KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Avropa İttifaqı Bakı-Yerevan barışıgını təsis edə biləcəkmi?

Kamal Aliyev: Avropa İttifaqı Bakı-Yerevan barışıgını təsis edə biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
182 0

Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən(Aİ Şurasının prezidenti Şarl Mişel də daxil olmaqla)keçirilən son görüşün pozitiv nəticələr doguracagına ümid etmək olar.Əlbəttə ki,biz Mişel,Əliyev və Paşinyan arasındakı üçtərəfli görüş haqqında təfərruatlı məlumat sahibi deyilik.Əvvala,bu müzakirələrdə konfedensiallıq prinsipi var və bu,normaldır.Lakin Aİ Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşdən sonra yaydıgı açıqlamda olduqca pozitiv və Bakının xeyrinə olan punktlar var.
Belə ki,Ermənistan tərəfi Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyıb.Bu,o deməkdir ki,Qazaxın 7,Naxçıvan Muxtar Respublikasının Kərki kəndini Paşinyan Azərbaycanın ərazisi kimi etiraf edib.Çünki bu eksklavlar Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinə daxildir.Belə olan təqdirdə ortaya sual çıxır:madam ki,Ermənistan hökuməti Azərbaycana aid eksklavların ona aid olmadıgını etiraf edirsə,o zaman bu əraziləri nə vaxt tərk edəcək?

 

İkincisi,Paşinyan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıyırsa,o zaman məntiqlə Qarabagın da bizə aid oldugunu qəbul etmiş olur.

 

Üçüncüsü,Ermənistan hökuməti Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr oldugunu etiraf edirsə,heç bir halda Qarabagdakı ermənilərin Azərbaycan dövləti tərəfindən reinteqrasiya olunmasına qarşı çıxmamalıdır.
Üstəgəl,Paşinyan bundan sonra Bakı-Xankəndi danışıqlar formatı,Qarabag ermənilərinin statusu,təhlükəsizliyi üçün “beynəlxal format”ın təşkilinin zəruriliyinə istinad etməməlidir.
Digər tərəfdən,Azərbaycan tərəfi 2020-ci il 10 noyabr atəşkəs razılaşmasına əsasən,Qarabag ermənilərinin təhlükəsiliyi məsələsini öz üzərinə götürüb.Şübhəsiz ki,hər dövlət öz vətəndaşlarının təhlükəsizliyinə zəmanət verməlidir.

 

Nəhayət,Azərbaycan tərəfi də Ermənistanın 29,8 min kvadratkilometr ərazisini tanıdıgını Brüssel formatı çərçivəsində keçirilən üçtərəfli görüşdə qəbul edib.Bu da normal addımdır və belə də olmalıydı.
Aİ Şurasının prezidenti Şarl Mişelin görüşdən sonra yaydıgı bəyanatda Zəngəzur dəhlizi və dəmiryolu mövzusuna da toxunulub.Asçıgı Zəngəzur koridoru məsələsində Paşinyan hökumətinin o qədər də həvəsli oldugunu düşünmürəm.Ermənistan hökumətinə görə,Zəngəzur koridoru üzərində onun suveren hüquqları təmin olunmalıdır.Prinsipcə,Yerevanın məhz bu israrı Zəngəzur dəhlizi mövzusunu mürəkkəbləşdirir.
Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyasına gəlincə,Avropa İttifaqı bu istiqamətdə Rusiya ilə müqayisədə daha prinsipialdır və problemin həlli üçün komissiyanın yaradılmasında maraqlıdır.Rusiya sərhədlərin müəyyən edilməsini yubadır və belə olan halda mayın 11-də şərti sərhəddə baş vermiş eskalasiya ehtimalları daha da artır.
Brüsseldə npvbəti görüşün iyul ayında keçirilməsi gözlənilir.Ondan qabaq isə iyunun 1-də Kişinyovda Avropa Siyasi İcmasının növbəti sammitində Əliyev və Paşinyan arasında görüş keçiriləcək.Zənnimcə,payız və yay aylarında da diplomatik trafik davam edəcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir