KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında növbəti müharibə ehtimalından narahatdır?

Kamal Aliyev: Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında növbəti müharibə ehtimalından narahatdır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
213 0

Artıq dəqiqləşib ki,Avropa İttifaqının gələn ay Ermənistana göndərəcəyi müşahidə missiyası bu ölkədə iki il qalacaq.Halbuki,bundan əvvəl Aİ-nin müşahidə missiyası Ermənistanda cəmi iki ay qalmışdı.Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki,Aİ-nin müşahidə missiyası Ermənistandakı fəaliyyətl əıri haqqında hər hansı məruzə,hesabat,ümumiyyətlə mətbuat konfransı keçirmədilər.Ancaq görünən budur ki,Brüssel Azərbaycanla Ermənistan arasında növbəti eskalasiya ehtimalından narahatdır.Bu nöqteyi-nəzərdən,Aİ müşahidə missiyasını Ermənistan hökuməti ilə razılaşaraq bu respublikada saxlamaqda maraqlıdır.
Bundan əlavə,erməni baş naziri Nikol Paşinyan bəyan edib ki,bu il KTMT-nin Ermənistanda keçirilməsi planlaşdırılan hərbi təlimləri qeyri-müəyyən vaxta təxirə salınıb.Bu,bir tərəfdən Paşinyanın Moskvaya qarşı siyasi-diplomatik demarşı,digər tərəfdən isə Rusiyanın təsir orbitindən ehmalca uzaqlaşma siyasətinin tərkib elementidir.Dogrudur,Paşinyan Laçın yolunda azərbaycanlı ekofəalların aksiyasını bəhanə gətirərək,rus sülhməramlılarını “fəaliyyətsizlikdə”günahlandırır,ancaq erməni baş nazir ölkəsindəki rus hərbi bazasını çıxarmaqda tələsmir.
Maraqlı bir detal da ondan ibarətdir ki,Rusiya Azərbaycan-Ermənistan sərhədində Aİ müşahidə missiyasının uzunmüddətli fəaliyyətinin qeyri-produktiv olacagını bu ölkənin xarici işlər naziri Sergey Lavrovun dilindən erməni tərəfinin diqqətinə çatdırıb.Əvvala,Azərbaycan və Ermənistan arasında delimitasiya,demorkasiya problemi həll olunmayıb.Yəni,hər iki ölkə arasında sərhəd xəttinin haradan keçdiyi məlum deyil.Mümkündür ki,Lavrov da bu detalı bildiyindən,Paşinyan hökumətinə deyir ki,bu niyyətiniz əıb əısdir,hətta Azərbaycan tərəfi də buna müsbət yanaşmır.
İndu ortaya sual çıxır:Ermənistan niyə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının “uzunmüddətli”olmasında bu qədər maraqlıdır?
1-Nikol Paşinyan həqiqətən Azərbaycanla növbəti müharibənin olacagını yəqin edib.
2-Erməni baş nazir maksimum vaxt udur və beləliklə,həm öz hökumətinin,həm də erməni ictimaiyyətinin nəzərində Qərbə qarşı mövcud simpatiyanın masştabını artırır.
3-Ermənistan hökumətinin gələcəyə hesablanmış proyeksiyası ondan ibarətdir ki,uygun bir zamanda ölkənin Rusiyanın nəzarəti altında olan KTMT,Avrasiya İttifaqı,hətta MDB-dən də çıxmasına zəmin hazırlamaq.
Fərz edirəm ki,Nikol Paşinyan bütün risqləri nəzərə alır və onun fərqindədir ki,Rusiyadan qurtulmaq o qədər də asan deyil.Lakin Paşinyan ölkəsini əvvəlcə Rusiyadan iqtisadi asılılıgdan qurtarmaq,sonra isə müəyyən etdiyi “yol xəritəsinə”paralel olaraq siyasi qərarlar verməkdir.

Qeyd etmək istərdim ki,nə qədər mürəkkıb olsa da,Paşinyan Ermənistanı siyasi-iqtisadi gələcəyini Rusiyasız və Qərbə inteqrasiyada təsəvvür edir.Paşinyan düşünür ki,Rusiya Ukraynada bataqlıga sürüklənib və Cənubi Qafqazda da dayaqlarını itirməkdədir Eyni zamanda,Paşinyan onu da təxmin edir ki,şayət Putin Ukraynada qələbə qazansa,növbəti mərhələdə onun hədəfi birmənalı olaraq qərbyönümlü Ermənistandakı hazırkı hökumət olacaq.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki,Moskva onlara təzyiq edirki,Rusiya-Belarus İttifaq dövlətinə qoşulsunlar.Dogrudur,daha sonra Rusiya XİN-i Qriqoryanın bu iddiasını təkzib etdi.Buna rəgmən,ehtimal etmək olar ki,Putinin qafasında Ermənistan İttifaq dövlətinin bir üzvüdür.

Onu da vurgulayım ki,Kreml Paşinyanın siyasi məqsədlərindən xalidir və ABŞ MKİ-nin rəhbəri Ulyam Börns və Böyük Britaniyanın Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Ermənistana hansı məqsədlərlə gəldiyini təxmin edir.Putin hesab edir ki,Qərb Nikol Paşinyandan ona qarşı öz geopolitik hədəfləri naminə istifadə edir.Təsəvvür edin,Börns və Murun ziyarətlərindən sonra Paşinyanın Rusiyaya qarşı istifadə etdiyi ritorika sərtləşdi.Əlbəttə,erməni baş nazir Laçın yolundakı vəziyyətdən də yararlanır və sülhməramlıların timsalında Moskvanı birbaşa tənqid hədəfinə gətirir.

Dugər yandan,Paşinyan əmindir ki,Qarabagın “dövlət naziri”Ruben Vardanyan Rusiyanın onun hökumətinə və Azərbaycan prezidenti İlham Əliyevə qarşı istifadə etdiyi təzyiq vasitəsidir.Əslində,həm Əliyev,həm də Paşinyan Rusiyanın bu hiyləsindən xəbərdardır.Və hər iki lider mümkündür ki,yaxın gələcəkdə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə növbəti dəfə biraraya gəlsinlər.Düşünürəm ki,Aİ-də problemin siyasi həllinin Moskvanın inhisarında olmasında maraqlı deyil.Bu baxımdan,Avropa İttifaqı hərbi konfrantasiya ehtimalını nəzərə alara bu il aktivliyini daha da artıra bilər.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir