KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan Avropa İttifaqının təbii qaz ehtiyacını qarşılaya bilərmi?

Kamal Aliyev: Azərbaycan Avropa İttifaqının təbii qaz ehtiyacını qarşılaya bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
347 0

Cavab çox sadədir:bu,mümkün deyil.
Əvvala,hazırda Azərbaycanın hasil etdiyi və ümumi qaz rezervləri 500 milyondan çox əhalisi olan Aİ üçün kafi deyil.
Aİ-nin enerji məsələləri üzrə komissarı bir neçə gün əvvəl Azərbaycanda idi və ümumi razılıq belə oldu ki,biz qarşı tərəfə təcili ehtiyaclarını qarşılamaq üçün müəyyən həcmdə təbii qaz sata bilərik.

Aİ-nin indi Azərbaycandan istəyi TAP(Trans-Adriyatik Boru Xətti)vasitəsi ilə illik Avropaya ixrac edilən təbii qazın həcminin həcmini 8 milyard kubmetrdən 10 milyard kubmetrə qədər artırmaqdır.
Məsələn,keçən il Azərbaycan TAP layihəsi ilə Avropaya 8,1 milyard kubmetr qaz ixrac etmişdi.İndi isə Arbaycan tərəfi TAP layihəsi ilə Avropaya ixrac edəcəyi təbii qazın həcmini 10 milyard kubmetrə çatdıracaq.

Rusiya isə keçən il Avropaya 175 milyard təbii qaz ixrac edib.
Üstəlik,Avropa dövlətləri istifadə təbii qazın 44%-ni,neft və neft məhsullarının isə 26%-ni Rusiyadan tədarük edir.Bu,kontinental Avropanın ümumilikdə Rusiyadan 70% lik enerji asılılıgı deməkdir.İndi gerisini siz düşünün…

Qətər qazı Avropanı qane edərmi?

Hazırda Avropa İttifaqının təbii qaz ehtiyacını ödəyəcək ölkələrdən biri də Qətərdir.Lakin Aİ və Qətər arasında təbii qaz ixracı ilə müəyyən ziddiyətlər var.
Qətərin energetika naziri Səid Əl-Kəbi bəyan edib ki,bu ölkə əvvəlcə öz müştərilərinin ehtiyaclarını ödəyəcək və Avropanın təbii qaz ehtiyacını sadəcə müəyyən bir miqdar ödəyə bilər.Halbuki,ABŞ bir müddətdir Qətəri Avropaya təbii qaz satmaga çalışır.Lakin Qətər bu istəyi təkbaşına qarşılaya bilməz və ən başlıcası ərəb qazı avropalılara daha çox baha başa gələ bilər.

Bu gün faktiki Avropada enerji böhranı yaşanır və son illər qiymətlərdə təxminən 6-10 dafə bahlaşma müşahidə olunur.

Geopolitik təsirlər.

Beynəlxalq reytinq təşkilatı “Fitch Ratings”belə bir açıqlama verub ki,Avropa hələ yaxın perspektivdə rus qazından asılı qalmaqda davam edəcək.Son vaxtlar Rusiya və Qərb arasında geopolitik ziddiyətlər enerji qiymətlərini yüksəldir və bu,Aİ-ni məcbur edir ki,təbii qaza olan ehtiyacını başqa alternativlərlə həll etsin.
Ancaq Rusiyanın enerji şirkəti Qazprom son vaxtlar Avropaya satdıgı təbii qazın həcmini azaltmaqda davam edir.Təbii ki,bunun səbəbləri Almaniya tərəfindən “Şimal Axını-2″təbii qaz boru xətti layihəsinin sertifikatlaşdırılmaması və məlum geosiyasi gərginliklərdir.

Rusiya enerji satışından gəlirlərini sürətlə artırır.

Rusiyanın keçən il neft ixracından əldə etdiyi gəlirlər 2021-ci ildə 51,8% artaraq 110 milyard dollar olub.Amma Rusiyanın neft ixracı keçən il 3,7% və 230 milyon ton az olub.İş ondadır ki,Qazpromun təbii qaz satışı 2020-ci il ilə müqayisədə 120% artaraq 55,5 milyard dollara qədər yüksəlib.Hazırda Qazprom 1000 kubmetr təbii qazı 517 dollara satır.Keçən il isə bu rəqəm 273 dollar idi.Nəzərə alsaq ki,Rusiya Federal Büdcəsinin gəlirlərinin 40%-i nef və təbii qazdan gələn gəlirlərlə formalaşır.
İndi dünya bazarında neftin bir barelinin qiyməti 97-100 dollar səviyyəsindədir və Qərb-Rusiya gərginliyi bir müddət də davam edərsə,qiymətlər 110-120 dollara qədər də yüksələ bilər.

Görünən odur ki,Rusiya prezidenti Vladimir Putin hazırkı geoplitik gərginlikdən faydalanaraq neft və qazın qiymətlərini maksimum yüksəltmək kursunu seçib.Putin bununla həm də Avropada infilyasiyanın səviyyəsini daha yüksəltmək istəyir.Təbii ki,infilyasiyanın yüksəlməsi gündəlik ərzaq məhsullarının qiymətlərinə təsir edir.
Hətta hazırda Avropanın iqtisadi lokomotivi olan Almaniyada son 18 ildə ən yüksək infilyasiya müşahidə olunur.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir