KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycandakı russevərlərə qısa münasibətim

Kamal Aliyev: Azərbaycandakı russevərlərə qısa münasibətim

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
415 0

9 mayda Bakıda bir qrup Rusiya,Avrasiya(A.Duqinin ideologiyası) tərəfdarlarının “Qələbə Günü”münasibəti ilə yıgışdıgını və bu hadisəni qeyd etdiyini sosial şəbəkələrdə izlədim.

Mənə qalsa,Azərbaycanda “Qələbə Günü”hadisəsini birdəfəlik ləgv edərdim.

Açıq deyim ki,heç kimin əqidəsi ilə işim yoxdur və əqidəli insanlara hörmət edirəm.Şəxsən mənim üçün əqidəli insanla mübarizə aparmaq saxta demokratla rəqabətdən daha əfzəldir.

Çünki,əqidəli insanla fikir,düşüncə savaşı aparmagın bir raconu var.

Şübhəsiz ki,Azərbaycanda da Rusiyanın siyasətini müdafiə edənlər,onun Ukraynadakı vəhşiliyini haqlı görənlər var və yəqin ki,bundan sonra da olacaq.

-Beş barmagın beşi bir ola bilməz.Bunu istəsək də,istəməsək də.

Bizim bəxtimiz onda gətirib ki,Rusiyanın imperialist siyasətini hər vəchlə müdafiə edənlər marginaldırlar və hazırda cəmiyyətdəki ümumi əhval-ruhiyyəyə təsir imkanlarına malik deyillər.

Lakin Azərbaycan cəmiyyətindəki “russevərlər”bir həqiqəti qəbul etməlidilər ki,dünya dəyişir,yeni geosiyasi reallıqlar yaranır,innovativ yeniliklər və digitallaşma həm də bəşər insanı üçün fürsətlər yaradır.

Rusiya hazırda nə öz xalqına,nə də bəşəriyyətə yeni,cəlbədici heç nə vəd etmir.Avrasiyaçılara onu da deyim ki,özünüzə ideoloq seçdiyiniz Aleksandr Duqinin kitablarının az qala yarısını oxumuşam və əmin olun ki,Putinin “agıl xocası”olan bu tip bizim kimi kiçik xalqları təbəə olaraq görür və bizə cəlbədici gələcək təqdim etmir.

Hörmətli russevərlər!

Əlbəttə,mən sizin əqidənizi qəbul etməsəm də,yenə də fikirlərinizə,öz mikrodünyanızda yaratdıgınız dəyərlərə,arqumentlərə hörmət edirəm.Ancaq əmin olun ki,sizin ideologiyanız,arqumentləriniz Azərbaycan xalqına köləlikdən,arxaikləşmiş,yıpranmış gələcəkdən başqa heç nə təqdim etmir.

Azərbaycan xalqının gələcəyini,onun demokratik inkişafını,azad və ədalətli cəmiyyət kimi formalaşmasının yeganə çarəsi sivil dünyaya,Avro-Atlantik məkana inteqrasiyasında görürəm.Mən demirəm ki,Qərbdə hər şey güllük-gülüstanlıqdır,lakin Putinin,Duqinin təklif etdiyi modeldənsə,bu,daha üstündür.Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xalqımız üçün məqbul gördüyü model Rusiya ilə birlikdə olmaq deyildi.

Övladlarımızın gələcəyi üçün,onların təhlükəsizliyi,xoşbəxtliyi üçün Rusiyanın orbitində olmamalıyıq.Təbii ki,mən Rusiya ilə düşmənçiliyin əleyhinəyəm,ancaq qarşı tərəf də Azərbaycana bərabərhüquqlu yanaşsın.

-Sizcə,Rusiya Azərbaycana,azərbaycanlılara azad cəmiyyət vəd edə bil(ə)irmi?!

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir