KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan-İsrail münasibetleri ,İranın mövqeyi və Rusiya

Kamal Aliyev: Azərbaycan-İsrail münasibetleri ,İranın mövqeyi və Rusiya

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
215 0

Nəhayət,Azərbaycanan İsraildə səfirliyi fəaliyyətə başlayıb.Tək-Əvivdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin baş naziri Benyamin Netenyahu və xarici işlər naziri Eli Kohenlə də görüşüb.Təl- Əvivdəki səfirliyin açılış mərasimində iştirak edən C.Bayramov


deyib ki,Azərbaycanın hər hansı dövlətlə yaxın əlaqələr qurması və inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir.Təbii ki,C.Bayramov “digər ölkələr”deyərkən,ilk növbədə Azərbaycanın cənub qonşusu İranı nəzərdə tutub.Görünən budur ki,İsraildə Azərbaycan səfirliyinin açılmasına ən çox qəzəbli olan və bunu qəbul etməkdə çətinlik çəkən ölkə İrandır.Hətta vəziyyət o həddədir ki,rejim mediasında,xüsusilə,SEPAH-ın nəzarətində olan teleqram kanallarında İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması qəzəb və hikkə ilə qarşılanır.Halbuki,Azərbaycanın bu gün Fələstin muxtariyyətində də diplomatik nümayəndəliyi açılacaq.Deməli,İsraildə Azərbaycan səfirliyinin fəaliyyətinin islamla,müsəlmanlıqla,”sionizm”simpatiyası ilə heç bir baglılıgı yoxdur.

Bundan sonrakı mərhələdə Tehrandakı klerikal rejim gözlənilir ki,Azərbaycana qarşı provakasiyalarının sayını və şiddətini daha da artırsın.Əbəs yerə deyil ki,SEPAH-ın quru qoşunları Naxçıvanla sərhədə toplanıb.Görünür,İran uygun bildiyi bir mərhələdə Azərbaycandakı bəzi strateji obyektləri vurmaga cəhd etsin.
Digər yandan,bir həqiqəti də unutmamalıyıq ki,İran Rusiya faktorunu nəzərə almadan Azərbaycana qarşı hər hansı hərbi təxribata əl atsın.Yəni,nəinki Qərb və Türkiyə,hətta Rusiya da rejimin Azərbaycana qarşı hər hansı hərbi müdaxiləsinə imkan verməyəcək.Belə olmasaydı,dünən moskvada iranlı həmkarı Əmir Hüseyn Abdullahianı qəbul edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deməzdi ki,Tehran və Bakı arasında hazırda gərgin olan münasibətlər müvəqqəti xarakter daşıyır.S.Lavrov dedi ki,yaxın gələcəkdə Bakı və Tehran arasında münasibətlər normallaşdıqdan sonra “3+3″platforması çərçivəsində əməkdaşlıq qurula bilər.Məsələ bundan ibarətdir ki,”3+3″platformu(həm də geoiqtisadi layihə)Türkiyə və Azərbaycanın təşəbbüsüdür.İranın xarici işlər naziri də “3+3″platformu çərçivəsində əməkdaşlıga hazır olduqlarını deyib.Lakin ortaya çıxan mənzərə bundan ibarətdir ki,İran son hərəkətləri ilə Azərbaycan və Türkiyənin də təmsil olundugu istənilən proyektə isterik mövqe nümayiş etdirir.Belə demək mümkünsə,İran Ermənistanın Syünik(Zəngəzur)regionundan keçəcək koridora qarşı çıxır və bunu özünün “qırmızı xətti”kimi deklarasiya edir.Hərçənd,Tehrandakı ayətullah zehniyyəti bilir ki,Rusiyanın da tərəf oldugu “3+3″layihəsi üçün Zəngəzur dəhlizi vacib əhəmiyyət daşıyır.

Məqalənin əvvəlinə dönsək,indi ən aktual mövzulardan biri Bakı-Təl-Əviv münasibətlərinin inkişafı və İranın buna necə cavab verməsidir.İranın nüvə silahına nail olması təkcə İsrailin deyil,eyni zamanda,Azərbaycan və Türkiyəni də narahat edir.Hətta belə demək mümkünsə,klerikal rejimin əlində nüvə başlıqlarının olması körfəzdəki ərəb monarxiyalarını da narahat edir.Dogrudur,Çinin təşəbbüsü ilə İran və Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinə start verilib,ancaq bu,o demək deyil ki,Tehran və Ər-Riyad arasında münasibətlər dərhal qaydasına düşəcək.Səudiyyə Ərəbistanı,hətta Misir də dərk edir ki,İranın nüvə dövlətinə çevrilməsi onların da təhlükəsizliyinə ciddi təsirlər yarada bilər.Nəticədə,Səudiyyə Ərəbistanı,Türkiyə və Misir kimi ölkələr də özlərinin nüvə proqramına başlaya bilər.
Tehranın nüvə silahına sahib olması Azərbaycanın da maraqlarına təhlükə yaradır.Əgər yaxın dövrdə İran nüvə bombası hazırlayarsa,Azərbaycan öz təhlükəsizliyinə ya Qərbdən,ya da Rusiyadan zəmanət almaga məcbur olacaq.Azərbaycanın indiki mərhələdə İrandan gələn təhlükəyə qarşı Qərbə sıgınması qeyri-mümkün görünür.Belə ki,Azərbaycan İran təhlükəsini nəzərə alıb Qərbə reveranslar edərsə,bu dəfə təkcə Tehranın yox,Rusiyanın da hədəfinə tuş gələ bilər.Yəni,Rusiya və İran kimi iki neo-imperial dövlətin arasından sıyrılıb Qərbə inteqrasiyanın siyasi risqlərini mütləq nəzərə almalıyıq.Şübhəsiz ki,Azərbaycanın Qərbə,NATO-ya inteqrasiyası demokratiya,insan hüquqları və təhlükəsuzlik prizmasından pozitiv seçim olardı.Lakin Azərbaycan yerləşdiyi cografiyada siyasi manevr imkanlarını da düzgün qiymətləndirməyi bacarmalıdır.Bu əsnada,Bakı öz geopolitik təmayüllərini diqqətlə seçməli,potensualını düzgün qiymətləndirməlidir.
Əgər İran yaxın dövr ərzində nüvə silahına sahib olarsa,böyük ehtimalla Azərbaycan Rusiyaya öz təhlükəsizliyinə zəman əıt almaq bir asz da yaxınlaşacaq.Onu da nəzərə almalıyıq ki,Azərbaycanın ən yaxın strateji müttəfiqi Türkiyənin də nüvə silahı yoxdur.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir