KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycanda Putini göylərə qaldırılıb

Kamal Aliyev: Azərbaycanda Putini göylərə qaldırılıb

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
475 0

Azərbaycanda sanki xüsusi bir zümrə var ki,iki gündür az qala Daglıq Qarabag kontekstində Rusiyanı,ələlxüsus V.Putini göylərə qaldırıb.

Əlbəttə,bəzi jurnalistlər,siyasi ekspertlər hətta buna inanaraq da hər hansı mülahizə irəli sürə bilərlər.Məsələn,deyirlər ki,Soçi görüşündə Putin qərbin təşəbbüsünü deblok etdi.Bəli,bu,belə ola bilər,Putin hər vəchlə istəyir ki,problem onun nəzarətindən kənara çıxmasın.
Düzdür,mən də deyirəm ki,qərbin 44 günlük müharibədən sonra mövqeləri Cənubi Qafqazda zəifləyib və bu üzdən də əvvəlki illərə nisbətən passivdir. Ancaq gəlin problemə obyektiv yanaşaq.

Yəni,demək istəyirəm ki,gəlin dekabrın 15-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutacaq Əliyev-Paşinyan görüşündən çıxan nəticəni gözləyək.
Yəni,əvvəlcə bərəkallah deyək,sonra da arxı hoppanaq.
Və bunun üçün indiki situasiyada əvvəlcə Rusiya və Qərbin Qarabag probleminin yekun həlli ilə baglı qeyri-rəsmi də olsa mövqelərini müqayisə edək.

Qərb nə istəyir?

Qərb Qarabag probleminin həllini hələ də ATƏT-in Minsk Qrupu çərçivəsində görür.Bu kontekstdə Ermənistanın mövqeyi ABŞ və Fransa ilə üst-üstə düşür.
Belə ki,Qərb Qarabagın yekun “status”nun referendum yolu ilə müəyyən edilməsini,konkret bir faza çərçivəsində verilməsini və referendumun keçirilməsinə şərait yaratmaq üçün keçmiş Daglıq Qarabag ərazisini beynəlxalq nəzarətə verilməsini istəyir.Bumdan əlavə,Qərb istəyir ki,Daglıq Qarabag ərazisində təhlükələri neytrallaşdırmaq üçün bufer zonaya-təhlükəsizlik zonasına beynəlxalq sülhməramlı kontingent nəzarət etsin.

Rusiyanın planı nədir?

Kremlin planı hələlik ATƏT-in Minsk Qrupunu problemin həllində autsayder vəziyyətdə saxlamaqdır.Rusiya istəyir ki,Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya məsələləri həll olunsun,daha sonra regionda kommunikasiya(Zəngəzur koridoru da daxil)sistemi bərpa olunsun.Soçi görüşündən də məlum oldugu kimi,dekabrın sonuna qədər delimitasiya və demarkasiya ilə baglı mexanizm yaradılacaq,gələn ilin əvvəllərində də kommunikasiyaların restavrasiyası istiqamətində müəyyən irəliləyişlər gözlənilir.

Gördüyünüz ki,V.Putin çox tələsir.Paşinyan isə prosesi maksimum zamana yaymaq istəyir və ən başlıcası,hakimiyyətinə zəmanət almaq istəyir.Paşinyanı başa düşmək olar,adam deyir ki,yaxşı,mən sabah Zəngəzur dəhlizinin açılması ilə baglı sənədə imza atsam,daxildəki revanşistlər mənim fiziki məhvimə çalışmayacaqlarmı…
Rusiyanın planında ən maraqlı punkt odur ki,kreml Daglıq Qarabagın yekun statusunu “qeyri-müəyyən”vaxta saxlamaga çalışır.İndi Rusiyanın əsas hədəflərindən biri də “sülhməramlı”kontingentini daha uzun müddət ərazidə saxlasın.Çünki,Daglıq Qarabagın yekun statusu müəyyən olunsa,Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa,Rusiya öz “sülhməramlı”kontingentini ərazidən çıxarmalıdır.Rusiya isə 2025-ci ildə öz hərbçilərini Qarabagdan çıxarmamaq üçün hər yola əl atacaq.

Elə rəsmi Moskvanın statusla baglı “qeyri-müəyyən vaxt” məsələsi də bu ölkənin əsas strategiyasının nüvəsidir.Rusiya deyir ki,mən bura çıxmaq üçün gəlməmişəm və bunu kim istəsə,ərazidə ikinci Dnestiryanı,Osetiya,Abxaziya yaradaram.
Hətta istəsəm,burdakı vətəndaşlara rus pasportları da verərəm.Bəli,Rusiya bu qədər ipə-sapa yatmayan yırtıcı rejimdir.Ona görə də kimsə çıxıb Rusiyanı tərifləyib gözümüzə soxmasın.

Mən yuxarıda həm Qərbin,həm də Rusiyanın Daglıq Qarabag probleminin həllinə mövqeyini yazdım.Açıgı istisna etmirəm ki,Qərbin və Rusiyanın bu istiqamətdə başqa variantları da var.Ancaq hələ ki,ortada olan variantlar budur.

Bundan əlavə, həm Qərbin,həm də Rusiyanın planlarında oxşar və fərqli nüanslar da yox deyil.Rusiyanın xarici işlər naziri S.Lavrov”status sonrakı işdir”deyir,Qərb isə Daglıq Qarabaga beynəlxalq nəzarətin verilməsini istəyir.
Rəsmi Bakı isə hələ ki,status məsələsinin gorbagor oldugunu deyir.İndi Azərbaycan tərəfi Daglıq Qarabagdakı ermənilərə Azərbaycan vətəndaşlıgı vermək istəyir.Yəni,rəsmi Bakı Daglıq Qarabagdakı erməniləri reinteqrasiya siyasətinə üstünlük verdiyini deyir.
Hətta Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Deklarasiyasında da açıq görərik ki,həm Bakı,həm də Ankara Ermənistana “zeytun budagı”(bu,Putinin Əliyev və Paşinyana verdiyi simvolik zeytun budagları deyil)uzadır.Ermənistan isə hələ də buna tam hazır deyil.

Son olaraq onu da vurgulayım ki,dekabrın 15-də Əliyev və Paşinyan arasında Brüsseldə keçiriləcək görüşü gözləyək.Zənnimcə,Brüssel görüşündə Paşinyanın ritorikasında bəzi fərqləri görəcəyik.O,Brüsseldə ATƏT-in Minsk Qrupunun yenidən fəaliyyətə başlamasını deyə bilər,Azərbaycandakı “hərbi əsirlər”mövzusunu Soçi görüşündən fərqli olaraq daha da qabarda bilər.

Tələsməyək,gözləyək nə olacaq…

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir