KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan niyə İranı terrora dəstək verməkdə ittiham etdi?

Kamal Aliyev: Azərbaycan niyə İranı terrora dəstək verməkdə ittiham etdi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
223 0

 

Bakı və Tehran arasında müharibə ehtimalı artır

Azərbaycan Müdafiə Nazirliyi İranla baglı yaydıgı açıqlamada bu ölkəni terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində hallanan dövlət kimi bəyan edib.Müdadiə Nazirliyi,ümumiyyətlə rəsmi Bakı ilk dəfədir ki,İran rejimini bu qədər sərt şəkildə tənqid edir.
Belə ki,İranın Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri Azərbaycan ərazisində “sionist”qüvvələr var və Bakı 44 günlük müharibədə Qarabag ərazisində İŞİD terrorçularından istifadə edib.K.Heydəri onu da deyib ki,İran Ermənistanla sərhəddə hər hansı dəyişikliyə imkan verməyəcək.
Gördüyünüz kimi,Azərbaycan və İran arasında gərgin münasibətlər artıq pik həddindədir və belə ehtimal etmək mümkündür ki,rejim yaxın həftələrdə ölkəmizə qarşı hərbi hücumlar da təşkil edə bilər.Tehranda Azərbaycan səfirliyinə hücum,deputat Fazil Mustafaya qarşı törədilmiş terror aktı İranın ölkəmizə son xəbərdarlıqları kimi də fərz edilə bilər.Əlbəttə,biz birmənalı olaraq müharibənin olacagını iddia etmirik,ancaq son baş verənlər onu deməyə əsas verir ki,təxribat(lar)mütləq baş verəcək.Mümkündür ki,yaxın günlərdə Azərbaycan daxilindəki İranın 5-ci kalonuna qarşı həbslərin miqyası daha da böyüsün.
Üstəlik,Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması,xarici işlər naziri Ceyhun Bayramovun bu ölkənin baş naziri Benyamin Netenyahu,xarici işlər naziri Eli Kohen ilə görüşməsi Tehranı daha da qəzəbləndirib.Xüsusilə,İsrailin xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə “İrana qarşı birlikdə hərəkət etməliyik”deməsi Tehranı daha da qəzəblındirib.Yeri gəlmişkən,bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken də Konqresdəki çıxışında İranın Azərbaycanla böyük sərhədinin olmasını və bu ölkəyə yardım göstərilməsinin vacibliyini vurgulamışdı.Dünən isə Azərbaycan ordusunun Xankəndi və Laçın koridoru ətrafında vacib yüksəklikləri ələ keçirməsi İranı görünür daha da özündən çıxarıb.
Artıq belə qənaətə gəlmək olar ki,İran-Azərbaycan münasibətləri bu minvalla hələ uzun illər düzəlməyəcək.Lakin bir məqamı nəzərə almalıyıq ki,İranla müharibə Azərbaycana böyük dagıntılardan,çoxlu insan itkisindən savayı heç nə qazandırmayacaq.Azərbaycan hakimiyyəti hansısa qlobal və regional güclərin geopolitik maraqlarına görə İranla müharibədən kənar durmalıdır.İrandakı rejim nə qədər təcrid olunsa da,bu,o demək deyil ki,Azərbaycana hücum etməz,onu işgal etməyə qalxmaz.Bu rejim 44 ildir ərəb dövlətləri və İsraillə yarımhərbi konfrantasiya vəziyyətindədir,öz proksiləri vasitəsi ilə Yaxın Şərqdə terror əsdirir.Bu nöqteyi-nəzərdən,Azərbaycanın kimlərinsə geosiyasi maraqları naminə “İkinci Ukraynaya”çevrilməsinə imkan verməməliyik.Eyni zamanda,bir həqiqəti də mütləq nəzərə almalıyq ki,bu gün Ukraynaya göstərilən hərbi,siyasi dəstəyi Azərbaycana heç kim verməyəcək.Düşünməməliyik ki,Şuşa Bəyannaməsinə görə,Türkiyə İrana qarşı müharibə elan edəcək.Onu da nəzərə almalıyıq ki,Türkiyənin başı özünə qarışıb.
Şübhəsiz ki,Türkiyə,İsrail və Qərb ölkələri ilə münasibətlər gücləndirilməlidir.Azərbaycan öz ərazi bütövlüyünü,milli təhlükəsizliyini qorumalıdır.Eyni zamanda,İranla münasibətdə də bu ölkənin qarşısından qaçmamalıyıq.Ancaq bu siyasətin,hətta müqavimətin bir ölçüsü,meyarı,yol xəritəsi olmalıdır.Tələsik siyasi qərarlar vermək Azərbaycan üçün agır fəlakətlərə yol aça bilər.Onu da nəzərə almalıyıq ki,sabah İranla müharibə aparsaq,raketlərin,bombaların altında müttəfiqlərimiz deyil,biz qalacayıq.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir