Zənnimcə,belə bir ehtimal olsa da,sonda tərəflər uzlaşacaqlar.2014-cü ildə də AŞ və Azərbaycan arasında mübahisəli məsələlər vardı.Buna rəgmən,tərəflər,narazılıqları aradan qaldıra bildilər.
AŞPA-nın qəbul etdiyi qərara gəldikdə,etiraf etməliyik ki,demokratiya və insan hüquqları sahəsində Azərbaycan hökumətinin ciddi səhvləri var.İqtidar düşünürəm ki,şikayətləri düzgün qiymətləndirməli,xüsusilə,jurnalistləri,ictimai xadimləri həbsdən azad etməlidir.Artıq Qarabag işgaldan azad olunub və nəhayət,hökumət insan hüquqları,demokratiya məsələlərində ciddi addımlar atmalıdır.Qarşıdan parlament seçkiləri gəlir və Əliyev iqtidarı üçün bu,bir səmimiyyət testidir.Heç olmasa,ölkədə azad və ədalətli seçki keçirməyə özünüzdə cəsarət tapın.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatını oxudum.Əlbəttə,AŞPA daxilində korrupsiya ilə məşgul olan şəxs(lər)olub.Lakin ölkədəki ucdantutma həbsləri AŞPA tövsiyyə etməyib ki…
Eyni zamanda,Qarabagdakı etnik ermınilərin güya zorla,təhdid yoluyla qovulması fikirini də qəbul etmirəm.
Problem çox bəsitdir:Azərbaycanda demokratiya və insan haqqları məsələlərində problemlər dərinləşib.
Azərbaycan nümayəndə heyətinin bəyanatında Avropa Şurası ilə münasibətl ə rin qeyri-müəyyən vaxta qədər təxirə salındıgı da vurgulanır.Bu,həm də AŞ ilə münasibətlərdə problemlərin həll edilə biləcəyinə də işarədir.Ümidvaram ki,Bakı AŞPA ilə bütün körpüləri yandırmayacaq.Bu,Azərbaycan xalqının maraqlarına qətiyyən cavab vermir.Ən pis o da ola bilər ki, Azərbaycan AHİM-dən çıxa bilər.Aglısəlim davranın və belə qərar verməyin.
-Ən pis ehtimal budur ki,Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina etsin.
-İkinci ehtimal Azərbaycanın “Şərq Tərəfdaşlıgı”(Avropa Qonşuluq Siyasəti)proqramından çıxmasıdır.
-Əgər yuxarıdakı ehtimallar beş verərsə,Azərbaycanın Rusiyanın nəzarətində olan KTMT və Aİİ-nə üzvlük prosesinə start veriləcək.
AŞPA-da keçirilən məlum səsvermədə Serbiyanın nümayəndələri də Azərbaycanın əleyhinə çıxıblar.Ilham Əliyev-Aleksandr Vuçiç dostlugu da işə yaramayıb.Ara yerdə,Serbiyaya yatırılan sərmayə də belə getdi.Vuçiç Əliyevi demokratik lider hesab edirdi.Lakin partiyasının üzvləri Azərbaycanın əleyhinə səs veriblər.
Britaniyalı deputatlar da keyfimizə sogan dograyıblar.
Bəs BP,Azərbaycan iqtidarı və Britaniya arasında çoxillik dostluga nə oldu?
Kamal Aliyev Kafkassam