşagı-yuxarı belədir:Vaşinqton İranın nüvə silahına yiyələnməsinə əsla razı deyil və açıq bəyan edir ki,rejimə qarşı bütün addımlar masanın üzərindədir.Lakin Co Bayden adminstrasiyasının hədəfi budur ki,İsrail İrana qarşı “təktərəfli”hücuma əl atmasın.Səbəb budur ki,hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və ABŞ hərbi resurslarının böyük hissəsini Ukraynaya yönəldib.Üstəlik,bu gün faktiki olaraq,ABŞ və Çin arasında “soyuq müharibə”var və mümkündür ki,Pekin Vaşinqtonun Ukraynada başının qarışmasından istifadə edərək,Tayvana hücum etsin.Yəni,ABŞ hesab edir ki,Netenyahunun rəhbərlik etdiyi koalisiya hökuməti İrana hücum əmri verərsə,bu,eyni zamanda amerikalıların da Yaxın Şərqdə daha qanlı müharibəyə qarışması deməkdir.Görünən budur ki,ABŞ İrana qarşı hərbi intervensiya üçün “uygun zamanı”gözləyir.
Belə ki,ABŞ Silahlı Qüvvələrinin komandiri,general Mark Aleksandr Milley və müdafiə naziri Lloyd Ostin Yaxın Şərq ziyarəti çərçivəsində İsrailə səfər edib baş nazir Benyamin Netenyahu ilə görüşəcəklər.Bayden admintrasiyası ehtiyat edir ki,Netenyahu hökuməti bir müddətdir hüquqi islahatlara qarşl ölkə boyunca davam edən kütləvi etiraz aksiyalarının təsirini azaltmaq üçün məhz indiki məqamda İrana hücum əmrini verə bilər.
Digər tərəfdən,Təl-Əviv İranın nüvə proqramı ilə baglı tələsir.Məlumdur ki,İran nüvə silahının istehsalı üçün gərəkli olan uranın 84%-lik zənginləşdirilməsinə nail olub.Artıq MAGATE bu barədə əlindəki dəlilləri açıqlayıb.Bu,o deməkdir ki,İranın ixtiyarında olan 70 kq uranın 60% zənginləşdirilməsi deməkdir.Bu fakt İsrailin təhlükəsizliyi prizmasından kritik həddir.Əgər rejim bu minvalla uranın zənginləşdirilməsini davam etdirərsə,bu ilin sonuna qədər 10 nüvə aləti əldə bilər.Əslində,İsraili narahat edən detal da budur.Yəhudi dövləti hesab edir ki,vaxtın itirilməsi İsrail və ABŞ-ın təhlükəsizlik planı üçün kritik komponentdir.
Yeri gəlmişkən,İranın atom enerjisi komissarı Məhəmməd Eslami deyib ki,kiçik həcmdə olan hərbi dərəcəli uranın əldə edilməsi texniki səhv olub.Lakin ABŞ və İsrail İslaminin dediklərinə skeptik yanaşır.Prinsipcə,nüvə silahı əldə etmək üçün İrana uranın 90% zənginləşdirilməsi kafidir.

İranın hazırda nüvə danışıqlarında güddüyü iki strateji hədəf var;

-Rejim istəyir ki,danışıqlar prosesini uzatmaqla öz nüvə qabiliyyətini artırsın və dünya ictimaiyyəti buna alışsın.Tehran həm də dramatik addımlar atmaqdan da çəkinir.Çünki,belə olan təqdirdə İsrailin mümkün hücumunu hesablayır.

-Tehranın ikinci hədəfi isə budur ki,o,ABŞ-ın keçmiş prezidenti Donald Tramp zamanında tətbiq olunmuş iqtisadi sanksiyaların aradan qaldırılmasını istəyir.Bu baxımdan,rejim sanksiyaların ləgv edilməyəcəyi təqdirdə,nüvə proqramının sürətləndiriləcəyinə eyham vurur.İran hazırda Rusiyanın Ukraynada davam etdirdiyi işgalçı müharibə tərəfdir və bu ölkəni kamikadze dronlarla təmin edir.Buna görə də İran BMT TŞ-nın tətbiq etdiyi sanksiyaların ləgvini istəyir.

Beləliklə,İsrail və ABŞ İranın nüvə strategiyasına qarşı preventuv tədbir(lər)almasa,rejim 18 ayda,ya da 24 ay müddətində nüvə silahı əldə edəcək.Bu,o deməkdir ki,vaxtında cavab addımları atılmasa,dünya İranın nüvə dövləti kimi tanımaga məcbur olacaq.Hazırda İran Rusiyadan S-400 HHM sistemlərinin alınması istiqamətində danışıqlar aparır.Bundan əlavə,rejim Rusiya ilə birlikdə hipersonik və ballustik raketlər istehsal etmək istiqamətində çalışır.
ABŞ isə düşünür ki,Netenyahu hökuməti ölkədə hüquqi islahatlara qarşı davam edən kütləvi etiraz aksiyalarının təsirini az asltmaq üçün İrana hücum edə bilər.Vaşinqton isə İrana qarşı hücum etməzdın əvvəl iki ölkə arasında koordinasiyada maraqlıdır.Bayden adminstrasiyası onu da bilur ki,İran Yaxın Şərqdəki proksiləri vasitəsi ilə ABŞ və İsrailə qarşı sakit dayanmayacaq.Bu,isə ABŞ-ın yenidən İsraili müdafiə etmək üçün Yaxın Şərq bataqlıgına geri qayıtması deməkdir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir