Kamal Aliyev: Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşərsə…
Yekaterunburqdakı qanlı hadisədən sonra Bakı və Moskva arasında münasibətlər gərginləşməkdə davam edir.Azərbaycan əsilli Rusiya vətəndaşlarının vəhşicəsinə döyülərək qətlə yetirilməsi haqlı olaraq ölkədə geniş rezonans dogurub.Bu,anlaşılandır və kütlənin emosiyaları adətən bu kimi situasiyalarda idarəolunmaz səviyyədə olur.
Hətta vəziyyət o həddə çatıb ki,Bakıda fəaliyyət göstərən və Moskvanın əsas təbligat ruporlarından ol asn “Sputnik-Azərbaycan”-nın iki əməkdaşı həbs olunub.Azərbaycan hökumətinə yaxın media iddia edir ki,hər iki şəxs Rusiya FTX-sının əməkdaşlarıdır.Bu insidentdən dərhal sonra Rusiyanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün Mosjvaya çagırdıgı deyilir.
Bütün bunlara rəgmən,Bakı-Moskva xəttində vəziyyətin daha da gərginləşməsi bir sıra problemlərə də səbəb ola bilər.
Məlumdur ki,Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onlar üçün bundan sonra ciddi təzyiqlərin olmayacagını iddia etmək mümkün deyil.Mümkündür ki,Moskva müxtəlif bəhanələr gətirərək,yaxın dövrdə onminlərlə azərbaycanlının deportasiyasına qərar verə bilər.Baxmayaraq ki,Azərbaycanın quru sərhədləri baglıdır,ancaq xeyli sayda vətəndaşımız təyyarə ilə də vətənə qayıda bilər.Şübhəsiz ki,indiki məqamda onminlərlə azərbaycanlının vətənə qayıdışı Azərbaycan iqtidarının arzulamadıgı hadisədir.Ona görə ki,ölkədə ciddi iqtisadi problemlər və yüksək işsizlik var.Bu baxımdan,azərbaycanlıların kütləvi ölkəyə qayıdışı Əliyev hökuməti üçün əlavə problemlər deməkdir.
Bundan əlavə,Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarını əhatə edən oturuşmuş iqtisadi əlaqələr var.Yəni,Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün hələ də ən uygun bazardır.Əgər iki ölkə arasında iqtisadi əlaqələr dayansa,bu,bizim üçün ciddi problemlər deməkdir.Hal-hazırda,Avropa Azərbaycanın kənd təsərrüftəsərrüfastı məhsullarının alıcısı deyil.
Digər yandan,hər il Rusiyadan gələn milyonlarla pul vəsaitləri də kəsilə bilər…
Kamal Aliyev
Share this content:
Yorum gönder