KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Armen Sarkisyanın istefa səbəbləri nə ola bilərdi?

Kamal Aliyev: Armen Sarkisyanın istefa səbəbləri nə ola bilərdi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
279 0

Ermənistan prezidenti Armen Sarkisyanın gözlənilmədən istefa verməsinin ətrafında müxtəlif mülahizələr,analizlər səsləndirilir.
A.Sarkisyanın qəfil istefasının hələ ki,əsas motivi onun açıqlamış oldugu bəyanatda da vurguladıgı ki,daxili və xarici siyasətə təsir imkanlarının məhdud olmasıdır.

Əlbəttə,Sarkisyanın istefa səbəbinin əsas motivinin bu olması hələ aysberqin görünən tərəfidir.Lakin bizim erməni siyasətinin dərin qatlarında nələrin baş verdiyi haqqında informasiyamız məhduddur.

Beləliklə,mən A.Sarkisyanın istefa mətnini oxudum və onun istefa səbəbləri ilə baglı müəyyən qənaətlərimi yaza bilərəm…

1)A.Sarkisyan şikayətlənir ki,Ermənistan formaca parlament respublikasıdır,ancaq mahiyyət tam fərqlidir.
Sarkisyan açıq-aydın deyir ki,prezident və hökumətin səlahiyyətləri arasında disbalans var,qrumlararası ahəng yoxdur və bu,dövlət idarəetməsində ugur qazanmaga imkan vermir.
Sarkisyan həm də ona eyham vurur ki,dövlət idarəetməsində ikibaşlılıq siyasi menecmentliyin qarşısında ciddi problemdir.
Sarkisyan,hökumətin konstitusiya dəyişikliyi üçün komissiya yaratdıgını pozitiv qiymətləndirir və ümidlidir ki,referendum yolu ilə qəbul ediləcək dəyişikliklər nəticəsində prezidentlik institutu balanslı işləyəcək.

2)A.Sarkisyanı prezident vəzifəsinə seçdirən keçmiş prezident Serj Sarkisyan olub.
Daha dogrusu,Serjikin Respublikaçılar partiyasının Ermənistan parlamentindəki deputat fraksiyası Sarkisyanı prezident vəzifəsinə layiq görüb.Lakin A.Sarkisyan ona inanıb ki,o,xarici siyasət,iqtisadiyyat və diasporla əlaqələr işində təsir imkanlarına malik olacaq.
Halbuki,Ermənistan konstitusiyasına görə,prezidentin səlahiyyətləri limitlidir və o,ən yaxşı halda hökumətin imza üçün ona göndərdiyi hər hansı sənədi veto edə bilər və ya düzəlişlər üçün parlamentə geri göndərə bilər.
Lakin Ermənistandakı sistem elə təşkil olunub ki,hökumət üzvləri parlamentdə istədiyi qərarları qəbul edə bilirlər.Belə olan təqdirdə,Ermənistanda prezidentin səlahiyyətləri simvolik mahiyyət daşıyır.

3)A.Sarkisyan deyir ki,prezidentin imkanları dövlət üçün üstünlük kimi deyil,ayrı-ayrı siyasi partiyalar tərəfindən birbaşa təhlükə kimi görünür.
Şübhəsiz ki,Sarkisyan siyasi partiyalar dedikdə,baş nazir N.Paşinyanın Sivil Müqavilə partiyasını nəzərdə tutur.
Əlbəttə,Robert Köçəryanın “Hayastan”fraksiyası da ara-sıra Sarkisyanın bostanına daş atırdı ki,o,Paşinyanın göndərdiyi bütün sənədlərə,kadr dəyişikliklərinə “üzüyola”imza atır.
Belə olan halda,prezident daxili və xarici siyasət məsələlərində öz “potensialını”ortaya qoya bilmir.
Təbii ki,Armen Sarkisyanın haqlı oldugu məqamlar var.Yəni,prezidentin konstitusiyada səlahiyyətləri məhdud olmaqdan savayı eyni zamanda bir az abstrakt mahiyyət daşıyır.Və bu minvalla,prezident müxtəlif siyasi təmayüllərin hədəfinə çox rahat gəlir.

4)Bundan əlavə,Ermənistan prezidenti hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün hökumətin yaratdıgı xüsusi komissiyada təsir imkanlarına malik deyil.
Belə ki,Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yaradılan komissiyanın rəhbəri təyin olunan Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyana əvvəlcədən Armen Sarkisyan “isti”yanaşmayıb.
Əslində,erməni müxalifəti də Rubinyan məsələsində prezidentlə eyni mövqedən çıxış edirdi.
A.Sarkisyan Rubinyanın rəhbərlik etdiyi heyətdə öz nümayəndəsinin olmagına cəhd etsə də,bu,Paşinyan tərəfindən qəbul edilməyib.Hətta N.Paşinyan Sarkisyana deyib ki,Türkiyə ilə münasibətlərə birbaşa özü cavabdehdir.

Digər tərəfdən,Türkiyə və Ermənistan nümayəndələri arasında keçirilən görüşdə erməni tərəfi “soyqırım”mövzusunu gündəmə gətirməyəcəyini vəd edib.
Təbii ki,bu razılaşma təkcə A.Sarkisyanın,erməni müxalifətinin deyil,həm də diasporanın qəzəbinə tuş gəlib.
Nəzərə alsaq ki,Sarkisyanın erməni diasporu və lobbisi ilə ciddi əlaqələri var.
Digər bir məqam isə budur ki,Türkiyə-Ermənistan nümayəndə heyətlərinin növbəti görüşünün Moskvada deyil,Yerevan və Ankarada baş tutma ehtimalıdır.Bu da Sarkisyanın narazı qaldıgı səbəblərdən biri olub.
Mümkündür ki,kreml də Moskvadan kənarda hər hansı təmasın əleyhinədir.

Ehtimal budur ki,Paşinyan parlamentdə özünə yaxın birinin namizədliyini prezident vəzifəsi üçün irəli sürəcək.Hələlik prezidentin səlahiyyətlərini parlamentin spikeri Alen Simonyan icra edəcək.
Ermənistan konstitusiyasına görə,prezident olmaq istəyən namizədin yaşı 40-dan yuxarı olmalı,son 6 ildə Ermənistanda yaşamalı,erməni dilini bilməlidir.
Ermənistanda pezident 7 il müddətinə seçilir və ikinci dəfə namizəd ola bilməz.

Yaxın günlərdə A.Sarkisyanın istefası haqqında başqa detalların da ortaya çıxacagını istisna etməmək lazımdır.
Dəqiq olan budur ki,Cənubi Qafqazda yeni proseslər,təlatümlər,gözlənilməz siyasi həmlələr baş verə belər…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir