KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Avropa Rusiya ilə böyük müharibəyə hazırdırmı

Kamal Aliyev: Avropa Rusiya ilə böyük müharibəyə hazırdırmı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
310 0

Bu gün Rusiya prezidenti Vladimir Putinin 9 may Qələbə Günü münasibəti ilə Moskvada söylədikləri mənim üçün qətiyyən maraqlı deyil.Bu, tiranın hər il keçirdiyi propaqandadır və şərh etməyə dəyməz.Məsələn,V.Putin müraciətində belə dedi ki,əgər Rusiya Ukraynada”xüsusi əməliyyat”keçirməsəydi,NATO Krıma hücum edəcəkdi və biz vətənimizi qoruyuruq.Təbii ki,bu iddia Putinin nə qədər absurdizmə yuvarlandıgını və rus auditoriyası üçün hazırladıgı saxta patriotizm ritorikasının bariz nümunəsidir.
Qayıdaq mövzuya:Avropa Rusiya ilə müharibəyə hazırdırmı…
Görünən budur ki,Kremlin tiranı Ukraynadakı qanlı müharibəni genişləndirməkdə maraqlıdır.Bu nöqteyi-nəzərdən Rusiya və Avropa arasında böyük masştablı müharibə ehtimalı(buna 3-üncü dünya müharibəsi də deyə bilərsiniz)artmaqdadır.
Moldaviya
Hal-hazırda ən çox müzakirə olunan ssenari Rusiyanın Moldaviyaya hücum edəcəyi mövzusudur.Ruslar Dnestryani bölgəni bəhanə edərək Kişinyovdakı Maya Sandu iqtidarını hədəf seçə bilər.Üstəlik,Moldaviya da Ukrayna kimi NATO üzvü deyil və bu,Kremlin iştahını artırır.Halbuki,Moldaviya Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmur və daha ehtiyyatlı siyasət yürüdür.Lakin bu,Rusiyanı tam razı salmır.Əgər,Rusiya Moldaviyaya hücum edərsə,Rumıniyanın bu ölkəyə dəstəyi ilə qarşılaşacaq.Necə ki,Polşa Ukrayna məsələsində əlindən gələni edir.Eyni zamanda,rumınlar və moldovanlar qardaş xalqlardır-türklər və azərilər kimi.
Belorus
Rusiya fevralın 24-ündə Ukraynaya hücum edərkən,belə düşünülürdü ki,A.Lukaşenkonun Belorusu da müharibəyə qoşulacaq.Dogrudur,Belorus ərazisindən ara-sıra Ukraynanın Lvov şəhərinə raketlər atılırdı,ancaq Minsk hələ müharibəyə daxil olmayıb.Lakin son həftələr Belorus ordusu Ukrayna ilə sərhəddə hərbi təlimlərini intensivləşdirib.Zənnimcə,Lukaşenko indi daha çox Putinin iki dodagının arasından çıxana bənddir.Çünki,Lukaşenkonun təkcə avtoritar rejimi deyil,həm də fiziki mövcudlugu belə Putindən asılıdır.
Müəyyən etapda Belorusun da Ukraynadakı müharibəyə qoşulacagını istisna etmirəm.
İsveç və Finlandiya
Baxmayaraq ki,bu iki skandinaviya ölkəsi NATO-nun üzvləri deyillər,ancaq yaxın gələcəkdə hərbi alyansa daxil olacaqları gözlənilir.Artıq hər iki ölkə rəsmi olaraq NATO-ya üzvlüklə baglı Brüsselə müraciət edibkər.
İkinci dünya müharibəsindən sonra İsveç konkret olaraq demilitirizasiya olmuşdu,Finlandiya isə soyuq müharibə dövründə “Finlandizasiya”modeli ilə Qərb və Sovet blokları arasında neytral statusunu qoruyurdu.İndi ABŞ hər iki ölkəyə təhlükəsizlik zəmanəti verir.Rusiya isə bu ölkələri xəritədən siləcəyi ilə təhdid edir.
Ukraynadakı müharibə İsveç və Finlandiyanı yenidən düşünməyə vadar etdi.İsveç Rusiyanın Kalininqrad ərazisinə yaxındır və ruslar ötən həftə orada nüvə silahlarını sınaqdan keçirdilər.Bundan başqa,İsveçin 60 minlik Qotland adası Kalininqrada yaxındır.İsveçin 10 milyon əhalisi var və bu ölkə hərbi büdcəsini artırır,həm də ölkə ərazisində əhali üçün bunkerlərin sayını yüksəldir.
Finlandiyanın əhalisi 5,5 milyon nəfərdir və ölkədə 54 min ərazidə bunkerlər var.İngiltərənin “The Guardian”qəzeti yazır ki,650 minlik əhalisi olan paytaxt Helsinkidə artıq 900 min nəfər üçün bunkerlər hazırlanıb.Hətta bu bunkerlərdə uşaqlar üçün oyun meydançaları da var.Finlandiyanın Rusiya ilə sərhədi 1.300 km-dən çoxdur.
Baltikyani respublikalar
Rusiyanın əhalisinin 20%-i etnik ruslardan ibarət olan Latviya və Estoniyada da qarışıqlıq yarada bilmə potensialını gözardı etməməliyik.Ola bilsin ki,Rusiya əvvəlcə qış aylarında baltikyani respublikalara nəql etdiyi təbii qazı kəsməklə daxildə etirazları körükləmək istəyəcək.Baxmayaraq ki,bu respublikalar NATO və Aİ-nin üzvləridirlər,hələ də bütün enerji sistemləri,boru kəmərləri Rusiyaya baglıdır.Hətta Bolqarıstanda da belə enerji xəttləri Rusiyadan asılıdır.Ona görə də Bolqarıstan rəhbərliyi Aİ-nin Rusiyaya qarşı neft embarqosuna qoşulmaqda tərəddüd edir.
Rusiyanın Balkanlarda da növbəti cəbhə açmaq potensialı var.Bosniya və Hersoqovinanın Sırpska muxtariyyətinin rəhbəri Milorad Dodik Putinin Balkan yarımadasındakı sadiq satelitlərindən biridir.Bundan əlavə,Aleksandr Vuçiçin Serbiyasını da nəzərə almalıyıq.Serblər NATO-nun Belqradı bombalamasını və Kosovanın müstəqilliyini həzm edə bilmirlər.
Nəticə olaraq,Avropa və Rusiya arasında bu qış “isti”keçəcək.Kontinental Avropanı ya ABŞ udacaq,ya da Rusiya…
Kamal Aliyev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir