KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Avropa İttifaqı ABŞ-dən kənar öz ordusunu qura biləcəkmi?

Kamal Aliyev: Avropa İttifaqı ABŞ-dən kənar öz ordusunu qura biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
32 0

Avropa İttifaqının diplomatiya lideri Cozef Borrel açıqlamasında deyib ki,ABŞ-nin Avropa üzərindəki “müdafiə çətiri”tezliklə baglana bilər.Borrelin sözlərinə görə,ABŞ-də keçiriləcək prezident seçkilərində asılı olaraq,soyuq müharibə dövründə kontinental Avropanı qoruyan “müdafiə çətiri”qapana bilər.
Şübhəsiz ki,avropalı baş diplomat “təhlükəsizlik çətiri”deyərkən NATO-nu nəzərdə tutur.1949-cu ildə təsis edilən NATO həm Sovet İttifaqı ilə soyuq müharibə dövründə,həm də sonrakı zamanda da Avropa ölkələrinin təhlükəsizliyini qoruyub.Finlandiya və İsveçi öz sıralarına daxil etməklə,NATO qoca qitənin təhlükəsizliyi üçün yeni konsepsiyasını ortaya qoydu.Bununla yanaşı,Avropada belə bir fobia mövcuddur ki,əgər Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə,bu,qoca qitəni Rusia təhlükəsiylə üz-üzə qoyar.Belə olan təqdirdə,C.Borrelin də vurguladıgı kimi,Avropanın təhlükəsizliyi üçün NATO daxilində yeni bir “kompenentin”əsası qoyula bilər.Və yaxud Fransa prezidenti Emanuel Makronun yeni ideyası-Avropa İttifaqı ordusu da təsis edilə bilər.Hətta E.Makron irəli sürdüyü təklifi Almaniyanın isti yanaşmamasına rəgmən,davamlı olaraq gündəmə gətirir.
Ümumiyyətlə,Makronun sələfləri-Fransua Mitteran və Şarl De Qoll da vaxtaşırı Avropa İttifaqı ordusu tezisini irəli sürüblər.Hətta Qollun vaxtında Fransa NATO-nun siyasi qanadını tərk etsə də,Nikolya Sarkozinin vaxtında yenidən üzv oldu.
Digər yandan,Avropa İttifaqının öz ordusuna sahib olması ideyası Rusiya və Çin kimi qlobal aktorları da məmnun edir.Hətta Kremlə yaxın siyasi ideoloqlar uzun zaman deyirlər ki,Avropa dövlətləri ABŞ-nin “boyundurugundan”xilas olmaqdan ötrü öz müdafiə konsepsiyasını irəli sürməlidirlır.Gördüyünüz kimi,Rusiya və Fransa kimi ölkələrin Avropa Ordusu tezisi necə də üst-üstə düşür.Lakin Moskva-Paris xəttinə qarşı anqlosaksonların(ABŞ,Böyük Britaniya)ciddi müqaviməti də var.Üstəlik,Almaniya və İtaliya kimi ölkələr də vahid Avropa Ordusu fikrinə pozitiv yanaşmırlar.
Gəlin Trampı gözləyək…

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir