Mən bu məqaləni yazdıgım dəqiqələrdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə İran İslam Respublikasının cümhurrəisi Ebrahim Rəisi arasınd ikitərəfli görüş davam edir.Nəzərə alsaq ki,son 4 ildə-xüsusilə,44 günlük Vətən müharibəsindən sonra Bakı-Tehran xəttində münasibətlər enişli-çıxışlı olub,Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı terror hücumu da iki qonşunun əlaqələrini xeyli gərginləşdirmişdi.Görünən budur ki,Bakı və Tehran köhnə umu-küsü bir kənara qoymaq və münasibətləri normallaşdırmaq istəyindədirlər.Əliyev-Rəisi görüşünün əsas məgzi Azərbaycan-İran sərhədində yeni “Qız Qalası”bəndinin açılışı olsa da,böyük ehtimalla,iki qonşu ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıq mövzuları da olacaq.Hərçənd ki,İranın ali rəhbəri Əli Xamaneiyə yaxın “Keyhan”qəzetindəki son anti-Azərbaycan məqaləsində ölkəmiz yenə təhdid olunmuşdu.Görünür,rejim hələ də müstəqil Azərbaycanın varlıgından,ərazi bütövlüyümüzün tam bərpa olunmasından məmnun deyil.İran yenə də əvvəlki kimi,ara-sıra Azərbaycan-İsrail münasibətlərini bəhanə edərək,ölkəmizə qarşı təhdidlər,ittihamlar səsləndirməkdədir.Əlbəttə,bütün bunlar məntiqli iradlardan daha çox İranın hələ də müstəqil Azərbaycanın varlıgını həzm edə bilməməsidir.Bütün bunlara rəgmən,İran Azərbaycan qonşusudur və hər iki dövlət bu həqiqəti nəzərə alaraq,ikitərəfli münasibətləri inkişaf etdirməyə meyilli görünürlər.
Azərbaycan-İran münasibətlərindəki digər bir mövzu da ikinci Qarabag müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin təklif etdiyi “3+3″formatının və Şimal-Cənub dəhlizinin reallaşdırılmasıdır.Məlum layihədə maraqlı olan Türkiyə,Rusiya və Ermənistan da var.Z əınnimcə,Gürcüstanın baş naziri İ.Kobaxidzenin Ankaraya son ziyarətində də bu geosiyasi layihə müzakirə mövzusu olub.Dogrudur,Gürcüstan Rusiyanın “3+3″iqtisadi əməkdaşlıq formatında iştirakına qarşıdır,ancaq mümkündür ki,Əliyev və Ərdogan Tbilisini buna inandırsınlar.
Kamal Aliyev