Bu suala cavab aydındır:nəinki cümlə azərbaycanlılara,bütövlükdə insanlıga demokratiya,azadlıq,sərbəst düşünmə və düşündüklərini ifadə etmək hüququ gərəklidir.
Son 30 ildə Azərbaycandakı ictimai-siyasi həyatı nəzərə alsaq görərik ki,məmləkətdə demokratiya anlayışı yetərincə oturuşmadı,cəmiyyətin bu istiqamətdə maariflənməsi istənilən effekti vermədi.Dogrudur ki,bizim məmləkətdən Türkmənistan,Şimali Koreya düzün qoşa bilmədilər,ancaq demokratik zehniyyətə də yiyələnə bilmədik.Şübhəsiz ki,bu məsələdə Azərbaycan iqtidarının böyük məsuliyyəti olsa da,hakim zümrə öz mahiyyətinə uygun olaraq,avtoritar idarəetmə sisteminə üstünlük verdi.Üstəlik,iqtidar demokratiya tərəfdarlarının səsini bogdu,onları həbsə atdı,ölkədən didərgin saldı.Pasionar və protest kütlənin sıraları seyrəldi ki,bundan da ən çox hakim zümrə istifadə etdi.
Azərbaycan hökumətinin mahiyyəti aydındır.Ancaq müxalufətin də elə səhvləri oldu ki,bu gün onun agrısını yaşayırlar.Azərbaycanda faktiki olaraq,instutsional müxalifət marginallaşıb və ölkədəki siyasi proseslərə təsir imkanları minumuma enib.Ən vacib faktorlardan biri olan”Qərb Azərbaycanı demokratikləşdirəcək və bizi iqtidara gətirəcək”tezisu,yaxud arqumenti tamamilə iflasa ugrayıb.Azərbaycan müxalifəti 90-ci illərin sonu,2000-ci illərin əvvəlinə qədər yuxarıdakı tezisin ətrafında konstrasiya oldu və xeyli tərəfdarını da bu istiqamətdə “tərbiyə”etdi.Və gəlinən nöqtədə marginallaşmış müxaluf elita heç Qərbə də lazım deyil.
Acınacaqlı məqam həm də budur ki,Azərbaycandakı ənənəvi müxalif kəsim yeni qlobal sistemə ayaq uydura bilmir,yeni siyasi çagırışları anlamaqda çətinlik çəkir vı geopolitikanı yalnış tərzdə interpritasiya edir.
Bundan əlavə,Azərbaycan iqtidarında oldugu kimi,müxalifətində də “özünütənqid”anlayışı yoxdur,siyasi fəaliyyətlərini kritik edə bilmirlər.Bu,hətta deyərdim ki,azərbaycanlıların problemidir.Yəni,özünütənqid sadəcə individual olmamalı,ictimai-siyasi qrumlar da özlərini tənqid etməlidirlər
Kamal Aliyev