Son zamanlar Azərbaycanda Rusiyaya baglı “5-ci kolon”xeyli fəallaşıb.Bəli,ölkədə Rusiyaya baglı “şəbəkə”həmişə mövcud olub,lakin indiyə qədər yerin altında(underground)fəaliyyət göstərirdilər.İndi isi “5-ci kolon”açıq şəkildə sosial şəbəkələrdə aktivləşib,ana madiada boy göstərirlər.
Məsələn,”Avrasiya Hərəkatı Azərbaycan Təşkilatı”adlı bir qurum var.Hətta bunların avrasiya.info adlı saytı da var.
Bu media orqanı o qədər coşub ki,”Rusiya olmasaydı,Azərbaycan Əfqanıstan olardı”adlı məqalə yayınlayır.
Üstəlik,Kremlin maraqlarını müdafiə edən onlayn internet televiziyalar da var.Rusiyaya baglı “azərbaycanlılar”bu ölkənin simonyanları,kisilyovları kimi media siyasəti yürüdürlər.Təsadüf deyil ki,bu adamlar Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini belə gözdən salırlar,bu vacib sənədi etibarsızlaşdırırlar.
Bütün bunlar çox təhlükəlidir və qarşısı zamanında alınmalıdır.
Rusiyanın son zamanlar Daglıq Qarabagda etdiyi qanunsuzluqları unutmamalıyıq.Bu imperialist dövlət faktiki olaraq Azərbaycanın bir hissəsində özünü aga kimi aparır və istədiyini edir.
Əlbəttə,bu istiqamətdə Rusiyanın ölkəmizdəki “5-ci kolonu”artıq mediada,sosşəbin Azərbaycan seqmentində xüsusi can-fəşanlıq edir.
Azərbaycan xalqı yüzillərdir Rusiyanın imperialist siyasətindən az çəkməyib.Bu baxımdan,elə etməliyik ki,sonra peşman olmayaq.Sonrakı peşmanlıq isə fayda vermir.
Əvvəllər deyilirdi ki,hər şeyi Ramiz Mehdiyev edir.İndi isə Ənvəroviçin əvvəlktək gücü qalmayıb.
Yaxşı,indi ölkədəki “5-ci kolon”kimin himayəsindədir?
Kimdir Azərbaycan xalqının belə həssas məqamda sinir ucları ilə oynayan(lar)?!
Kamal Aliyev Kafkassam