KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycanın Avropaya “qaz”xəbərdarlıgı fayda verərmi?

Kamal Aliyev: Azərbaycanın Avropaya “qaz”xəbərdarlıgı fayda verərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
181 0

Dəfələrlə yazdıgım kimi,Qarabag problemi hərbi müstaəvidə həll olunsa da,qarşıda bizi daha mürəkkəb proseslər gözləyir.Bu,deməkdir ki,Qarabag probleminin yekun siyasi həlli,Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması hələ uzun müddət vaxt aparacaq.Belə ki,Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda-Avropa Parlamentinin iclasında səsləndirdiyi fikirlər,tezislər onu deməyə əsas verir ki,problemin yekun siyasi həlli,sülh müqaviləsinin imzalanması qeyri-mümkün görünür-ən azı yaxın dövr üçün belə düşünmək olar.

Nikol Paşinyanın Avropa parlamentində səsləndirdiyi fikirlərə gəlincə,burada əsas tezis Azərbaycana qarşı “etnik təmizləmə”ittihamıdır ki,bu,olduqca agır və mürəkkəb maddədir.Çünki,hər hansı etnik qrupa qarşı təzyiq və yaxud onların yaşadıqları ərazilərdən kütləvi şəkildə köçürülməsi beynəlxalq hüquq prizmasından da qəbuledilməzdir.Diqqət etsək görərik ki,Ermənistan hökuməti son dövrlər “etnik təmizləmə” tezisini davamlı şəkildə təblig edir və bu kontekstdə ətrafında ciddi dəstəkçilər də tapıb.Belə ki,Avropa Parlamentinin qətnaməsi,həm də Avropa İttifaqına daxil ölkələrin parlamentləri Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çagırışlar edirlər.
Xüsusilə,Fransa ilə yanaşı bəzi Şərqi Avropa ölkələri Qarabagı tərk etmiş ermənilərin geri qayıdışını və onlara azad seçki hüququnun verilməsini tövsiyyə edirlər.Hətta bu istiqamətdə Çexiya parlamenti lap dəridən-qabıqdan çıxır.Görünür,sanksiyalar əvvəlcə Çexiya kimi ölkələrin diliylə səsləndirilir,daha sonra digər addımlar da atıla bilər.
Belə olan təqdirdə,Azərbaycan da əlindəki “enerji”rıçaqını işə sala bilər.Dogrudur,Azərbaycanın qitə Avropasındakı enerji payı cəmi 5%-dir,ancaq bu da kiçik rəqəm deyil.Onu da nəzərə alsaq ki,Rusiyanın Ukraynada başlatdıgı işgal Avropanın enerji təhlükəsizliyinə ciddi problemlər yaradıb.
Üstəlik,Yaxın Şərqdəki son hadisələr istər-istəməz Avropanın enerji təhlükəsizliyinə də təsirsiz ötüşməyəcək.Belə ki,gələcəkdə İsrail qazının Avropaya ixracı da gündəmdədir.

O zaman ortaya sual çıxır:Avropa Qarabag ermənilərinə görə,Azərbaycandan idxal etdiyi enerjidən imtina edərmi?
Əlbəttə,avropalılar alternatif qaynaq taparlarsa,Azərbaycan neftindən və qazından imtina edərlər.Lakin Rusiyanın Ukraynadakı işgalı davam etdikcə,Avropanın Azərbaycan enerjisinə ehtiyacı hələ bir müddət də qalacaq.

Buna rəgmən,Qərb və Azərbaycan arasında hələlik bir müddət üstü örtülmüş problemlər var.Təbii ki,Qərb və azərbaycan arasında ənənəvi demokratiya və insan hüqüqları müstəvisində ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.Belə ki,bu gün faktiki olaraq,Nikol Paşinyan hökuməti Qərbdə demokratik bir rejim kimi qəbul olunur.Hətta avropalı siyasətçilərin ritorikasında “Ermənistan demokratiyası”ifadəsinə vaxtaşırı rast gəlirsən.Qərbə görə,Ermənistan Cənubi Qafqazda Rusiyanın geopolitik hədəflərinin qarşısında duran “etibarlı”müttəfiq ola bilər.Konkret qənaətə gəlmək olar ki,Nikol Paşinyanın MDB-nin Bişkekdə keçirilən zirvəsinə getməməsi,Aİ-nin Qranada sammitində iştirakı Ermənistan hökumətinin geosiyasi qütbünün dəyişə biləcəyini də ifadə edir.

Beləliklə,hal-hazırda Qərbin gözündə Ermənistan nisbətən daha demokratik ölkə kimi qıbul edilir.
Azərbaycana gəldikdə,Qarabag ətrafında baş verən son hadisələr kontekstində İlham Əliyev iqtidarını Rusiya və Türkiyəyə yaxın oldugunu düşünürlər.Böyük ehtimalla,Qərbin Azərbaycana siyasi təzyiqlərinin dozası və miqyasında da artım olacaq.Bakı isə enerji ixracında bəzi qərarlar verə biləcəyini artıq anons etməyə başlayıb.Lakin Qərbdə Azərbaycan hökumətinə yaxın ayrı-ayrı lobbi qrupları da var.
Digər tərəfdən,Qərb Azərbaycanı tamamilə Rusiyanın təsir orbitinə də ötürmək istəmir və deyərdim ki,Brüsseldə bunu qavrayan avropalı bürokratlar,texnokratlar da az deyil.
Təbii ki,son geopolitik seçimi rəsmi Bakı edəcək.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir