KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan iqtidarı geopolitik seçimini nə vaxt edəcək?

Kamal Aliyev: Azərbaycan iqtidarı geopolitik seçimini nə vaxt edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
303 0

Artıq Rusiyanın Ukraynada başlatdıgı işgal hərəkatından düz 5 ay ötdü.Kreml “xüsusi əməliyyat”verdiyi bu işgal aksiyasına başlayarkən demişdim ki,rus diktator V.Putinin Ukraynadakı acımasız,dövlət terroru mahiyyəti daşıyan,heç bir beynəlxalq hüquq normalarını tanımayan müharibəsi hələ uzun müddət davam edəcək.

Bununla yanaşı,bugünə qədər mövcud beynəlxalq münasibətlər sistemi artıq dəyişir,yenilənir,yeni mahiyyət kəsb etməyə başlayır.
İndiki mərhələdə həm qlobal,həm də regional aktorlar Yeni Dünya Nizamına(YDN)keçidin altyapısını hazırlayır və bundan sonrakı prosesdə artıq kiçik,orta və böyük miqyaslı dövlətlərdən konkret geopolitik seçim tələb olunacaq.

Dogrudur,Azərbaycan dünya xəritəsində miqyasca kiçik ölkədir,lakin ölkəmizin yerləşdiyi geostrateji areal(Cənubi Qafqaz)kifayət qədər mühümdür.Yəni,Azərbaycan kimi kiçik ölkələr uzun müddət “neytral”statusu qorumaq imkanında deyillər.Ola bilsin ki,Azərbaycanın strateji müttəfiqi Türkiyə kimi orta miqyaslı dövlət Rusiya-Ukrayna konfliktində bitərəf status-kvo sərgiləyə bilər,amma biz mütləq geosiyasi seçimimizdə tələsməliyik.

İndiki məqamda sanki Azərbaycan hökuməti geosiyasi seçimində ləngimə nümayiş etdirir,elə bil yekun qərar verməkdən qorxur,çəkinir.
Azərbaycan iqtidarı mənim nəzərdə tutdugum geopolitik hədəfin müəyyən edilməsində,həlledici qərarın verilməsində monolit deyil,iqtidar komandası daxilində təksəslilik yoxdur.

Üstəlik,Azərbaycan iqtidarının daxilindəki Rusiyaya baglı “5-ci kolon”un varlıgı və bu paralel mexanizmin hökumətin qərarları üzərində ciddi təsirinin oldugunu görürük.
Bundan əlavə,hökumətə yaxın bir çox media orqanlarında Rusiyanın Ukraynada apardıgı qanlı müharibənin haqlılıgına dair informasiya propaqandasını(xüsusilə,son həftələr) müşahidə etməkdəyik.
Siyasətdə maddi və mənəvi baglılıgın oldugu tərəfə “ayı xidməti”deyilən bir termin var.Görünür,Azərbaycan iqtidarındakı ayrı-ayrı oliqarxlar Kremlə “ayı xidməti”məsələsində çox irəli gedir(b)lər.

Azərbaycan hökuməti geopolitik nöqteyi-nəzərdən ikitərəfli oyun oynamamalı və birbaşa olaraq həm uygun şərtləri,həm də əlverişli siyasi konyukturanı nəzərə alaraq,Qərbə inteqrasıyanı seçməlidir.

Əlbəttə,hər hansı dövlətə öz geopolitik seçimini edərkən,məcburiyyət,təzyiq metodlarından istifadənin əleyhinəyəm.Lakin siyasi iqtidarlar və yaxud “dövlət agılı”strateji seçimi edərkən,xalqının,dövlətinin maraqlarını mütləq nəzərə almalıdır.

Zənnimcə,Azərbaycan dövləti,prezident İlham Əliyev də çox yaxşı dərk edir ki,bizim gələcəyimiz Rusiyanın da təmsil olundugu Avrasiya İttifaqında,Şanxay Təşkilatında,Avrasiya İqtisadi İttifaqı,MDB kimi beynəlxalq qrumlarda olmamalıdır.Qoşulmama Hərəkatında təmsil olunmagın müsbət tərəfləri olsa da,bu qrumun da imkanları qeyri-məhdud deyil.

Bu gün Kreml Avrasiya İttifaqını qurarkən,Aleksandr Duqin,Valeri Korovin kimi strateqlərin tezislərini əsas götürür.Bir şey dəqiqdir ki,duqinlərin,korovinlərin siyasi nəzəriyyələri kremlin ssenarisinin tərkib hissəsidir və bizim kimi kiçik miqyaslı dövlətlərin suverenliyinə,ərazi bütövlüyünə təhdiddir.

Təsəvvür edin ki,Kremlin strateqi,Avrasiya İttifaqı konsepsiyasının ideoloqlarından biri Valeri Korovin azərbaycanlıları avrasiyaçı geopolitik seçimə dəvət edir.Sanki Azərbaycan xalqı rus müstəmləkəçiliyini əsrlərdir yaşamayıb və bu,onun üçün yeni bir təcrübədir.

Rusiyanın mərkəzdə oldugu hər hansı geopolitik ittifaq Azərbaycan xalqına heç bir fayda verə bilməz.Rusiya bizə ancaq öz nüvə çətiri altında “təhlükəsizlik təminatı”verə bilər.
Azərbaycanın isə özündə avtoritarizmi,totalitar rejimlərin varlıgını ehtiva edən Avrasiya Hərəkatı adlı qruma ehtiyacı yoxdur.

Ümumiyyətlə,Azərbaycan cəmiyyətində,siyasi elitada Rusiyaya baglı olan qüvvələr təcrid olunmalı,maksimum marginallaşdırılmalıdırlar,ictimai həyatdan birdəfəlik rədd olmalıdırlar.

Kremlin direktivlərinə,Rusiyadakı rejimin tezislərinə uygun olaraq,addımlar atmaq siyasi intihardır.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir