KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Azərbaycan iqtidarı və müxalifətinin Türkiyədəki seçkilərə yanaşması niyə səhvdir?

Kamal Aliyev: Azərbaycan iqtidarı və müxalifətinin Türkiyədəki seçkilərə yanaşması niyə səhvdir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
158 0

Beləliklə,4 gün sonra qardaş və müttəfiq Türkiyədə prezident seçkiləri(həm də parlament)keçiriləcək.
Əlbəttə ki,mən bu seçkilərdə prezidentliyə iki əsas namizəd-hazırkı prezident Rəcəb Tayyib Ərdoganın(Cumhur İttifaqı),yoxsa müxalif koalisiyanın(Millət İttifaqı) lideri Kamal Kılıçdaroglunun qalib gələcəyini təxmin edirəm.Şübhəsiz ki,seçkilərin ikinci tura qalması ehtimalını da istisna etmək olmaz.Xüsusilə,onu da nəzərə almalıyıq ki,Türkiyə bir Yaxın Şərq ölkəsidir,bu ölkədə sag və sol ideologiyaları təmsil edən kifayət qədər qütbləşmiş bir cəmiyyət var.Buna rəgmən,Türkiyədə keçiriləcək seçkilərin azad və ədalətli olacagından şübhə etmirəm.Və türk xalqının(Türkiyə xalqlarının da ola bilər)verdiyi qərara hörmətlə yanaşmalıyıq.

Təbii ki,Türkiyədə keçiriləcək seçkilər Azərbaycanda,azərbaycanlılar arasında da maraqla izlənilir.Hətta vəziyyət o həddədir ki,sosial şəbəkələrdə Ərdogan və Kılıçdaroglu tərəfdarları bir-birlərini təhqir edir,aşagılayır.Konkret olaraq,Azərbaycan iqtidarına yaxın media Türkiyə seçkilərində tərəf oldugunu,növbəti dəfə Rəcəb Tayyib Ərdoganın və AKP-nin 600 nəfərlik TBMM-də ugur qazanmasını çox istəyir.Azərbaycan iqtidarına yaxın media gecə-gündüz Ərdoganı müdafiə edən analitik məqalələri tirajlayır.Fakt budur ki,Azərbaycan və Türkiyə prezidentləri arasında şəxsi dostluq münasibətləri var.
Eyni zamanda,Azərbaycan iqtidarı,hətta azərbaycanlıların böyük hissəsi 44 günlük Qarabag müharibəsində Ərdogan iqtidarının ölkəmizə arxa-dayaq durdugunu yüksək qiymətləndirir.Lakin Ərdogana simpatiya təkcə bununla bitmir və Əliyev-Ərdogan ailələri arasındakı dostlugu,yaxınlıgı da nəzərə almalıyıq.Bununla yanaşı,həm Ərdogan,həm də Əliyevin Qərbdə “avtoritar”siyasətçi imici var və bu amil hır iki lideri bir-birinə daha da yaxınlaşdırır.İlham Əliyev və xanımının İstanbuldakı “Teknofest”tədbirində iştirakı da onun Rəcəb Tayyib Ərdoganın seçki təbligatına verdiyi dəstək idi.
Görünən budur ki,Əliyev iqtidarı bir müddətdə Ərdogan hökuməti ilə işləməkdə maraqlıdır.Azərbaycan hökumətinə görə,Qarabag pribleminin siyasi həlli üçün Türkiyə amili mütləq vacibdir.

 

Azərbaycan müxalifətinin Türkiyədəki seçki prosesinə münasibətinə gəlincə,onlar hesab edirlər ki,Kamal Kılıçdaroglunun prezident seçilməsi Azərbaycandakı demokratikləşməyə stimul verəcək.Dogrudur,Azərbaycan müxalifəti indiki zamanda olduqca zəifdir və siyasi mübarizəsini də daha çox virtual məkanda-sosial şəbəkələrdə aparır.Bizim müxalifətin son 30 ildəki siyasi strategiyası bundan ibarətdir ki,qonşularımızda demokratik rejimlər təsus olunsa,Azərbaycanda da avtoritar idarəetmə dəyişəcək.Yadınıza salım ki,Mixail Saakaşvili Gürcüstanda hakimiyyətə gəlındə Azərbaycan müxalifəti dəyişikliklərin Azərbaycana da çatacagını bəyan edirdi.Hətta mən o vaxt buna o qədər inanmışdım ki,digər müxalifətçilər kimi əynimı narıncı köynək geyinmişdi.Nəticədə,Saakaşvili prezidentlik illərində İlham Əliyevlə yaxın dost oldu.O vaxt mən də daxil olmaqla müxalif kəsim dərindən məyus olmuşduq.
İndi də Azərbaycan müxalifətinin qənaəti bundan ibarətdir ki,əgər Kılıçdaroglu prezident seçilsə,o,Azərbaycanda da demokratiyaya dəstək verəcək.Əlbəttə,bu,kökündən yalnışdır,hətta deyərdim ki,siyasi naşılıqdır.
Kılıçdaoglu baxmayaraq ki,”türk yolu”layihəsində Azərbaycana yer vermir,lakin bu,o demək deyil ki,Kamal bəy fikirini dəyişməyəcək.Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl demişkən,siyasətdə dünən dünındir,bu gün isə bu gün.
Təəssüf ki,30 ildir siyasi cameədə olan insanlar baş verənlərdən nəticə çıxara bilmir.Axı siyasətdə maraqlar hər şeyi üstələyir.
Niyə azərbaycanlı müxalif sosial-şəbəkə fəalları bunu dərk etməkdə çətinlik çəkirlər?
Məncə,Kamal Kılıçdaroglu prezident seçilsə də,bu,Türkiyə-Azərbaycan münasibətlərində kardinal dəyişikliklərə gətirib çıxarmayacaq.Hətta onu da deyim ki,Kılıçdaroglu-Əliyev dostlugu və qardaşlıgını görsəniz,qətiyyən təəccüblənməyin.
Zənnimcə,Azərbaycan müxalifətindəki agıllı və savadlı insanların məsələnin mahiyyətindən bixəbər deyillər.Sadəcə olaraq,müxalifətimiz ətrafındakı virtual tərəfdar qruplarını həmişə aktiv saxlamaq istəyir.

 

 

Son olaraq,Azərbaycan xalqı o vaxt demokratik sistem quracaq ki,o kütləvi şəkildə seçki məntəqələrinə axın edəcək və ən başlıcası,səsinin arxasında durmagı bacaracaq.Biz başqa ölkələrdə keçiriləcək seçkilərə azarkeşlik etmək əvızinə,siyasi səbatlılıq nümayiş etdirməliyik,təşkilatlanmalıyıq.Lakin bizim apolitik insanlarımız sosial-şəbəkələrdə Ərdogan-Kılıçdaroglu savaşı aparırıq.
Azərbaycan insanı əvvəlcə öz ölkəsinə nəzər yetirməli,öz məmləkətində demokratiyaya keçid üçün mübarizə aparmalıdır.O ki qaldı Ərdogan və yaxud Kılıçdaroglundan kimin prezident seçilmısinə,əmin olun ki,Bakı-Ankara münasibətləri qaldıgı yerdən davam edəcək.Buna qətiyyən şübhəniz olması.Ara yerdə,AKP və CHP üçün bir-birinizlə düşmən olmayın.

 

-Azərbaycanlılar nə vaxt demokratik sistem quracaqlar?

-Siyasi şüur və siyasi məsuliyyət dər edəndə,bizim də məmləkətdə demokratiya olacaq.

Buna qətiyyən şübhəniz olmasın.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir