KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Avropa İttifaqı Azərbaycana qarşı sanksiya tətbiq edəcəkmi?

Kamal Aliyev: Avropa İttifaqı Azərbaycana qarşı sanksiya tətbiq edəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
222 0

Dünən Ermənistan silahlı bölmələrinin Laçın rayonu istiqamətində Azərbaycanın mövqelərini atəşə tutmasından sonra vəziyyət hələ də gərginliyini qoruyur.Son qanlı insident güman ki,Vaşinqtinda keçirilməsi gözlənilən Azərbaycan və Ermənistan liderləri arasındakı görüşü də təxirə saldı.Son proseslərə diqətlə fikir versək görərik ki,dünənki eskalasiya Azərbaycan hökumətinin Qarabag erməniləri ilə baglı reinteqrasiya prosesinə də təsirsiz ötüşməyəcək.Hərçənd,Qarabag erməniləri sonuncu dəfə Rusiya sülhməramlılarının vasitəsi ilə Azərbaycan tərəfi ilə görüşmək istəyirdilər.Ən əhəmiyyətlisi isə bu,idi ki,yay aylarında Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ilkin mətnini təqdim edəcəkdi.Lakin dünən baş verən və əsgər ölümləri ilə nəticələnən hadisə sülh danışıqlarını ən azından bir müddət təxirə saldı.Bu əsnada,maraqlı olan detal Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının açıqlaması olacaq.Belə ki,bir müddət əvvəl Aİ missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle”radiostansiyasına demişdi ki,bir çox erməniyə görə Azərbaycan yazda hücum edəcək.Bundan başqa,Azərbaycan hökumətinin nəzarəti altında olan media bir müddətdir iddia edirdi ki,Aİ missiyası ölkəni “yeni müharibəyə”təhrik edir.Maraqlı olan həm də budur ki,Rusiya da Avropa İttifaqı missiyasını monitorinq adı altında “hərbi-kəşfiyyat”işləri aparmaqda ittiham edir.
Görünən budur ki,son qanlı toqquşma Paşinyan hökumətinin əlinə Azərbaycanı günahlandırmaq üçün əlavə bəhanə verəcək.Bu baxımdan,Ermənistan-Azərbaycan şərti sərhəd bölgəsində fəaliyy əıt göstərən Aİ missiyasının hesabatı kifayət qədər kritik olacaq.Bu minvalla,Avropa İttifaqının Azərbaycana qarşı sanksiya qərarı gündəmə gələ bilər.
Yeri gəlmişkən,Avropa Parlamentinin Azərbaycanda insan haqqlarının vəziyyətinin pisləşməsi haqqında qətnaməsi Bakı tərəfindən qəzəblə qarşılanıb.Belə demək mümkünsə,həm Avropa Parlamentinin mart ayındakı qətnaməsi,həm də Azərbaycan-Ermənistan sərhədindəki son qanlı toqquşma Avropa İttifaqı və Azərbaycan arasındakı son qaz sazişinə kölgə salır.Halbuki,Rusiya qazından qurtulmaq üçün Avropa İttifaqı 2027-ci ilə qədır Azərbaycandan enerji idxalını 20 milyard kubmetrə çatdırmagı planlaşdırırdı.
Cənubi Qafqazın hal-hazırda geopolitik konfiqurasiyası bundan ibarətdir ki,Avropa İttifaqı Rusiyanın Ukraynada başının qarışdıgını görür və nəzərə alaraq,regionda möhkəmlənmək istəyir.Və Avropa İttifaqı həm Ermənistana siyasi dəstək verir,həm də Azərbaycanla iqtisadi əlaqələrə üstünlük verir.
İndiki mərhələdə Aİ hələ də Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə çalışır.Lakin bunun baş verməyəcəyi təqdirdə,qrum Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirə bilər.Belə olan halda,Azərbaycanın Rusiya qazına alternativ kimi önəmi azala bilər.
Avropa Parlamentinin martın 15-də “Avropa İttifaqı və Azərbaycan münasibətləri”haqqında tənqidçi hesabatı da problemlər yarada bilər.Ancaq bir reallıq da budur ki,Azərbaycan tərəfi də Avropa İttifaqının vasitəçilik təklifinə etiraz etmir.Rəsmi Bakının istəyi budur ki,Fransa Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində iştirak etməsin.Azərbaycan hökuməti bunu onunla əsaslandırır ki,Paris birbaşa Ermənistanın mövqeyini müdafiə edir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir