KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:
      Azərbaycan yaxın tarixdə Avrasiya İttifaqında müşahidəçi status əldə edə bilər.

Kamal Aliyev:
    Azərbaycan yaxın tarixdə Avrasiya İttifaqında müşahidəçi status əldə edə bilər.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
365 0

Bu yaxında Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev bəyan etdi ki,Azərbaycan Avrasiya İttifaqında müşahidəçi status əldə edə bilər.Şübhəsiz,Avrasiya İttifaqı Rusiyanın imperialist maraqlarına cavab verən və Avropa İttifaqına alternativ bir təşkilat kimi nəzərdən keçirilir.
Bəzən siyasi analitiklər Avrasiya İttifaqını “neoSSR”kimi də xarakterizə edirlər.2014-cü ildə Gömrük İttifaqından Avrasiya İttifaqına çevrilən bu təşkilatın qurucuları Qazaxıstan,Belorus və Rusiyadır.Azərbaycanın bu təşkilata üzv olmasına gəldikdə,kreml həmişə bunu istəyib.Daha doğrusu,V.Putinin strateji hədəflərindən birində budur ki,Azərbaycan da daxil olmaqla,keçmiş SSR respublikaları Avrasiya İttifaqına daxil olsun.
Xatirinizdədirsə,Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ildə Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində demişdi ki,rəsmi Bakı Avrasiya İttifaqına üzvlüyü istisna etmir.Lakin Əliyev onu da vurğulamışdı ki,həmin tarixdəki vəziyyətdən də razıdır.Bundan əlavə,Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov da 2015-ci ildə Qarabağ probleminin həll ediləcəyi təqdirdə,rəsmi Bakının Avrasiya İttifaqına üzv olacağının mümkünlüyünə işarə etmişdi.

Ötən il Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibədən sonra yeni geopolitik mənzərə ortaya çıxıb.Üstəlik,Avrasiya İttifaqı Rusiyanın geosiyasi mərhələsidir və görünən odur ki,Azərbaycanın yaxın gələcəkdə bu təşkilatda müşahidəçi status qazanmasının qarşısında hər hansı əngəl qalmayıb.Belə demək mümkünsə,44 günlük müharibədə Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf rayonları Avrasiya İttifaqının üzvü Ermənistanın işğalından azad edib.
Digər tərəfdən,Avrasiya İttifaqı nə qədər geopolitik layihə olsa da,eyni zamanda Rusiyanın imperialist maraqları ilə üst-üstə düşən geoiqtisadi proyektdir.Üstəgəl,”3+3″kimi iqtisadi format da həm də Avrasiya İttifaqının hədəflərinə tam uyğundur.
Hətta Avrasiya İttifaqının son yığıncağında Azərbaycanın bu təşkilata üzvlük perspektivi müzakirə olunub.Belə ki,Aİ-nin nizamnaməsinə görə,yəni üzv konsensus yolu ilə qəbul edilməlidir.Təbii ki,Ermənistan qarşı çıxsa da,Azərbaycanın Avrasiya İttifaqında müşahidəçi statusu və ya tam hüquqlu üzv olmasına maneə yarada bilməz.Çünki N.Psşinyan hökuməti hal-hazırda istəsə də,kremlin imperativ tələblərinə müqavimət göstərmək gücündə deyil.Düşünürəm ki,Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesinin ardınca Azərbaycan Avrasiya İttifaqında ilkin etapda “müşahidəçi status”əldə edəcək.Hər halda, proseslərin gedişi bunu göstərir.

Ümumiyyətlə,Avrasiya İttifaqı “Avrasiyaçılıq”kimi geopolitik və ideoloji konsepsiyasıdır.Belə ki,”Avrasiyaçılıq”ideologiyası 20-əsrin əvvəllərində rusiyalı qənaət öndərlərinin irəli sürdüyü ,türk və slavyan xalqlarının vahid etno-mədəni orqanizm olmasını özündə ehtiva edən bir konsepsiyadır.Tarixçi-türkoloq Lev Qumilyov da bu teoriyanı müdafiə edirdi.Lakin bir həqiqət var ki,”Avrasiyaçılıq”nızəriyyəsi türk xalqlarından daha çox Rusiyanın imperialist maraqlarına xidmət edir.
Rusiya sovet dövründə də ABŞ və Avropaya qarşı Asiyada mübarizə aparmaq üçün “Avrasiyaçılıq”modelindən istifadə edirdi.Bu,idealist-siyasi nəzəriyədir və Rusiyanın geniş türk cografiyasında nüfuz arealını,təsir mexanizimlərini genişləndirir.Fərz edirəm ki,Rusiyanın nəzarətində olacaq Avrasiya İttufaqındansa,Türk Dövlətləri Təşkilatının rolunu artırmağa ehtiyac var.Rusiya istədiyi təqdirdə,öz maraqları naminə,ən yaxın müttəfiqinin də “qurban”verməyi gözə alan imperialist dövlətdir.
Bundan başqa,Avrasiya İttifaqında demokratiya və insan hüquqlarından söhbət gedə bilməz.Bu təşkilat daha çox diktatorların,qəddar avtoritar liderlərin təşkilatıdır.Biz Avrasiya İttifaqı məsələsində yüz ölçüb,bir bilməliyik ki,sonra gec olmasın.Sonrakı peşmançılıq isə fayda vermir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir