KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan Qarabag separatçılarının nəfəsliyini bagladı

Kamal Aliyev: Azərbaycan Qarabag separatçılarının nəfəsliyini bagladı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
180 0

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri ölkəmizin suveren ərazilərində,Ermənistan ilə sərhəddə,Laçın-Xankəndi yolunun başlangıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Azərbaycan tərəfi bu addımı atmamışdan qabaq Rusiya sülhməramlı kontingentini,Rusiya-Türkiyə Monitorinq Mərkəzinin Komandanlıqını məlumatlandırıb.
Əslində,bu addım gözlənilən idi və aprelin 22-də Ermənistana məxsus hərbi maşınların rus sülhməramlılarının müşahiyiəti ilə Xankəndinə çatdırılması bu addımı tezləşdirdi.Belə görünür ki,Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsindən danışmasına,ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq,erməni hökuməti Qarabagdakı separatçıları silahlandırmaqda davam edir.Və bütün bunlar rus sülhməramlılarının gözləri qarşısında həyata keçirilir.

 

 

 

Laçın rayonu ərazisində Həkəri çayı üzərindəki körpünün baglanması isə Qarabagdakı separatçıların nəfəsliyinin kəsilməsi deməkdir.Həm 21-22 aprel tarixlərində rus sülhməramlılarının müşahiyyəti ilə ermənilərin Azərbaycan ərazisinə silah-sürsat daşıması,ötən gün Şuşa ərazisində minanın partlaması nəticəsində üç Azərbaycan əsgərinin yaralanması Həkəri çayı üzərində körpünün baglanmasını labüd edirdi.
Bundan sonra Qarabagdakı separatçılar yəqin ki,dünyaya car çəkəcəklər ki,Azərbaycan etnik ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirir,onların Ermənistanla əlaqələrini kəsir.
Azərbaycan tərəfi bunu ona görə edir ki,Həkəri çayı üzərindəki körpüdən indiyəcən dəfələrlə hərbi təyinatlı yüklər daşınıb və bu,2029-ci il 10 noyabr razılaşmasına ziddir.Yəni,Qarabagdakı etnik ermənilər Ermənistanla əlaqə saxlaya bilər,ancaq hərbi təyinatlı yüklərin daşınmasına bundan sonra icazə verilməyəcək.İndiki halda Qarabagdakı separatçıbaşların-Arayik Arutunyan və Qurgen Nersisyanın nə deməsi o qədər də əhəmiyyət daşımır.Dogrudur,Həkəri körpüsü Laçın dəhlizi üzərində yerləşir və rus sülhməramlılarının məsuliyyət zonasındadır,ancaq bu,o demək deyil ki,separatçılar həmin körpüdən silah-sürsat daşıya bilərlər.
Digər yandan,Həkəri çayı üzərində körpünün baglanması və Laçın-Xankəndi istiqamətində nəzarət postunun qurulması 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə zidd deyil.Digər tərəfdən,son addımlar Qarabagdakı separatçıların Azərbaycana qarşı müqavimət potensialını da zəiflədəcək

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir